Lazerle Sinterleme - Wikipedia
Laserlə sinterləmə -LS üsulu kiçik ölçülü danəcikləri yerli qızdıraraq, əritməklə bir-birinə birləşdirmək yolu ilə verilmiş material qatını bərkitməyə əsaslanır. Bu üsulu yerinə yetirmək üçün materiala və qurğuya xüsusi tələbatlar qoyulur. LS üsulu toz metallurgiyasından məlumdur. Metallurgiyada sinterləmə üsulundan metal tozların uzun müddət böyük təzyiq altında yüksək temperaturda “bişirilərək “ xüsusi xassəli (məsaməli) material almaq üçün istifadə edilir.
Prototiplərin LS üsulu ilə hazırlanması klassik sinterləmənin yuxarıda qeyd edilən təsir vasitələrindən (təzyiq və vaxt) imtina edir. Prosesdə əsasən danəciklər qısa müddətdə lazer şüası ilə termiki tə`sirə məruz qalır. Danəciklər sərbəst şəkildə işçi lövhənin üzərində toz qatı şəklində yayılır. Onlar yerli olaraq əridilərək bir-biri ilə birləşdirilir. Sinterləmə prosesi əridilmiş hissəciklərin qatılığı və onların səthi gərginliyi ilə xarakterizə olunur. Bu parametrlər tətbiq olunan materialdan və temperaturdan asılıdır. Sinterləmə prosesi üçün demək olar ki, əridilə-bilən və soyuduqdan sonra bərkiyən butun materiallar tətbiq edilə bilər.
Mənbə
redaktə- Rezo Əliyev. Bertram Hentşel.Sürətli hazırlama texnologiyasının mütərəqqi üsulları. Bakı, Elm, 2005
- Andreas Gebhardt: Rapid Prototyping - Werkzeuge für die schnelle Produktentstehung. 2. Auflage. Hanser Verlag, München 2000, ISBN 3-446-21242-6.