Lampa - Wikipedia
Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır.
Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur.
Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur.
Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar[1], qövs lampalarını və işıq diodlarını göstərmək olar. Elektriklə işləyən lampalar metal və ya keramikadan hazırlanmış gövdəyə və metal tellərə malikdirlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.