Libretto - Wikipedia
Libretto - Wikipedia - Haqqında Məlumat
Librе́tto (italyan dilində libro sözündən əmələ gəlmiş libretto — kitab) — dünyəvi, yaxud ruhani səciyyə kəsb edən irihəcmli vokal, yaxud vokal olması vacib olmayan, (məsələn, opera, balet, operetta, oratoriya, kantata, müzikl) əsərin ədəbi əsası.
Bir qayda olaraq, libretto əksər hallarda qafiyəli şeirlə yazılır. Reçitativ üçün nəsrdən istifadə etmək mümkün sayılır. Əsas etibarilə libretto üçün süjet ədəbi əsərlər olur. Bu təqdirdə ədəbi əsərlər musiqi və səhnənin tələblərinə uyğun olaraq dəyişdirilir. Nadir hallarda, məsələn, opera üçün yazılan librettonun müəllifi bəstəkarın özü olur. Buna misal Rixard Vaqnerin yaradıcılını gətirmək olar.
Librettonun qısa icmalı sinopsis adlanır.
Librettonu tədqiq edən sahə librettologiya adlanır.