Li Syannyan - Wikipedia
Li Syannyan (23 iyun 1909; Xunan, Tzin İmperiyası — 21 iyun 1992; Pekin, Çin) — çinli dövlət və siyasi xadim, Çinin 3-cü sədri (1983—1988-ci illərdə).
Li Syannyan | |
---|---|
çin. 李先念 | |
18 iyun 1983 – 8 aprel 1988 | |
10 aprel 1988 – 21 iyun 1992 | |
iyul 1977 – sentyabr 1982 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xunan, Tzin İmperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Pekin, Çin |
Dəfn yeri | Babaoşan İnqilab Xiyabanı |
Vətəndaşlığı | Çin |
Partiya | Çin Kommunist Partiyası |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, inqilabçı |
Dini | ateizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLi Syannyan 1909-cu il iyunun 23-də Tzin İmperiyasının Xunan qəzasında anadan olub. 1927-ci ildə 18 yaşlı Li Syannyan Çin Kommunist Partiyasının sıralarına qoşulub. Bu illərdə o, Payız məhsulu Mahuan üsyanının başında dayanıb. Bundan sonra Xuanan Qəzası Partiya Şöbəsinin Katibi, Xuanan Qəzası Fəhlə-Kəndli Xalq Komitəsinin sədri təyin edilib.
1931-ci ildən sonra Çinin Fəhlə-Kəndli Ordusu 4-cü Dəstəsinin Siyasi Komissarı təyin edilib. 1935-ci ildə dəstəsi ilə birgə Çin Kommunistlərinin yürüşünə qoşulub. Dəstəsi ilə yürüş əsnasında, Sıçuan əyalətinin qərb hissəsinə hücum edib, bu torpaqları ələ alıb. 1936-cı ildə Li Syannyanın dəstəsi Xuanxe çayını da arxada qoyarq Qərb Ordusu ilə birləşib. 1937-ci il ərzində Qərb Ordusu Sintszyan istiqamətində döyüşüb və müqaviməti yarıb. Elə həmin ildə onlar Yananyaya çatıb.
1938-ci ilin noyabrında Çin-Yapon müharibəsi zamanı 4-cü Ordunun heyətində Hubey əyalətinin şərq və qərb hissələrində, həmçinin Anhoy əyalətinin qərb hissəsində fəaliyyət göstərən Xubey-Xenan Zərbə Kolonunun Komandiri təyin edilib. 1941-ci ildə 4-cü Ordunun 5-ci Diviziyasının (Xubey-Xenan Kolonundan yenidən qurulub) Komandiri olub. 1942-ci ildə diviziyasının düşmən mühasirəsindən çıxarılmasında fərqlənib.
Çin Kommunist Partiyasının VII Qurultayında (1945-ci ilin aprel-iyununda) Çin Kommunist Partiyası Komitəsinin üzvü seçilib. Elə həmin il əvvəl Xubey-Xenan Hərbi Rayonunun Komandiri, daha sonra isə düzənliyin Hərbi Rayonunun Komandiri və Siyasi Komissarı təyin edilib. 1946-cı ildə hissələrinin Qomindanov mühasirəsindən çıxarılmasında yenidən fərqlənib. 1948-ci ildə Hərbi Dairənin II Komandiri təyin edilib. Lyu Boçen və Den Syaopinin siyasi işlərini aparmağa yardım edib.
Çinin qurulmasından sonra
redaktəÇXR qurulduqdan sonra Hubey əyaləti Hərbi Dairəsinin Komandiri, Çin Kommunist Partiyasının Xubey Əyalət Komitəsinin Katibi, Xubey Əyalət Xalq Komitəsinin sədri (1950-1954-cü illərdə), Uxan Şəhər Partiya Komitəsinin Katibi, Uxan şəhərinin meri (1953-1954-cü illərdə), Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Cənubi Çin üzrə Katib müavini, Cənubi Çin Hərbi-Siyasi Şurasının sədr müavini vəzifələrini icra edib. 1954-cü ildə Çin Dövlət Şurasının sədr müavini təyin edildi və bu vəzifəni 26 il icra etdi. 1954-1967-ci illərdə həm də Çinin maliyyə naziri olub.
1956-cı ildən başlayaraq VIII, IX, X, XI və XII çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib. 1958-ci ilin mayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin Katibi seçildi. 1962-ci ildə həm də Dövlət Planlaşdırma Komitəsinin sədr müavini vəzifəsini icra edib. 1964-cü ilin sentyabrında III çağırış Ümumçin Xalq Nümayəndələri Məclisinə deputat seçildi; noyabrda partiya nümayəndə heyətinə başçılıq edib və Albaniya Xalq Sosialist dövlətini ziyarət edib. 1960-1966-cı illərdə xarici dövlətlərin məsul şəxsləri ilə danışıqlar aparıb. Çin tərəfinin adından bir sıra sənədlərə imza atıb (əsasən xarici iqtisadi əlaqələrlə bağlı).
18 avqust 1966-cı ildə Li Syannyan, Mao Tszedunun birinci görüş-mitinqinə xunveybinlərlə birgə qatılıb. Oktyabrın sonlarında Pekində Li Syannyanın “maliyyə sahəsində burjua xətti tutduğuna” görə tənqid edən datszıbao ortaya çıxdı. Bu tənqid fasilələrlə təxminən 6 ay davam etdi. Li Syannyanın müdafiəsinə Çjou Enlay və Tszyan Tsin qalxdı və onu “səhvə yol verən, amma sonra peşmançılıq hissi yaşayan yaxşı bir yoldaş olaraq” təqdim etdilər.
1969-cu ilin aprelində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçildi; 1974-cü ilin sonunda IV çağırış Ümumçin Xalq Nümayəndələri Məclisinə deputat seçildi, 1975-ci ilin yanvarında isə Ümumçin Xalq Nümayəndələri Məclisinin I sessiyasında yenidən ÇXR Dövlət Şurasının sədr müavini olaraq təsdiq edildi.
“Mədəni inqilab” illərində baş nazir Çjou Enlaya iqtisadi ittifaqın işində yardım edib. Dun Biu, Kan Şen, Çjou Enlay, Çju De və Mao Tszedunun dəfn mərasimlərinin Komissiyalarının üzvü idi. İqtidar uğrunda mübarizədə “dördlər bandası” üzərində qazanılan qələbədə mühüm rol oynayıb. “Dördlər bandası”nın ləğvindən sonra Li Syannyanın ictimai siyasi fəallığı nəzərəçarpacaq dərəcədə artdı. O vaxtdan bəri o, partiya-iqtidar, iqtidar və digər xarici nümayəndə heyətləri ilə, həmçinin Çinə səfər edən vəzifəli xadimlərlə bütün vacib danışıqları aparıb.
1983-cü ilin iyununda Ümumçin Xalq Nümayəndələri Məclisinin VI qurultayında Çinin sədri seçildi. 1988-ci ilin aprelində Xalq Siyasi Məşvərət Şurasının sədri, 1989-cu ildə isə Çinin Kasıb Bölgələrinin İqtisadi Fondunun fəxri sədri seçildi.
Li Syannyan 1 iyun 1992-ci ildə 82 yaşında Pekində vəfat edib.