London Borosu - Wikipedia
London borosu - Böyük Londonun 33 inzibati bölgəsindən 32-ni ifadə edən inzibati termindir. Borolarda yerli xidmətlərin təmin edilməsi üçün London Boroları Şurası fəaliyyət göstərir ki, orada da yerli hakimiyyət nümayəndələri təmsil olunurlar. Boro olmayan yeganə inzibati bölmə London şəhəridir ki, həmin ərazi də praktiki məqsədlər üçün şəhər kimi saxlanmışdır. Borolar Böyük Londonun yaradılması ilə eyni vaxta, 1 aprel 1965-ci ildə[qeyd 1] yaradılmışlar və London borolarında 150,000-dən 300,000-ə kimi əhali yaşayır ki, bu da İngiltərə şəhərlərinin ekvivalentidir.
London borosu | |
---|---|
İngiltərənin XXII borosu | |
Kateqoriyası | İngiltərə rayonları |
Yerləşməsi | Böyük London |
Yaradılma qanunu | 1963 London Hakimiyyət Aktı |
Yaranma tarixi |
|
Nömrəsi | 32 (as of 2013) |
Tipləri |
|
Əhalisi | 150 000–300 000 |
Ərazisi | 15–150 km2 |
İdarə orqanı |
|
London borolarında şura, yerli özünüidarə orqanlarının əsas xidmətlərini həyata keçirir, lakin siyasi həll tələb edən məsələlərə (məsələn, planlaşdırma, nəqliyyat və ya infrastruktur), həmçinin Böyük London administrasiyası tərəfindən həyata keçirilən London meri seçkilərinə qarışmır.
Hər bir boro təxmini bərabər əhali sayına malik seçici bölgələrinə bölünür, İngiltərə Sərhəd Komissiyası 8-12 ildən bir yeni məclis üzvlərinin seçilməsi üçün bölgələrin ərazilərinə yenidən baxır. Bölgələrin hər biri ənənəvi olaraq üç, çox az hissəsi isə bir və ya iki məclis üzvü ilə təmsil olunur, məclis üzvü az olan bölgələr əhali sıxlığı aşağı olan yerlərdir. Məclis üzvlərinin seçkisi dörd ildən bir keçirilir. 2014-cü ildə London yerli seçkilərində 20 Leyborist, 10-u isə Mühafizəkarlar və ya Liberal Demokratlardan olmaqla məclis üzvləri seçilmişlər, digər iki yer isə palatalararası əlaqənin labüd olduğu və “heç kimin nəzarət etmədiyi” yerlərdir. Məclisin indiki tərkibi bir neçə kiçik seçkidən sonra formalaşmışdır. Növbəti seçkilər 2018-ci ildə keçiriləcək. İyirmi səkkiz məclis üzvü lider və kabinet sistemini tətbiq edir, dörd boronun seçiciləri isə məclis rəhbərini seçirlər ki, o da birbaşa mer olur: Hakni, Levişam, Nyuham və Tauer Hamletsdə iki səsvermə birlikdə keçirilir.
London boroları bütün keçmiş yerli idarə orqanlarının birləşdirilməsi ilə yaradılmış, 1987-1992-ci illər arasında kiçik sərhəd dəyişiklərinə məruz qalmışlar.
On iki Daxili London borosu 1965-ci ilə kimi London qraflığında təmsil olunurdu. Qraflığın məktəb departamenti 1870-ci ildə yaradılmış London Məktəb Məclisinin birbaşa varisi idi. Parlament London Təhsil Orqanlarını 1990-cı ilə kimi saxlamışdı və hələ də Daxili London termini şəhərin daxili və xarici bölgələrini ayırmaq üçün istifadə edilir.
London şəhəri London Şəhər Korporasiyası, həmçinin Daxili və Orta məhkəmə innləri tərəfindən idarə olunur.
Tarixi
redaktəYaradılması
redaktə1930-cu illərin ortalarından Böyük London ərazisində dörd tip yerli özünüidarə orqanı fəaliyyət göstərirdi. Bunlar qraflıq boroları, bələdiyyə boroları, şəhər rayonları və metropolitan borolarıdır. Böyük qraflıq boroları bütün yerli hakimiyyət xidmətlərini təklif edirlər və adətən qraflıq məclis üzvləri tərəfindən maliyyələşdirilirlər. Bələdiyyə boroları və şəhər rayonları çox az gücə malikdirlər. Bu isə vəziyyəti mürəkkəbləşdirir, belə ki, qraflıq məclis üzvləri, bələdiyyə boroları və rayon məclislərinin ibtidai təhsil və bələdiyyə borolarının kitabxanalar ilə təchiz edilməsi kimi hüquqlara malik idilər və bu da tədricən həyata keçirilməli idi. London yerli özünüidarə orqanları bütün bu işləri təşkil etməyə çalışırdı.
Böyük Londonun Yerli Özünüidarə Orqanlarının Kral Komissiyasının əsası 1957-ci ildə qoyulmuş, bu haqqda məlumat isə 19 oktyabr 1960-cı ildə yayılmışdır. Sənəddə 100,000 - 250,000 arası əhali ilə məskunlaşmış 52 “Böyük London Borosu”nun yaradılması nəzərdə tutulurdu.[1] Onlar mövcud olan bütün yerli hakimiyyət orqanlarının birləşdirilməsi nəticəsində yaradılmışdılar. 1961-ci ilin dekabrında hakimiyyət 52 boro yerinə 34 boronun olmasına qərar verir və onların srhədlərini müəyyənləşdirir. 1962-ci ildə isə 34 boro yerinə 32 boro yaradılır.
1 aprel 1965-ci ildə 32 London borosu və Böyük London “1963 London Hökumət Aktı” ilə təsdiqlənir. Keçmiş London qraflığının ərazisini təşkil edən 12 boro Daxili London, yerdə qalan digər 20 boro isə Xarici London Boroları kimi rəsdiqlənir. Kənar London boroları yerli təhsil orqanlarını idarə etsələr də, Daxili London borolarında şuralar elə qurulmuşdu ki, Daxili London Təhsil Orqanı mövcudluğunu davam etdirsin və bildirilmişdi ki, keçmiş London ərazisində bəzi yerli özünüidarə orqanlarının təhsil sahəsində tarixi təcrübələri yoxdur. London şəhəri ərazisi isə London Şəhər Korporasiyası, həmçinin Daxili və Orta məhkəmə innləri tərəfindən idarə edilir.
Seçkilər 7 may 1964-cü ildə keçirilmiş, seçilmiş məclis üzvləri isə növbəti ilə kimi keçmiş məclis üzvlərinin nəzarətində fəaliyyət göstərirlər.
Keçmiş orqanlar
redaktəBorolar aşağıdakı kimi yaradılmışdı. 1965-ci ildən bəri bəzi kiçik sərhəd dəyişikləri edilmiş, iki boronun isə adı dəyişdirilmişdi.
Böyük London Şurası
redaktə1965-1986-cı illər arasında borolar iki mərhələli hökumət sisteminin tərkibin daxil idilər və hakimiyyəti Böyük London Şurası (BLŞ) ilə bölürdülər. Hakimiyyət və funksiyaların bölünməsi o anlama gəlirdi ki, Böyük London Şurası, təcili tibbi yardım, yanğınsöndürmə, qida təchizatı və tullantıların daşınması kimi “geniş xidmət sahələrində” məsuliyyət daşıyırdı; London boro şuraları isə, sosial kömək, kitabxanalar, qəbirsanlıqlar və küçələrdən zibilin toplanması kimi daha çox “şəxsi” xidmətlərlə məşğul olurdu. Bəzi London boro şuraları və BLŞ 1985-ci ildə baş vermiş qiyamın yatırılmasına cəlb edilmişdi. 1 aprel 1986-cı ildə BLŞ ləğv edildi, boro şuraları isə əvvəllər BLŞ-nın həyata keçirdiyi tullantıların daşınması kimi sosial xidmtləri həyata keçirməyə başladı. Daxili London Təhsil Orqanı isə xüsusi dövlət orqanı kimi fəaliyyətini davam etdirdi. 1990-cı ildə Daxili London Təhsil Orqanı da ləğv edildi və Daxili London boroları da yerli təhsil xidmətləri ilə məşğul olmağa başladılar.
Ad və sərhəd dəyişiklikləri
redaktə1972 Yerli Hökumət Aktı London borolarının adlarının təyin edilməsi mexanizmini müəyyənləşdirir və şuraları dəyişir. Bu hüquq 1 aprel 1979-cu ildə Hammersmit borosuna (Hammersmit və Fulham olaraq dəyişdirilib), 1 yanvar 1980-ci ildə isə Barkinq borosuna (Barkinq və Degenham olaraq dəyişdirilib) verilib. Boroların adlarının müəyyəbləşdirilməsi zamanı əsasən iki ən məşhur yerli adın kombinasiyasından istifadə edilmişdir.
London boroları bütün yerli özünüidarə orqanlarının birləşdirilməsi ilə yaradılmışdır və ehtimal edilirdi ki, bu sərhədlərin müəyyənləşdirilməsinə də kömək edəcək. 1963 London Hökumət Aktında Böyük London ətrafındakı icmaların London borolarına köçürülərək məskunlaşdırılmaları məsələsi də nəzərdə tutulmuşdu.[2] Bu işlər 1969-cu ildə Nokholt, Brumli əhalisinin Kent, Farlay və Huli, Kroydon əhalisinin isə Surri ərazisinə köçürülməsi ilə tamamlanmışdı. Aktda həmçinin borolar arası və borolarla qonşu qraflıqlar arasında köçürülmə oşləri nəzərdə tutulmuşdu. Bu hüquq Temza çayında yerləşən iki ada ərazilərinin – yuxarı Temzada Riçmond və Surri adalarının dəyişdirilməsində istifadə edilmişdir.[3]
1972 Yerli Hökumət Aktı ilə borolar və Göyük London sərhədlərinin dəyişilməsi işlərinə baxmaq üçün İngiltərə Yerli Hökumət Sərhəd Komissiyasının əsası qoyulmuşdur. İlk sərhəd dəyişikliyi məsələsinə 1 aprel 1987-ci ildə baxılmış və 1992-ci ildə elan edilmişdir.[4] Bundan sonra müxtəlif dövrlərdə boroların sərhədlərinə kiçik dəyişikliklər edilmişdir, məsələn, Bekontre ərazisi tamamilə Brakinq və Deqenham ərazisi ilə birləşdirilmişdir. Komissiya bildirir ki, onların təkliflərinin bir çoxlarına ciddi şəkildə qarşı çıxılmış və qəbul edilməmişdir. Bəzi anomaliyaların aradan qaldırılması üçün London şəhəri və ətrafdakı boroların da sərhədlərinə kiçik dəyişikliklər edilmişdir.[5]
Böyük London administrasiyası
redaktə2000-ci ildə London Meriyası və London Assambleyasından ibarət olan Böyük London administrasiyası yaradılmışdır. Strateji hakimiyyət orqanı kimi, BLA əsas magistrallara nəzarət və strateji planlaşdırma kimi mühüm işləri yerinə yetirir, yerdə qalan işlərin icrasına isə boro şuraları baxır.
London boro şuraları
redaktəLondon borolarına üzvləri dörd ildən bir seçilən London boro şuraları (LBŞ) rəhbərlik edir. Onlar Londonun əsas yerli hakimiyyət orqanları olmaqla, məktəblər, sosial xidmətlər, tullantıların daşınması və yol xidmətləri kimi bir çox sosial xidmətləri həyata keçirirlər. Bəzi sosial xidmətlər Böyük London administrasiyası tərəfindən həyata keçirilir, lobbiləşmə və başqa xidmətlər isə London şuraları tərəfindən həyata keçirilir. Bəşi şuralar tullantıların toplanması və təmizlik kimi bəzi sosial işləri həyata keçirmək üçün güclərini birləşdirirlər. Borolar yerli hakimiyyət rayonlarına bölünürlər və onların da metropolitan borolarına oxşar funksiyaları var. Hər biri yerli boro şurası həm də təhsil orqanı dunksiyasını həyata keçirir.
Xidmət | Böyük London administrasiyası | London boro şuraları |
---|---|---|
Təhsil | ||
Mənzil | ||
Planlaşdırma proqramları | ||
Strateji planlaşdırma | ||
Nəqliyyat planlaşdırması | ||
Sərnişin daşınması | ||
Avtomobil yolları | ||
Yanğın | ||
Sosial xidmətlər | ||
Kitabxanalar | ||
Boş vaxt və istirahət | ||
Tullantıların toplanması | ||
Tullantıların emalı | ||
Ətraf mühitin sağlığı | ||
Vergilərin toplanması |
Ümumi xidmətlər
redaktəÜmumi xidmətlər iki və daha çox boro arasında bölünən boro şurası xidmətləridir. Ümumi xidmətlər əvvəl israrla öz müstəqillik hüquqlarını qorumağa çalışsalar da, 2000-ci illərin sonlarında büdcələrin azaldılması ilə onlar boro şuraları ilə birləşməyə çalışırlar.[6] 2011-ci ildən etibarən Vestminister və Hammersmit və Fulham təhsil və nəqliyyat xidmətləri kimi bəzi xidmətlərini birləşdirmişlər.[7] 2010-cu ilin oktyabrında Hammersmit və Fulham, Kensinqton və Çelsi və Vestminster bütün xidmətlərini birləşdirərək “super şura” yaratmaq haqqında planları olduğunu açıqlamışlar. Hər biri özünün siyasi identiklik, liderlik və şura üzvlərinə malik olsalar da, heyət və büdcələr birləşdiriləcək.[8] Lambert və Souzvark da oxşar şəkildə xidmətlərini birləşdirmək arzusunu ifadə etmişlər.[9]
Ümumi xidmətlərin tənqidi
redaktəİdarəçilik filosofu və Vanqard metodunun yaradıcısı professor Con Seddon bildirir ki, ümumi xidmətlərin “iqtisadi inkişaf”a nail olmaq üçün nəzərdə tutulmuş layihələri özündə a) açkar olana inandırma və b) bir qədər mürəkkəb məlumatları birləşdirir və bu xüsusiyyətlər bir çox danılmaz faktlarla sübut oluna bilən məlumatların təsdiqlənməsi üçün bir araya gətirilib. O, iddia edir ki, ümumi xidmət layihələri uğursuzluqla nəticələnəcək (və sonda qənaət etmək istədiklərindən daha baha başa gələcək).[10] Seddon bu fikirləri səsləndirərkən birbaşa “üç boro”nun ümumi xidmətlərinə istinad edir.[11]
Boroların siyahısı
redaktəYalnız dörd boronun rəsmi adında “London borosu” ifadəsi yoxdur: Vestminster, Kinqston-apon-Tems, Kensinqton və Çelsi və Qrinviç.
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ Sharpe, LJ. The Report of The Royal Commission on Local Government in Greater London. 1961.
- ↑ London Government Act 1963 Section 6 (4)
- ↑ "The Gazette". 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ The Local Government Boundary Commission for England, The Boundaries of Greater London and The London Borough, Report 627, (1992)
- ↑ "The City and London Borough Boundaries Order 1993". 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ Jane Dudman (20 October 2010) Public sector cuts will not hit 'back office' hardest Arxivləşdirilib 2011-01-24 at the Wayback Machine, The Guardian
- ↑ Jaimie Kaffash (7 July 2010) London boroughs to share education services Arxivləşdirilib 2014-02-03 at the Wayback Machine, Public Finance
- ↑ Pickles backs plan to merge Tory councils Arxivləşdirilib 2021-02-28 at the Wayback Machine, BBC News 22 October 2010
- ↑ Lambeth and Southwark councils to merge some services under Labour plan Arxivləşdirilib 2022-09-03 at the Wayback Machine, London SE1 (30 March 2010)
- ↑ Systems Thinking in the Public Sector, John Seddon, Page 57
- ↑ Seddon, John. "Shared Illusions". 2013-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- London borolarının xəritəsi Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine
- London borolarının müqayisəsi aləti Arxivləşdirilib 2013-10-04 at the Wayback Machine