Leprekon - Wikipedia
Leprekon (irl. leipreachán) — ənənəvi olaraq çox balaca kök adam kimi təsvir edilən irland folklor personajı. Leprekonun paltarının rəngi onun hansı yerdən olmasından asılıdır. XX əsrdə kütləvi mədəniyyətdə leprekonları adətən bütünlüklə yaşıl rəngli paltarda təsvir etmişlər. Digər varlıqları kimi onlar da ilahə Danu tayfaları ilə əlaqələndirilir. Çox ehtimal ki, irland leipreachánundan (luchrupán, luchorpán) adını götürmüşdür. Bu sözün tələffüz formalarından biri olan leithbrágan sözünün "sol çəkmə" sözündən yarandığını bildirilir. Belə ki, leprekonları adətən öz çəkmələrindən birini təmir edərkən göstərirlər. Onlar qızıl küpədə gizlətdikləri pullarını göy qurşağının sonunda saxlayırlar. Əgər insan tərəfindən tutulardılarsa, o insanın 3 arzusunu yerinə yetirə biləcək magik qüvvəyə malik idi. Leprekonlar çox balaca boya malik, saqqallı, başında şlyapalı idilər.
Leprekon | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Leprekonlar haqda ilk qeydlərə "Letinin oğlu Ferqusun səyahəti"ndə rast gəlinir. Belə ki, burada dənizin sahilində yatan, lakin onu 3 leprekonun daşımasından oyanan Olster kralı Ferqusun başına gələnlərdən danışılır. O, onların üçünü də tutur və onlar öz azadlıqları üçün onun 3 arzusunu yerinə yetirməyə hazır olduqlarını bildirərək canlarını qurtara bilmişdilər.
Uilyam Batler Yeytsə inansaq, leprekonların zənginliyi qədim müharibələr dövründən qalmışdır. Makanelliyə görə, leprekonlar pəri və qəddar ruhdan doğulan, öz-özünə nə zalım, nə də mehriban olan bir varlıqdır.
İrlandiyada leprekon obrazı ölkə turizminin zərifliyini nümayiş etdirmək üçün istifadə edilir. Leprekonların və Müqəddəs Patrik gününün şərəfinə Oreqon ştatının Portlend şəhərində dünyada ən balaca park sayılan Mill Ends Parkı açılmışdır.
2006-cı ildə Alabama ştatının Krayton şəhərciyində real olaraq leprekonun müşahidə olunması xəbəri haqda şayiələr yayılmışdır.
2010-cu ildə Dublində Leprekonlar Milli Muzeyi açılmışdır.
Leprekonlar mədəniyyətdə
redaktəLeprekonlar "Harri Potter və Alov Kuboku" əsərində kviddiç oyunu üzrə İrlandiya yığmasının talismanı sayılırlar.
"Çip və Deyl köməyə tələsir" multiserialının sovet versiyasında leprekon elflə əvəz edilmişdir. Çünki leprekon sözü tamaşaçılar üçün anlaşılmaz idi.
Amerika basketbol klubu olan "Boston Seltiks" klubunun talismanı "Leprekon Lucky" (azərb. Uğur) hesab edilir. Bu talismanın olmasının səbəbi komandanın irland irsinə gedib çıxması və həmçinin Bostonda xeyli sayda irlandın yaşaması ilə əlaqədardır.
Leprekonlar irland yazıçısı Yon Kolferin "Artemis Faul" kitablar seriyasında da xatırlanır.
"Cənubi Park" multiserialının seriyalarından birində leprekonların peyda olması süjetin zavyazkası hesab edilir.