Laplasin Seytani - Wikipedia
Laplas şeytanı — Pyer Simon Laplas tərəfindən 1814-ci ildə yayımlanan bir məqalədə yazıldığı kimi kainatdakı hər atomun yerini və hərəkətini bilən və bunun sayəsində kosmosun və kainatın bütün bir keçmiş və gələcəyini bilən virtual bir varlığın mövcud olduğunu iddia edən bir düşüncə təcrübəsidir. Laplasın məqaləsində səbəb determinizmi qavramsallaşdırdığı ifadəsinin özünəməxsus halı bu şəkildədir:
"Kosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik. Bir an üçün kosmosun bütün güclərinin və bunu təşkil edən bütün varlıqların mövqeylərini anlaya bilən bir canlı olduğunu düşünsək və onun bu məlumatları araşdıra biləcəyini də düşünsək, eyni anda kosmosdakı ən böyük varlıqlardan ən kiçik atomlara qədər hər şeyi ehtiva edərək hesablayırsa, heç bir şey qeyri-müəyyən deyil və gələcək də, eynən keçmiş kimi, onun gözlərinin önündədir."