Laqranj Noqteleri - Wikipedia
Bir birini qravitasiya qüvvəsi ilə cəzb edən iki göy cisminin arasında qravitasiyanın bərabərləşdiyi nöqtələrə Lagranj nöqtələri deyilir. Joseph Louis Lagrange'nin kəşf etdiyi və elm dünyasına qazandırdığı bu nöqtələr 5 dənədir.
Qısaca L1,L2,L3,L4,L5 olaraq adlandırılır.
L1 nöqtəsi iki göy cismi arasında qalan və onların cazibəsinin bərabərləşdiyi yerdir. Burda dayanan bir cism demək olar ki heç bir təsirə məruz qalmadan uzun müddət dolana bilər.
L2 nöqtəsi isə kiçik olan göy cisminin arxasında qalan nöqtədir və yenə də qüvvələrin bərabərləşdiyi nöqtəni göstərir.
L3 nöqtəsi iki göy cisminin böyük olanının arxa tərəfidir. Ancaq yenə də ikisinində qüvvələrinin bərabərləşdiyi yerdir.
L4 və L5 nöqtələri heç bir təsirə məruz qalmadan sonsuza qədər dolana biləcəyiniz ən güvənli yerdir.L4 və L5 nöqtələri Dünyadan 1.6 milyon km uzaqda yerləşir.Yəni bu nöqtədən uzaqda olsanız Günəşin təsirində olacaqsınız. Əgər ki,bu nöqtədən daha yaxın olsanız o zaman Yer kürəsinin təsirində olacaqsınız.
L1,L2,L3 nöqtələrində olan cismlərin orbitləri sabit olmazkən,L4 və L5 nöqtələri sabit orbitlidir.Günəş sistemində Günəş ətrafında dönən demək olarki bütün planetlərin L4 və L5 nöqtələrində həbs olmuş toz buludları,asteroidlər və başqa kosmik cismlər vardır.