Lan Adasi - Wikipedia
Lan adası (tay เกาะล้าน) — Siam körfəzində, Taylandın şərq sahillərinə yaxın ərazidə yerləşən ada. Pattayya adaları qrupuna daxildir. Bu ada həmçinin "Mərcan adası" kimi məşhurdur. Pattayyada turustik ərazi kimi tanınır.
Lan adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 2,2 km |
Hündür nöqtəsi | 205 m |
Yerləşməsi | |
12°54′57″ şm. e. 100°46′39″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəPattayya adaları qrupunun ən iri adasıdır. Bu qrupa həmçinin Krok adası və Sak adası daxildir. Ada ilə sahil arasında məsafə 8 km təşkil edir. İnzibati cəhətdən isə Çonburi vilayətinin Banqlamunq ampxeРsinə daxildir.
Adanın uzunluğu 4 kilometrdir. Təpəlikdən ibarət olan ada, meşəliklərlə örtülüdür. Adanın ən hündür nöqtəsi 205 metr təşkil edir. Zirvədə buddist məbədi yerləşir. Ada ərazisində iri Ban Ko Lan kəndi vardır. Bu kənddə otellər, barlar və restoranlar fəaliyyət göstərir.
Çimərlikləri
redaktəAda ırazisində 5 məşhur ictimai çimərliklər vardır[1].
Tavaen çimərliyi (Tawaen Beach) adada yerləşın ən məşhur və ən böyük çimərlikdir. Çimərliyin uzunluğu 680 metrdir. Burada otel və restoranlar fəaliyyət göstərir. Xüsusi ilə asiyalı turistlər bura daha çox gəlirlər.
Samae çimərliyi (Samae Beach) böyük və əsrarəngiz bir çimərlikdir. Çimərliyin uzunluğu 600 metrdir. Burada otel və restoranlar fəaliyyət göstərir
Ten çimərliyi (Tien Beach) böyük ancaq adanların az gəldiyi çimərlik. Çimərlik 500 metr uzunluğa malikdir. Yaxınlığında maşın parkı yerləşir. Bura gələnlər öz avtomobillərini təhlükəsiz şəkildə burada saxlaya bilirlər. Ancaq çimərliyə təkcə qayıq və katerlərlə gəlmək olur.
Naul çimərliyi (Nual Beach) çimərlik həm də Monkey Beach adı ilə məşhurdur. Elə də böyük deyildir və daşlıdır. Buraya adətən Yengəc yeyən makakalar təşklif buyurur.
Bundan başqa adada beş kiçik çimərliklər vardır ki, oların infrastrukturu zəyifdir. Diğər çimərliklərin böyük əksəriyyətinə ancaq qayıqlarla getmək olur.
Nəqliyyat
redaktəAda materiklə daimi fəaliyyətdə olan bərələrlə əkaqələnir. Bərələr hər 30–40 dəqiqədən bir adaya gəlir. Katerlər əsasən Ban Ko Lan kəndi istiqamətdə hərəkətdədir. Bərə Tavaen çimərliyinə yan alır. Bəzi katerlər isə digər çimərliklərə gəlir.
Bankonqdаn adaya bir başa mikro avtobuslar işləyir. Avtobusun biletinə verilən pul həm də bərənin qiymətini təşkil edir.
Adanın özündə zəngin yol şəbəkəsi vardır. Onlar bir başa kənd və çimərliyə aparır. Adanın tuktuk və taksilərdə gəzmək olar. Üstəlik adada motobayk kirayələmək olar[2].
Turizm
redaktəAda Pattayedə turistlər arasında ən çox ziyarət edilən bölgələrdən biridir. Bu adaya asanlıqla gediş-gəlişlə əlaqədardır. Dünyanın bir çox ölkələrində turistik şirkətlər bu tur paketləri təşkil edir. Üstəlik bu baxımından adada hər şey gözəl şəkildə qurulmuşdur.
Adada hər cür çimərliklər və dəniz əyləncələri mövcuddur. Çimərliklərdə hər cür infrastruktur mövcuddur. Restoran və otellər fəaliyyət göstərir. Burada idman meydançaları və tir belə vardır.
Qalereya
redaktə-
Lan adasında çimərlik.
-
Ko Lan. Pattayya.
-
Günün batması.
-
Van Ko Lan kəndi.
İstinadlar
redaktə- ↑ "Ко Лан (остров)|Афиша Паттайя". 2016-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ Ko Lan Arxivləşdirilib 2013-09-26 at the Wayback Machine — Lan adasında nəqliyyat