Lixtensteyn Qalasi - Wikipedia
Lixtenştayn qəsri (alm. Schloss Lichtenstein) — Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən qəsr.[1]
Lixtenştayn qəsri | |
---|---|
Schloss Lichtenstein | |
48°24′23″ şm. e. 9°15′29″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Şəhər | Lixtenştayn |
Yerləşir | Baden-Vürtemberq |
Aidiyyatı | Urax hersoqları |
Memar | Karl Aleksandr Heydelof |
Sifarişçi | I Vilhelm |
Əsas tarixlər |
1980 - yenidənqurma 1998-2002 - restavrasiya |
Tikilmə tarixi | 1840—1842 |
Üslubu | Neoqotika |
Vəziyyəti | muzey |
Rəsmi sayt | schloss-lichtenstein.de |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəQəsr Svabiya-Baden platforması üzərində yerləşir. 1200-cü ildə tikildiyi düşünülür. 1311-ci ildəki Reyçskrays Müharibəsində və sonra 1381-ci ildəki Reutlinqen şəhəri ilə birlikdə xaraba edildi. Qəsr 1840-cı ilə qədər təmir olunmadı.
1802-ci ildə bu torpaqlar Vürtemberq kralı I Frederikin əlinə keçdi. I Frederik orda ov köşkü tikdirdi. 1837-ci ildə bura qohumu Uraxlı hersoq Vilhelmin əlinə keçdi. O, Villiam Hauflun romanı "Lixtenştayn"dan təsirləndi və 1840–1842-ci illərdə indiki qəsri tikdirdi. Qəsrin memarı Karl Aleksandr Heydelof idi.
Qəsr indi Urax hersoqunun mülkiyyəti olsa da, ziyarətə açıqdır.
Eyniadlı qəsrlər
redaktəCənubi Afrikada Hount körfəzində və Avstriyada Lixtenştayn adlı qəsrlər mövcuddur.
Qalereya
redaktə-
1890-1900 -
1906-1908 -
2005
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2007-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-15.