Laplandiya müharibəsi (finLapin sota) — Finlandiya və Almaniya silahlı qüvvələri arasında 1944-cü ilin sentyabrından 1945-ci ilin aprelinə qədər olan müharibə. 1941-1944-cü illərdəki müharibədəSSRİ-yə məğlub olan Finlandiya, Moskva Atəşkəs Müqaviləsinə əsasən, torpaqlarında olan Üçüncü Reyxin qüvvələrini öz ərazilərini tərk etməyə məcbur etmək üçün mübarizə aparmışdır. Müharibənin sonunda alman qüvvələri Norveçə geri çəkilmiş və Finlandiya Moskva müqaviləsi öhdəliklərini yerinə yetirməyə davam etmişdir.