Mubariz Snayper Tufengi - Wikipedia
Mübariz (Snayper tüfəngi) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan snayper tüfəngi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırılmışdır.[1][2]
Mübariz snayper tüfəngi | |
---|---|
İstismar tarixçəsi | |
İstismara başlanması | 2013-h.h |
İstehsal | Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan) |
İstismar edənlər | |
İstifadə edilən döyüşlər | •İkinci Qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
İstehsalçı | Azərbaycan |
Xüsusiyyətləri | |
Ağırlığı | 16 kq |
Məsafə | 2000 m |
Uzunluğu | 1700 mm |
Tarixi
redaktəAzərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan Mübariz snayperi ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində "İndoDefence −2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, Türkiyə və Pakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib.[1]
Adlandırılması
redaktəMübariz snayperi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. "İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adı ilə qəbul edilib.[3]
Texniki xüsusiyyətləri
redaktəİST −12,7 "Mübariz" — 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. "Mübariz" uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır.
12.7x108 mm-lik patronlardan atəş açan "Mübariz" tüfəngi müxtəlif istismar şəraitində — havanın 93–97% nisbi rütübətliliyində, −50 dərəcədən +50 dərəcə temepratura qədər effektiv istifadə oluna bilir. Yağış, toz və qar şəraitində etibarlı işləyir. O, vacib düşmən hədəflərinə tək-tək və dəqiq atəşin açılması üçün nəzərdə tutulub. Tüfəngin hədəfə tuşlanması optik və mexaniki nişangahlarla yerinə yetirilir. "Mübariz" snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla və ya Aselsan Pyton termal görüntüləmə nişangahı ilə təchiz olunur.[4]
Taktiki-Texniki xüsusiyyətləri:
Sursat — 12,7×108 mm
Çapı — 12,7 mm
Atəş tezliyi — 15 atəş/ dəq
Başlanğıc surət B-32–845m/san
Silahın uzunluğu — 1700mm
Lülənin uzunluğu — 1100mm
Hədəf məsafəsi — 2000mm
Sursat sandığı — 7 ədəd
Çəkisi — 16 kq
İş prinsipi — yarım avtomat
İstifadə edən ölkələr
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət". 2020-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
- ↑ http://www.xezerxeber.az/mobil//G%C3%BCnd%C9%99m/88998.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
- ↑ "Arxivlənmiş surət". 2020-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.