Lizetta - Wikipedia
Lizetta — I Pyotrun atı.
Tarixi
redaktə"Zaman" qəzetinin icmalçı-jurnalisti Leonid Feodosi tərəfindən aşkar edilmiş rəvayətdə I Pyotrun bu atı Riqa ətrafında işləyən dəmirçidən aldığı söylənilir.
1698-ci ilin iyununda Böyük Səfirlikdən qayıdan I Pyotr çoxlu geosiyasi məsələlərlə bağlı yaranmış sualları qaydasına salaraq, qonşu Avropa ölkələri razılığa gəlmişdir. 1696–1698-ci illərdə mövcud olmuş Böyük Səfirlik Rusiyanın beynəlxalq təcrid olunmasının aradan qaldırılmasında ilk addım olmuşdur.
I Pyotr köhnə Moskva yolu, hazırda Riqada yerləşən indiki Bribivas küçəsi ilə geri qayıdırmış. Müasir Riqa mikrorayonu olan Teykada Pyotr tacirlərlə — at dəllalları ilə rastlaşır. Onlar qonur rəngli Qarabağ cinsindən olan cavan bir atı satışa çıxarmışdılar. Pyotr ilk baxışdan bu ata vurulur, çünki at öz qeyri-adi gözəlliyi ilə seçilirdi. O, dərhal at dəllallarına atın satışını dayandırmasını bildirərək, öz atı ilə bu cavan atı dəyişməyi və üstəlik 100 holland çervonunu da verəcəyini bildirir. Bu cür təklif Riqa tacirləri üçün sərfəli idi. Tacirlər elə yerindəcə Pyotrla razılaşdılar.
Pyotr elə alan kimi bu ata "Lizetta" adını verir. Bu ad haqqında bir neçə versiya var: bunlardan birincisi gələcəkdə II Şimal müharibəsi zamanı Rusiyanın gələcək müttəfiqi Polşa kralı II Güclü Avqustun Saksoniyadakı sarayında olduğu vaxt Pyotrun məşuqələrindən birinin adının olmasıdır.
Ən yaxın dəmirçi 1,5 km uzaqlıqda yerləşirdi. Pyotr öz atına nal vurulması üçün dəmirçiyə verir. Dəmirçi birinci nalı vurandan sonra, ikinciyə başlamaq istəyəndə Pyotr edilən işlə bağlı sınaq keçirir. O hələ alovlu olan nalı götürərək əli ilə əyir. Karıxmış dəmirçi bu dəfə həmin nalı daha möhkəm metaldan hazırlamağa başlayır.
Rusiyanın birinci imperatorunun məşhur atının karyerası belə başlamışdır. Bizə çatan məlumatlara görə, Lizetta Pyotrdan başqa heç kimə qulaq asmırdı və imperatorun mehtərlərinə baş ağrısı olmuşdu. O öz sahibindən savayı heç kimdən yem qəbul etmirdi. Sonralar Pyotrun uzun müddət yoxluğu zamanı at imperatorun qayıdışına qədər heç nə ilə qidalanmamışdı. Poltava döyüşündə Lizetta I Pyotru ölümdən xilas etmişdir. Döyüş zamanı Pyotr İsveç ordusunun mühasirəsinə düşür. Lakin Lizetta bu dairəni yararaq imperatorun həyatını xilas eləyir.
Lizettanın ölümündən sonra Pyotr onun müqəvvasının yaradılmasını əmr edir. Məhz bu müqəvva sonralar batalist rəsmlərdə təsvir olunan atlar üçün prototip model rolunu oynamışdır.
İndiki dövrdə
redaktəHal-hazırda bu müqəvva Sankt-Peterburqda Zoologiya muzeyində saxlanılır.