Lan Herf - Wikipedia
Lan Herf - Wikipedia - Haqqında Məlumat
𐔾 (səslənməsi: /l/; transkripsiyası: L, l) — Alban əlifbasının 15-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Լան (Lan) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur.[1] Fonetik olaraq Azərbaycan dilindəki L hərfi ilə eyni səsi bildirir. Tədqiqatçıların heç biri bu qrafikanın düzgün fonetik mənasına şübhə etmir.[2] Rəqəm dəyəri 60-dır. Nümunələr[1]:
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /l/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 60 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1053E | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔱𐕒𐕡𐔾 | bul | baş | bul |
𐕜𐕒𐔾 | ṭol | dəri | t'ol |
𐔾𐔰𐕝𐕄𐕒 | laśḳo | evlilik | laškoy |
İstinadlar
redaktə- ↑ 1 2 J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–6
- ↑ Roman Lolua, Проблемы современной албанологии. I. Кавказско-албанский алфавит (критический обзор источников). II. Внутренняя форма кавказско-албанского алфавита[ölü keçid] (Müasir albanşünaslığın problemləri. I. Qafqaz-alban əlifbası (mənbələrə tənqidi baxış). II. Qafqaz-alban əlifbasının daxili forması)