Lipoma - Wikipedia
Lipoma — Səthi dərialtı lipomalar ən geniş yayılmış xoşxassəli yumşaq toxuma törəmələridir. Səthi lipomaların çox nadir hallarda hansısa simptomlarla müşahidə edilir. Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir.
Lipoma | |
---|---|
XBT-10 | D17 |
XBT-10-KM | D17.9, D17 |
XBT-9-KM | 214.9[1], 214[1] |
XBT-O | 8850/0 |
OMIM | 151900 |
DiseasesDB | 7493 |
MedlinePlus | 003279 |
MeSH | D008067 |
Vikianbarda əlaqəli mediafayllar |
Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin toplumudur. Lipomalar bədənin piy toxuması olan istənilən hissəsində əmələ gələ bilər. Onlar adətən səthi olaraq dərialtı toxumada geniş müşahidə edlir, lakin bəzən fassiya və ya daha dərin əzələ qatlarında da əmələ gələ bilər. Lipomaların inkişafı etiologiyası hələ ki, dəqiq anlaşılmayıbdır.
Lipoma çox zaman dəri altı müəyyən edilən kiçik "tennis şarı" kimi xarakterizə edilir. Lakin, tennis şarından fərqli olaraq lipomalar yumşaq olur. Bir çox xəstədə bir neçə lipoma müəyyən edilə bilər. Bəzi hallarda isə çoxsaylı lipomaları olan xəstələrdə irsi çoxsaylı lipomatoz xəstəliyi müəyyən edilə bilər. Lipomaların maliqnizasiya olunaraq liposarkomaya transformasiyası çox nadir haldır.
Lipoma diaqnozu adətən kliniki müayinə əsasında qoyulur. Lipomalar yumşaq, asimptomatik və adətən yavaş böyüyən törəmələrdir. Əgər lipoma olduğu düşünülən törəmə hansısa simptomlara səbəb olursa (məs., ağrı və ya hərəkətin məhdudlaşdırılması) və ya sürətlə böyüyürsə və ya yumşaq əvəzinə bərkdirsə, onun biopsiya olunması tövsiyə edilir.
Lipomanın müalicəsi onun kapsula ilə birlikdə kəsilib çıxarılmasıdır. Lipomanın kəsilib götürülməsindən sonra təkrar əmələ gəlməsi nadir hallarda müşahidə edilir. Cərrahi müalicənin yan təsirlərinə seroma, çapığın əmələ gəlməsi və hematomanın formalaşması daxildir. Cərrahi kəsiklə lipomanın çıxarılmasına alternativ kimi liposaksiya və aşağı konsentrasiyalı deoksixolatın inyeksiyası metodları da tətbiq oluna bilər. Deoksixolat inyeksiyalarının geniş tətbiqi üçün daha irimiqyaslı araşdırmaların aparılması tələb olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Disease Ontology (ing.). 2016.