Le Kuanq Lem - Wikipedia
Le Kuanq Lem (vyet. Lê Quang Liêm, 3 mart 1991, Hoşimin, Vyetnam) — Vyetnam şahmatçısı, qrosmeyster, Dünya Blitz Çempionu (2013).
Le Kuanq Lem | |
---|---|
vyet. Lê Quang Liêm | |
Ölkə | Vyetnam |
Doğum tarixi | |
Doğum yeri | Hoşimin, Vyetnam |
Titulu | Qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2718 (noyabr 2015) |
FİDE nömrəsi | 12401137 |
Vikianbarda əlaqəli mediafayllar |
Le 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə Şahmat Olimpiadalarında Vyetnam üçün mübarizə aparmışdır. Xüsusilə də onun 2012-ci il Şahmat Olimpiadasında 1-ci lövhədə 10 oyundan 8 xal nəticəsi Vyetamın kişilərdən ibarət yığmasını yekunda 7-ci etdi və bu, Vyetnam Şahmat tarixində ən yüksək nəticə idi.
2010-cu ildə Le Moskva Open turnirində iştirak etdi. +5=4 nəticəsi ilə o, Konstantin Chernyshov, Evgeny Bareev və Ernesto Inarkiev ilə 1–4-cü yerləri bölüşdürdü. Həmin turnirdən dərhal sonra Le 9 oyundan 7 xal (+5=4) nəticəsi ilə 9-cu Aeroflot Open turnirinin qalibi oldu. İyul ayının 15-dən 25-dək o, ilk dəfə dəvətli Dortmund turnirində iştirak etdi. Onunla yanaşı burada 9 dəfə Dortmund çempionu və keçmiş dünya çempionu Vladimir Kramnik, Şəhriyar Məmmədyarov, keçmiş FİDE çempionu Ruslan Ponomariov, 2004-cü il Dünya Çempionatı finalçısı Peter Leko və Arkadij Naiditsch də yarışırdılar. İlk raundda Le qara fiqurlarla Kramniklə qarşılaşaraq heç-heçə etdi və dördüncü raundda Ponomariovu, 5-ci raundda isə Lekonu məğlub etdi. Bununla da (+2=7–1) nəticəsi ikinci yeri qazandı.
2011-ci il fevralın 7-dən 11-dək o, bir daha Aeroflot Open turnirində müvəffəqiyyətlə iştirak edərək 9 oyundan 6.5 xal ilə qrosmeysterlər Nikita Vityuqov və Yevgeni Tomaşevski ilə birinci yeri bölüşdürdü. O, Aeroflot Open turnirində iki dəfə qalib gəlmiş yeganə oyunçudur. Bu qələbə avtomatik olaraq ona Dortmund Invitational turnirinə vəsiqə qazandırdı.
2013-cü ilin mayında Filippində keçirilən Asiya Qitə Çempionatına qatıldı və klassik hissəni dördüncü yekunlaşdıraraq Blitz turnirinin qalibi oldu. 2013-cü ilin iyun ayında Le Xantı-Mansidə keçirilən sürətli şahmat üzrə Dünya Çempionatında iştirak edərək, Məmmədyarov, Nepomniachtchi və Aleksandr Qrişçukdan sonra dördüncü oldu. Bundan sonra Dünya Blitz Çempionatının qalibi oldu. O, dünya Çempionu titulunu qazanmış ilk Vyetnam oyunçusudur.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Le Kuanq Lem. Chess-DB.com Arxivləşdirilib 2016-10-05 at the Wayback Machine (ing.)
- Le Kuanq Lem. 365chess.com (ing.)
- Le Kuanq Lem. fide.com (ing.)
- Le Kuanq Lem. chessgames.com (ing.)
- Le Kuanq Lem. chess.com (ing.)