London Milli Qalereyasi - Wikipedia
London Milli Qalareyası dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri.
London Milli Qalereyası | |
---|---|
National Gallery | |
Əsası qoyulub | 1824 |
Açılış tarixi | 1824 |
Ölkə | |
Yerləşir | London, Böyük Britaniya |
Ziyarətçi sayı | 6 031 574 (2013)[1] |
Direktor | Nikolas Penni |
Muzeyə yetişmək | Charing Cross, Leicester Square, Embankment |
Telefon | +44 (0)20 7747 2885 |
İş rejimi | Hər gün 10:00–18:00, Cümə günü 21:00-dək |
51°30′31″ şm. e. 0°07′42″ q. u.HGYO | |
nationalgallery.org.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Londonda 1824-cü ildə qurulmuşdur və 2300-dən çox eksponatın olduğu kolleksiyaya ev sahibliyi edən muzeydir. Bina Trafalqar meydanında yerləşir. Muzeydə XIII və XX əsr arasındakı çəkilmiş bir çox portretlər nümayiş olunur . Kolleksiya Birləşmiş Krallığın xalqına məxsusdur və daxil olmaq pulsuzdur. Milli Qalereyanın başlanğıcı çox təvazökar idi. Bənzərləri olan Parisdəki Luvr və Madriddəki Prado Muzeyinin əksinə mövcud olan bir kraliyət və ya xüsusi kolleksiyanın üzərinə qurulmadı. 1824-cü ildə İngilis hökuməti, bankir Con Julius Anqersteindən 36 portret satın aldı. Bu rəsmlər muzeyin ilk əsərləri idi. Ser Çarlz Lok Eastlakein o dövrdə etdiyi səylər və onun etdiyi bağışladıqları portretlər muzeyin kolleksiyasının üçdə ikisini təşkil edirdi.[4] Nəticə olaraq, Avropadakı digər milli qalareyalarda müqayisədə kiçik ölçüdə bir kolleksiyaya sahib olmasına baxmayaraq, əhəmiyyətli əsərləri toplaya bilməsi və Giottodan Cezanneyə geniş bir yelpik altında toplaması ilə məşhurlaşdı. Bir dövr üçün Avropanın öz qalıcı kolleksiyasını nümayiş etdirə biləcək neçə qalereyadan biri idi.[5] Bina Trafalqar meydanının şimal sahillərindədir. Önündəki memarlıq əsəri William Wilkins idi və inşa edildiyi ildən bəri eyni qaldı. Sainsbury Wing, Robert Venturi və Denise Scott Brown tərəfindən genişləndirildi. Bu əlavələr postmodern arxitekturasının əhəmiyyətli nümunələridir.
İstinadlar
redaktə- ↑ "Рейтинг ALVA-2012". 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 https://vocaleyes.co.uk/research/heritage-access-2022/benchmark/.
- ↑ Gentili, Augusto; Barcham, William & Whiteley, Linda (2000). Paintings in the National Gallery. London: Little, Brown & Co., sayfa 7
- ↑ Potterton, Homan (1977). The National Gallery, London. London: Thames & Hudson, sayfa 8