Leninqradin Muhasiresi - Wikipedia
Leninqradın blokadası (8 sentyabr 1941 – 27 yanvar 1944) İkinci Dünya müharibəsində zamanı Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin alman-fin[1] qoşunları tərəfindən 872 gün davam edən hərbi blokadası[2].
Tarixi
redaktəLeninqradı zəbt etmək almanların strateji və siyasi məqsədlərində mühüm yer tuturdu. Müharibənin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradıldı. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edirdi. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail oldular. Şəhərin blokadası başlandı. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsilə saxlanılırdı. Hitler komandanlığı şəhəri bombardman edir və atəşə tuturdu. Blokada yalnız 1943 ilin yanvarında yarıldı. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8–11 km enində "dəhliz" açıldı (şəhər buradan təchiz edilirdi). Blokada qəti olaraq 1944-cü ilin yanvarında götürüldü. 1942-ci il dekabrın 22-də "Leninqradın müdafiəsinə görə" medalı təsis edilmiş, bu medalla 1,5 mln. adam təltif olunmuşdur. Azərbaycan döyüşçüləri də (H. Əliyev, H. Bağırov, Səmədov qardaşları, həmçinin M. Abbasov, M. Hüseynov, C. Əmirov və bir çox b.) mərdlik nümunələri göstərmişlər.
Xatirə
redaktə- 1974–1975-ci illərdə Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl qoyulmuşdur.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Финские войска в блокаде Ленинграда | ВОЕННО-ИСТОРИЧЕСКИЙ ЖУРНАЛ" (rus). history.milportal.ru. 2017-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-19.
- ↑ "Блокада Ленинграда. 08.09.1941 — 27.01.1944". 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-24.