Luici Ferraris Stadionu - Wikipedia
Luici Ferraris — İtaliyanın Sampdoriya və "Cenoa" komandalarının stadionu
Luici Ferraris stadionu | |
---|---|
Yeri | Genuya, İtaliya |
Tikilib | 1911 |
Açılış tarixi | 22 yanvar 1911 |
Sahibi | Genuya |
Tamaşaçı tutumu | 33.205[1][2] |
Ev sahibi komanda | Cenoa FK, Sampdoriya FK |
Meydançanın ölçüləri | 105 x 68 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Genuyanın "Luici Ferraris" stadionunda iki klub: "Sampdoriya" və "Cenoa" çıxış etsə də, arenanın adı onlardan yalnız birinə aiddir. Karyerasının parlaq dövründə ikincilərin şərəfini qoruyan (1909-1913) Ferraris Birinci Dünya Müharibəsi zamanı cəbhəyə yollanır. 1915-ci ilin 23 avqustunda döyüş meydanında həlak olan 27 yaşlı şəxsin adı o vaxtdan "qriflər" üçün müqəddəsləşib. Onu da əlavə edək ki, Sampdoriya azarkeşləri ev arenalarına özləri üçün doğma olan "Marassi" (Genuyanın şimal-şərqində "Luici Ferraris"ə yaxın nöqtədə yerləşən kvartal) adını veriblər. "Bluçerkiati" tiffozilərinin müəyyən etdiyi qeyri-rəsmi isim populyarlığına görə birincidən heç də geri qalmır.
İtalyanca "fedelissimi" sözünü ("sadiqlər", "vəfalılar") təşkil edən 11 böyük hərf dəyişməz olaraq Sampdoriya azarkeşlərinin ev sektorunu bəzəyir. Görünür, qapılardan birinin arxasında bütün tribunanı tutan genuyalı tərəfdarların dəstəyi də komandanın çıxışında mühüm rol oynayır.
Ümumiyyətlə, "Luici Ferraris"də keçirilən oyunları canlı izləmiş futbolsevərlərin çoxunun etirafına əsasən, bu stadionda olan əhvali-ruhiyyə heç nə ilə müqayisəyə gəlmir. Bunu həmin klubun formasını geyinmiş futbolçular da təsdiqləyirlər. Genuyada, həqiqətən də, həm aydın, həm də kölgəli vaxtlarda sevimlilərini dəstəkləməyi bacarırlar.