Levellerler - Wikipedia
Levellerlər (ing. Levellers — bərabərçilər) — İngiltərə burjua inqilabı dövründə radikal siyasi cərəyan. Həmin dövrdə xırda burjuaziyanın maraqlarını ifadə edən levellerlər birpalatalı demokratik respublika yaradılması, vətəndaşların qanun qarşısında bərabərliyi, azad ticarət, vergilərin azaldılması və s. tələbləri irəli sürürdülər. İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin ideyaları geniş yayıldı. Onları levellerlər adlandırırdılar.
Tarixi
redaktə"Levelle" termini ilk dəfə XVII əsr İngiltərəsində istifadə olunmuşdur.1607-ci il Midland üsyanında ilk dəfə adları çəkilib. Bu vaxtdan etibarən levellerlər tarix səhnəsinə çıxdılar. Onlar leveller terminini təhqiredici sayırdılar və özlərini xalq müdafiəçiləri adlandırırdılar.
Levellerlər İngiltərə tarixində ilk radikal siyasi qruplaşma hesab olunur. Əslində levellerlər kəndlilər üçün heç bir tələb irəli sürməmişdilər onlar yalnız siyasi tələblərin yerinə yetirilməsinə çalışırlar. Elə məhz buna görə də sonrakı dövlərdə “diggerlər“ adlandırılan yeni etirazçılar meydana gəlmişdi.Əslində isə levellerlər hamı üçün hüquqi bərabərlik istəyirdilər. Belə olduqda dolayı şəkildə kəndlilər parlamentdə,kral qarşısında öz hüquqlarından istifadə etməklə həmin aqrar tələbləri özləri edə biləcəkdilər.Buna görə də levellerlər aqrar məsələdə və kəndlilərin mənafeyindən heç bir şey etməmişdilər demək olmazdı.
1645-ci ildən vətəndaş müharibəsinə yeni bir qrup gəldi. Onlar levellerlər idi. Levellerlərin ən görkəmli nümayəndəsi Con Lilbern idi. Levellerlər hər kəs üçün bərabər hüquqların verilməsini tələb edirdilər. Buna görə də onlar mübarizənin davam etdirilməsinin tərəfdarı idilər. Levellerlər hər kəsə səs vermək hüququnun verilməsini, torpaqların bərabər paylanmasını istəyirdilər. Lilburne kimi bəzi levellerlər İngilis Ortaq Hüququnun , xüsusilə Magna Cartanın ingilis xalqının hüquq və azadlıqlarının təməli olduğunu söyləyirdilər. Levellerlər Vətəndaş müharibəsi (1642-1651) gedişində kral tərəfindən pozulmuş “təbii hüquqların” bərpasını istəyirdilər. 1647-ci ildə Putney debatlarında Tomas Rainsnborough öz çıxışında “təbii hüququn” Allah tərəfindən göndərilmiş Bibliyadan gəldiyini, bütün insanların bərabər hüquqla doğulduğunu bildirmişdir.
Levellerlər ”Ordunun işi” və “ Xalq razılığı “ adlı iki sənəd çap etdirdilər. Bu sənədlərdə ölkənin konstitusiyalı quruluşunun layihəsi əks olunmuşdu. Öz mahiyyətinə görə layihənin əsas maddələri aşağıdakılar idi:
- 21 yaşına çatmış bütün insanların seçki hüququ,
- Kral hakimiyətinin ləğvi,
- İki ildən bir seçilən birpalatalı parlament,
- Xalq qarşısında bütün deputatların və vəzifəli şəxslərin məsuliyyət daşıması,
- İnhisar, aksiz, istənilən cür üstünlüklərin ləğvi,
- Proqressiv vergi qoyma formaları və s.
"Ordunun işi" adlı sənəddə bunlarla yanaşı bütün çəpərlənmiş torpaqların sahiblərinə qaytarılması haqqında fikirlər də var idi.
Dövlət quruluşu haqqında müzakirələr keçirildi. Levellerlər İngiltərəni illik seçilən birpalatalı parlamenti olan Respublikaya çevirmək istədilər. İndependentlər isə konstitusiyalı monarxiyanın tərəfdarı idilər. Eyni zamanda levellerlər seçki hüququ məsələsində də independentlərlə razılığa gələ bilmədilər. Çünki independentlər əhalinin yoxsul təbəqəsinin seçki hüququna malik olması fiki ilə heç cür razı ola bilmirdilər. Putney debatında əsas gündəmdə olan məsələlər bunlar idi:
- Kralın veto qoymaq hüququ
- Kral tərəfdarlarına qarşı qalxmış xalqın hüquqları
- Mülkiyyət hüququ
- Hər kəsin qanun qarşısında bərabərlik problemi
- Hətta I Karlın (I Charles) İngiltərənin başına gətirdiyi bədbəxtliklərin müqabilində cavab verməli olduğu fikri də səsləndirildi.
28 oktyabrda Robert Everard “ Xalq sazişi” adlı sənəd təqdim etdi. Kromvel vəziyyətin getdikcə daha pis hal aldığını görərək ordu şurasını buraxdı və Putney( Petni) debatları da sona çatdı. Ordu komandanları Fairfax və Kromvel ordudakı təşviqatçıların mövqeyindən ehtiyat edərək “ Xalq razılığı” adlı sənəd əvəzinə “Təkliflərin başlıqları”nı qəbul etməyi qərara aldılar. Etiraz edənlər həbs olundu. Beləliklə Putney debatlarında independentlər üstünlük əldə edirlər.
1649-cu ilin yanvarında İngiltərə Respublika elan edildi. Kral edam olundu. Respublika quruluşu levellerlər tərəfindən kəskin tənqid olundu. John Lilburne “ İngiltərənin yeni məqsədləri” adlı iki pamflet çap elədi. Lilburne elan etdi ki, parlament öz mənafelərini güdən, oliqarxik idarə formasıdır. O, yazırdı: “Xalqı bütün hüquqlardan məhrum ediblər, amma onu aldadırlar və yalandan ədalətli hakimiyyətin yeganə mənbəyi adlandırırlar. Əslində bütün hakimiyyət Dövlət Şurasına verilmişdir.
Ədəbiyyat
redaktə- HN Brailsford, The Levellers and the English Revolution, edited and prepared for publication by Christopher Hill. (Cresset Books, 1961; Spokesman Books, 2nd Edition, 1983).
- Mendle, Michael (ed), The Putney Debates of 1647: The Army, the Levellers, and the English State. Cambridge, Cambridge University Press, 2001. ISBN 0-521-65015-1.
- Jürgen Diethe, Wir das freie Volk von England. Aufstieg und Fall der Levellers in der Englischen Revolution. Münster u.a., LIT Verlag, 2009 (Politica et Ars, 22), 280 S.