Liviya Milli Ordusu - Wikipedia
Liviya Milli Ordusu (LMO), 2019-cu ilin Noyabr ayından etibarən Həftar Silahlı Qüvvələri (HSQ) olaraq bilinən İkinci Liviya Vətəndaş müharibəsində rol oynayan hərbi qüvvədir. Xəlifə Həftar başçılıq edir və Tobruqdakı Nümayəndələr Palatasına bağlıdır.
Liviya Milli Ordusu Həftar Silahlı Qüvvələri | |
---|---|
الجيش الوطني الليبي | |
Yaranma tarixi | 2011 - hal-hazırkı dövr |
Ölkə | Liviya |
Tabedir | Nümayəndələr Palatası |
Sayı | 7000 nizami ordu zabiti və 18000 muzdlular və militanlar |
Qərargah | Tobruq |
Rəngləri | Qırmızı, qara, yaşıl |
Müharibələr | İkinci Liviya vətəndaş müharibəsi |
Komandanlıq | |
Komandir | Xəlifə Həftar |
Liviya Milli Ordusu, 2011-ci ildə Liviyadakı vətəndaş müharibəsi zamanı Liviya Silahlı Qüvvələrinin NATO tərəfindən ağır məğlubiyyətindən sonra yeni Liviya hökuməti tərəfindən quruldu. 2014-cü ildə İkinci Liviya Vətəndaş Müharibəsinin başlaması ilə ordu Xəlifə Həftarın nəzdindəki terrorla mübarizə qrupuna və Abdulsalam əl-Obidinin rəhbərlik etdiyi qanuni qrupa bölündü. Qısa bir müddət sonra, eyni ildə Nümayəndələr Palatası Xəlifə Həftəri ordunun rəhbəri təyin etdi və ordunu tək bir dam altında yenidən bir araya gətirdi. Nümayəndələr Palatasının komandanlığı altında Həftər, Baş Milli Konqresə qarşı “Qürur Əməliyyatı” adlı bir əməliyyat başlatdı. İkinci Liviya Vətəndaş Müharibəsi davam edərkən, beynəlxalq səviyyədə tanınan Tripoli mərkəzli Milli Konsensius Hökuməti 2016-cı ildə quruldu. Xəlifə Həftər tabeliyindəki Liviya Milli Ordusu, bu hökuməti sona çatdırmaq üçün 4 aprel 2019 tarixindən etibarən Tripoliyə hücuma başlamışdır və hücum 2020-ci ildə Türkiyənin regiona müdaxiləsi ilə Liviya Milli Ordusu üçün məğlubiyyət ilə başa çatmışdır.
Liviya Milli Ordusu böyük ölçüdə muzdlulardan və ya militanlardan ibarətdir. Bu quruluşda sələfi təşkilatlar, Sudan, Çad və Rusiyadan olan muzdlular vardır. Quru qoşunları ilə yanaşı, Liviya Milli Ordusuna bağlı hərbi hava qüvvələri də mövcuddur, lakin dəniz qüvvələri baxımından çox da güclü deyildirlər.
Liviya Milli Ordusu tez-tez seçilmiş insanlara qarşı Liviyada müdaxilələr həyata keçirmişdir. Bu müdaxilələr nəticəsində Liviya Milli Ordusunun əsgərləri seçilmiş insanları əvəz etmişdirlər.