Leylatepe Yasayis Yeri - Wikipedia
Leylatəpə yaşayış yeri — Ağdam rayonunun Eyvazlı kəndi ərazisində yerləşən enolit dövrünə aid arxeoloji abidə.
Leylatəpə yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Eyvazlı |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Ümumi məlumat
redaktəLeylatəpə yaşayış yeri Qarabağ düzənliyində, Ağdam rayonunun Eyvazlı kəndindən 300 metr şimal-qərbdə, Xındırıstan-Quzanlı şossesinin sol tərəfində yerləşir. Abidə ətraflı şəkildə öyrənilmişdir. Burada 1984-1990-cı illərdə arxeoloq İdeal Nərimanov tərəfindən aparılmış qazıntılar nəticəsində eneolit dövrünün sonlarına aid çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkara çıxarılmışdır. İdeal Nərimanov bütün bunları nəzərə alaraq Leylatəpə sakinlərinin İkiçayarasından (Mesapotamiyadan) gəlmiş Ubeyd tayfaları olduğu fikrini irəli sürmüş və Cənubi Qafqaz arxeologiyası üçün yeni olan tədqiqatlarını Leylatəpə mədəniyyəti kimi təqdim etmişdir[1]. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, abidə həm Azərbaycan, həm də Cənubi Qafqazda mövcud olan eneolit yaşayış məskənlərindən mədəni-xronoloji və istehsal ənənələri baxımından fərqlənir.
İstinadlar
redaktə- ↑ "Leylatəpə yaşayış yeri". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.