League Of Legends Wild Rift - Wikipedia
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır.[1]
League of Legends: Wild Rift | |
---|---|
Hazırlayanlar | Riot Games |
Yayımlayanlar | Riot Games |
Buraxılış tarixləri | 27 oktyabr 2020 |
Janr | çoxoyunçulu onlayn döyüş arenası |
Texniki məlumat | |
Platforma | Android, iOS, iPadOS |
Oyun rejimi | çoxnəfərli oyun |
Daşıyıcı | rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı |
"League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar.[2] Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər.
Geympley
redaktə"League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur.[3] Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir.[4]
Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
İstehsal
redaktəTencent 2015-ci ildə Riot Games-dən "League of Legends"in mobil versiyasını hazırlamasını istəsə də, bu təklifi qəbul etməmişdir. Buna görə də Tencent "Honor of Kings" adlı öz MOBA-sını hazırlamışdır. 2019-cu ildə Riot Games "League of Legends"in mobil versiyasını hazırlamaq qərarına gəlmiş və 15 oktyabr 2019-cu ildə "League of Legends: Wild Rift" anons edilmişdir.[5] Oyun rəsmi olaraq 27 oktyabr 2020-ci ildə buraxılmışdır.[6]
PC versiyasında olduğu kimi "Wild Rift" də 2–3 həftədən çıxan petçlərlə yenilənir, mütəmadi olaraq yeni çempionlar əlavə olunur.[7] 2022-ci ilin noyabrına əsasən oyunda 93 çempion var.
Qəbul
redaktə"League of Legends: Wild Rift" tənqidçilər tərəfindən bəyənilmişdir. "Metacritic" saytı oyuna 89/100 xal vermişdir.[8]
İstinadlar
redaktə- ↑ Moon, Mariella. "League of Legends: Wild Rift' will land on mobile and consoles in 2020". Engadget. 2019-10-16. 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
- ↑ Juras, Marta. "The differences between Wild Rift and Summoner's Rift". Dot Esports. November 6, 2019. December 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2021.
- ↑ March 2021, David Lumb 29. "League of Legends: Wild Rift release date, beta and everything you need to know". TechRadar (ingilis). March 29, 2021. 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-29.
- ↑ Gregoire, Albin. "Test du jeu League of Legends : Wild Rift". Jeuxvideo.com (fransız). 2020-12-14. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
- ↑ Webster, Andrew. "League of Legends: Wild Rift is coming to mobile and console". The Verge. October 15, 2019. October 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2020.
- ↑ "League of Legends Mobile release date WARNING ahead of LoL Wild Rift beta news". Express.co.uk. March 19, 2020. April 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2020.
- ↑ "Patch Notes". wildrift.leagueoflegends.com. December 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2021.
- ↑ "League of Legends: Wild Rift". Metacritic. 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.
Xarici keçidlər
redaktə- wildrift.leagueoflegends.com — Rəsmi saytı