Lacinlar - Wikipedia
Laçınlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xəlfəli kənd Sovetindən Laçınlar kəndi Qeybalı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.
Laçınlar | |
---|---|
39°45′53″ şm. e. 46°42′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini qonşu Xəlfəli kəndindən köçüb gəlmiş Laçın adlı şəxs saldığı üçün belə adlanmışdır. Kənd sakinlərinin dediklərindən məlum olur ki, XIX əsrdə burada Laçın Məmməd adlı şəxs yaşamışdır. Kənd laçınlar nəslinin adını daşıyır. Nəslin adı isə Azərbaycan dilində "vuran, tutan", "dəliqanlı, qoçaq" mənalarında işlənən Laçın sözundəndir. Dilimizdəki Laçın oğlan ifadəsi də bu mənalarla bağlıdır.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Xəlfəliçayın sahilində yerləşir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- ↑ Laçınlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |