Larix Sibirica - Wikipedia
Sibir qara şamı (lat. Larix sibirica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü.
Sibir qara şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sibir qara şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sibir qara şamı əsasən Sibirdə, Rusiyanın Avropa hissəsində yayılmışdır. Hündürlüyü 40 m-ə çatan iri iynəyarpaqlı ağacdır. Çətiri piramida formalıdır. Qabığı qonur-boz rənglidir. Bir çox iynəyarpaqlı, həmişəyaşıl ağaclardan fərqli olaraq qara şam payızda bütün iynəyarpaqlarını tökür. İri, dadlı, yeməyə yararlı toxumları var. Hər qında 5 ədəd iynəyarpağın olması ilə digər növlərdən fərqlənir. Qozaları küknarın və şamın qozalarına nisbətən xırda, oval formalı və uzunluğu 3 sm-ə qədərdir, əsasən 22-38 toxum qabıqları 5-7 cərgədə yerləşir. Toxum qabığının eni 3-5 mm, uzunluğu 9-14 mm-dir. Toxumları sentyabr, oktyabr aylarında yetişir, sarımtıl, qanadcıqlı, küləklə yayılandır. Sərt şəraitə dözümlüdür, şimalda tundraya, dağlardan isə meşənin yuxarı sərhədinə qədər yayılmışdır.
Qara şamın müalicəvi əhəmiyyəti onun iynəyarpaqlarında çox miqdarda askorbin turşusunun (325 mq %-ə qədər) olmasıdır. İynəyarpaqları tər halda yeyilir və sinqanın profilaktikası və müalicəsi üçün onun su həlimindən istifadə edilir ki, bud a orqanizmi vaxtaşırı C vitamin ilə zənginləşdirir. Vitaminli məhsullar olmayan ucqar Şimal rayonlarında bu, xüsusilə vacibdir. Qara şamın iynəyarpaqlarının həlimindən istifadə edilən vannalar podaqrada və oynaqların zədələnməsində xeyirlidir. Qara şamın qatranından terpentin maddəsi alınır və revmatizmdə, podaqrada məlhəm və plastr kimi istifadə edilir. Qara şamın oduncağından qıcıqlandırıcı və antiseptik xüsusiyyətə malik olan terpentin efir yağlı-skipidar alınır. Skipidar məlhəm və mayelər kimi revmatizmdə, tənəffüs yollarının və ağciyər xəstəliklərinin müalicəsində istifadə edilir. Öskürəyə qarşı istifadə edilən terpenhidrat alınır. Qara şam 500-900 il yaşayır. Toxumların cücərmə qabiliyyəti təxminən 30 %-dir. Hündürlüyə illik artımı 45-50 sm, eninə 25-30 sm-dir, tez böyüyür. Torpağa tələbkar deyil, lakin drenajlı, məhsuldar torpaqlarda yaxşı inkişaf edir. Bataqlaşmaya dözmür. Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.