Lakkadiv Denizi - Wikipedia
Lakkadiv dənizi malaya. ലക്ഷദ്വീപ് കടല്- Hind okeanı akvatoriyasında, Hindustan yarımadası ilə Şri-Lanka, Lakkadiv adaları və Maldiv adaları arasında yerləşir. Cənub hissəsi Addi atolu ilə sərhədlənir. Sahəsi 786,000 km², orta dərinlik 1929 m, ən dərin yeri 4131 metr təşkil edir. Sahilləri əsasən qumsallıq, dibi isə şelf relyefi üstünlük təşkil edir. Sularında çoxlu sayda mərcan məşəlli riflər və adalar vardır. Zəngin balıq, molusk və digər dəniz canlıları ilə zəngindir. Əsas limanları Tuttukudi, Monqaluru (Hindistan), Kolombo (Şri-Lanka).
Lakkadiv dənizi | |
---|---|
malaya. ലക്ഷദ്വീപ് കടല് | |
Ümumi məlumatlar | |
Sahəsi | 786,000 km² |
Dərin yeri | 4131 m |
Orta dərinliyi | 1929 m |
Duzluluğu | 34 ‰ |
Yerləşməsi | |
5°52′42″ şm. e. 76°26′34″ ş. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Cənubi Asiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hidrologiyası
redaktəDəniz sularında demək olar ki temperatur sabit qalır, bəzi yerlərdə yayda 26-28 S, qışda isə 25 S təşkil edir. Duzluğu 34‰, şimal və mərkəz hissələrdə isə 35,5‰ olur. Sahilləri quşsaldır. Burada mərcan rifləri üstünlük təşkil edir. Mərcanların burada 105 növünə rast gəlinir.