Musfiq Memmedov - Wikipedia
Müşfiq Məmmədov Xıdır oğlu — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi.
Müşfiq Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi |
General-mayor |
Təltifləri |
Həyatı və fəaliyyəti
redaktəMüşfiq Məmmədov əslən Laçın rayonundandır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının məzunudur.
O, uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.[1]
2020-ci ilin dekabrın 15-də Prezidentin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.[2]
2023-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilib.
2024-cü ilin mayında Prezidentin müvafiq sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.
İstinadlar
redaktə- ↑ "Yüksək vəzifə verilən general-mayor Müşfiq Məmmədov kimdir? - DOSYE". Trend.Az (az.). 2024-05-13. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.