Laokoon - Wikipedia
Laokoon və ya Laokoont (q.yun. Λᾱοκόων) — yunan mifologiyasında Troya şəhərində tanrı Apollonun kahini. Aketanın oğlu, Anxisin qardaşı və Apollonun kahini olan Laokoon Apollonun iradəsinə qarşı çıxaraq öz həyat yoldaşı ilə dünyaya iki əkiz oğlan uşağı gətirirlər.
Öncəgörücü Troya müharibəsi zamanı öz həmvətənlərinə Troya atını şəhərə salmamağı xəbərdar edir. Apollon bu səbəbdən Troyaya iki ilan göndərir. Dənizləri keçib gələn bu ilanlar Laokoonun oğulları olan Antifantı və Fimbreyi udmuş, sonra Laokoonun özünü boğub öldürmüşlər.
Digər bir hekayəyə görə isə bu Afinanın qəzəbindən baş vermişdir. İlanlar Afina (mifologiya) heykəlinin ayağında olan qalxanın altında gizlənmişlər. Troyalılar belə hesab etdilər ki, bu Laokoonun Troya atına nizə atmasına görə baş vermişdir. Mifin digər bir variantına görə, ilanlar tərəfindən ancaq onun oğulları boğulmuşdur. Laokoon özü sağ qalaraq əbədi olaraq ağlamışdır.
Rodoslu Aqesandr və onun oğulları Polidor və Afinodorun birgə hazırladıqları "Laokoon və oğulları" heykəl qrupu 1506-cı ildə Romada tapılmışdır. Hal-hazırda bu heykəl qrupu Vatikanda Piy-Klement muzeyində saxlanılır.
Heykəl Qothold Efraim Lessinqin eyniadlı "Laokoon" əsəri üçün süjet xətti rolunu oynamışdır.
Laokoon və oğullarının bu əhvalatı öz əksini rəssamlıqda da tapmışdır: məsələn, El Qreko bir neçə rəsm əsərində kahini və onun oğullarını təsvir etmişdir.