Laqodexi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Laqodexi (gürc. ლაგოდეხი, azərb. Qabal) — Alazan vadisində (Gürcüstan) şəhər, Laqodexi rayonunun mərkəzi, Kaxetiya tarixi ərazisinin parçası olub.
Şəhər | |
Laqodexi | |
---|---|
ლაგოდეხი | |
41°49′25″ şm. e. 46°16′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | VIII əsr |
Mərkəzin hündürlüyü | 435 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 354 |
Poçt indeksi | 2700[2] |
Digər | |
lagodekhi.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi — 5918 nəfər (2014).[3] Laqodexi Azərbaycanın Balakən rayonu ilə sərhəddə yerləşir.
Tarixi
redaktəLaqodexinin adı Leketi sözündən yarandığı ehtimal olunur. Leketi tərcümədə leklərin vətəni deməkdir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu qəbul edilir. Leklər patriarx Foqarmanın nəslindən olan Lekosun adından aldığı hesab olunur. Gürcü əfsanələri də bunu qəbul edir.
Leklərin Alazan çayının sağ sahilində yaşadığı dəqiqdir. Gürcülər ləzgilərdən başqa avarları da lek adlandırırlar. Daha sonralar bu ərazidə gürcülərin güclü dövlət qurulmasıyla ləzgilərin çoxu buradan çıxarılır, bölgənin adı da Leketidən Lekoyetiyə, Leqodetiyə çevrilərək sonda, indiki adını Laqodexini almışdır. Şəhər olaraq əsası isə 8-ci əsrdə gürcü çarı Arçilin Lakuasti qalasının tikilməsiylə qoyulub.
Əhalisi
redaktəLaqodexinin əhalisinin çox hissəsini gürcülər təşkil edir, 2-ci böyük etnos isə ərazinin 23,04 faizini təşkil edən azərbaycanlılar tutur. Azərbaycanlılar Laqodexinin Kabali kəndində (3238 nəfər), Gəncəli (2243 nəfər), Qaracala (2012 nəfər) və Uzuntalada (1786 nəfər) yaşayırlar (2014).[4]
-
Laqodexi rayonunun Azərbaycanla sərhədi
-
Laqodexidə küçə
-
Laqodexi milli parkı
-
Laqodexi milli parkı
İstinadlar
redaktə- ↑ https://www.geostat.ge/en/modules/categories/41/population.
- ↑ https://www.gpost.ge/?site-lang=ka&site-path=help/zipcodes/&group=3&letter=%E1%83%9A.
- ↑ "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
- ↑ "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |