Lamaizm - Wikipedia
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
|
Tibetdə buddizm mahayana, vacrayana və bon dininin sintezindən ibarətdir. Tibet mütəfəkkirləri fəlsəfə sahəsində, əsasən madhyamikaya, yoqaçara ideyalarına və "Həqiqi mövcudat bətni" (tathaqata-qarbha) haqqında təlimə dayaqlanan mürəkkəb sxolastik doktrinalar yaradırdılar. Hind monastrlarında intişar tapmış və Tibet mühitinə köçürülmüş disput institutunun digər buddist ənənələrində analoqu yox idi. Dini təcrübə sahəsində bu həyatda "aydınlanma"ya yetişmənin (dzoqçen) ezoterik texnikaları inkişaf etdirilirdi.[1].
VII–VIII əsrlərin Tibet çarları üçün hind Buddizminin qəbulu düşünülmüş siyasət idi. Bu siyasət tibetlilərin təhsil almaq üçün Hindistandakı buddist monastırlarına göndərilməsində, görkəmli missionerlərin (Şantarakşita, Padmasambhava, Kamalaşila və b.) ölkəyə dəvət edilməsində, sutraların və buddist traktlarının sanskritcədən Tibet dilinə tərcümə mərkəzlərinin yaradılmasında (Tibet yazısı VII əsrin ortalarında hind yazısı əsasında yaradılmışdır), məbədlərin tikilməsində, bon dinindəki qanlı qurbankəsmə ayinlərinə qadağa qoyulmasında ifadə olunurdu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 29–30. ISBN 978-9952-441-10-9.
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |