Lilioideae - Wikipedia
Lilioideae — soğanaqlı və ya soğanaqlı-yumru bitkilərdir. Çiçəkləri salxım və ya çətir çiçək qrupuna toplanıb və ya tək-tək yerləşir. Meyvə yuvalar üzrə açılan qutucuqdur. Bura zanbaq (Lilium) və dağ laləsi (Tulipa) daxildir. Bu cinslərin növəmələgəlmə mərkəzi Orta Asiyanın dağlıq əraziləridir.
Lilioideae | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Lilioideae |
||||
Beynəlxalq elmi adı | ||||
|
Zanbaq (Lilium) cinsi Yer kürəsində yayılmış 50-dən çox növü təmsil edir. Azərbaycan florasında bu cinsin 3 növü yayılmış və bir növü ağ zanbaq (Lilium candidum) dcekorativ bitki kimi bağ və parklarda becərilir. Ağ zanbaq bitkisi soğanaqlı bitki olub, yarpaqları növbəli düzülür. Çiçəkləri salxım çiçəkdə toplanır və güclü efir yağına malikdir. Çiçəkləri üçüzvlü olub, 5 dairədə yerləşmişdir. Dişiciyi üçbölümlüdür, meyvələri üçkünc qapaqlarla açılan qutucuqdur.[2]
İstinadlar
redaktə- ↑ Thorne R. F., Reveal J. L. An updated classification of the class Magnoliopsida (“Angiospermae”) (ing.). // The Botanical Review Springer Science+Business Media, 2007. Vol. 73, Iss. 2. P. 67–181. ISSN 0006-8101; 1874-9372 [67:AUCOTC2.0.CO;2 doi:10.1663/0006-8101(2007)73[67:AUCOTC]2.0.CO;2]
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.