Lockheed F 104 Starfighter - Wikipedia
F-104 Starfighter (Ulduz döyüşçüsü ), ABŞ Lockheed Martin şirkəti tərəfindən yaradılmış olan bombardmançı hərbi təyyarə növüdür. SSRİ-dəki rəqibi Mikoyan-Gurevich MiG-21 supersonik hərbi təyyarəsi olmuşdur.
Lockheed F-104 Starfighter | |
---|---|
Tipi | Önləmə təyyarəsi, Reaktiv təyyarə, Qırıcı |
Hazırlayan | Lockheed Corporation |
İstehsalçı | Lockheed Corporation, Mitsubişi |
İlk uçuş | 17 fevral 1956 |
İstismara verilmə tarixi | 20 fevral 1958 |
İstimarının bitmə tarixi | 31 oktyabr 2004 |
İstismarçılar | |
Buraxılış sayı | 2.578 |
Vikianbarda əlaqəli mediafayllar |
Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, İtaliya, Yaponiya, Pakistan və Türkiyə tərəfindən istifadə edilmişdir. Türk Hava Qüvvələri tərəfindən 1964-cü ildən etibarən istifadə edilməyə başlanılmış 1993-cü ildə xidmətdən çıxardılmışdırlar.
Qısa qanadlarına görə hər hansı bir mühərrik problemi yarandıqda və ya güc itkisi baş verəndə havada qalması çox az olduğundan planer uçuşu etməyi bacarmayan və tez-tez buna görə qəza etmiş təyyarələrdən olmuşdurlar. Almaniya Hərbi Hava Qüvvələrindəki çoxsaylı qəza səbəblərinə görə onlara "uçan tabut" deyilmişdir. Almaniya Hərbi Hava Qüvvələrindəki 100-dən artıq F-104 G modelinin istifadə edildiyi müddət ərzində qəzaya uğradığı bildirilir.
Türk Hava Qüvvələrində F-104G, TF-104G, F-104S, CF-104A və CF-104D modelləri istifadə edilmişdir. Türkiyə Kipr Sülh Hərəkatından sonra öz hərbi hava qüvvələrini təmin etmək məqsədi ilə ABŞ tərəfindən tətbiq edilmiş olan silah embarqosuna görə İtaliyadan arsenalda olan F-104G modellərindən olduqca fərqli olan F-104 S tipli 40 ədəd təyyarə almışdır. Kanada istehsalı olan CF-104A və CF-104D modelləri Kanada tərəfindən 1983-cü ildə Türkiyəyə hədiyyə edilmişdir. Türkiyənin hərbi muzey bağında və bəzi vilayət və bölgələrində mühərriki çıxardılaraq nümayiş etdirilir.
Qırıcı, önləmə, bombardmançı vəzifələri üçün nəzərdə tutulmuşdur. 1954-cü ildə ilk uçuşunu həyata keçirmiş və 1958-ci ildə xidmətə qəbul edilmişdir. Ümumi olaraq 2578 ədəd istehsal edilmişdir.
Mühərrik
redaktəF-104 modelinin mühərriki, General Electric J79 turbojet mühərriki əsasında dizayn edilmişdir. 2 Mach sürətindən yuxarı olan sürətlərə imkan verən mühərrikinin alüminium quruluşu eyni zamanda mühərrikin istilik sərhədlərini məhdudlaşdırırdı. Daha sonrakı J79 modellərində həyata keçirilmiş olan modifikasiyalar ilə itələmə gücü 30%-ə qədər artırılmışdır.
İstifadəçilər
redaktəKeçmiş istifadəçilər
redaktə- Danimarka
- Almaniya
- Yunanıstan
- İtaliya
- Yaponiya
- İordaniya
- Niderland
- Norveç
- Pakistan
- İspaniya
- Türkiyə
- ABŞ
-
F-104 S Starfighter modelinin alətlər lövhəsi