Ledebur Zanbagi - Wikipedia
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür.
Ledebur zanbağı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ledebur zanbağı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır.
Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Orta dağ qurşağında, meşələrdə və kolluqlarda yayılmışdır. Mezoksеrofitdir. Geofit bəzək bitkisidir.
Yayılması
redaktəLənkəranın dağlıq hissəsi.
Sayı və tеndеnsiyası
redaktəİtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcüddur, populyasiyanın sayı sürətlə azalır.
Məhdudlaşdırıcı amillər
redaktəƏhali tərəfindən yığılması və iqlimin dəyişilməsi azalma təhlükəsini yaradır.
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.