Muhasibat Ucotu - Wikipedia
Mühasibat uçotu — müəssisələr və korporasiyalar kimi iqtisadi qurumlar haqqında maliyyə və qeyri-maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsi.[1][2]
"Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.[3]
Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də[4].
İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır[5].
Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır[6].
Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir[7][8][9].
Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.[10]
Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:
- daxili istifadəçilər (insiders);
- kənar istifadəçilər (outsiders).
Daxili istifadəçiləri
redaktəMüəssisə daxilində biznes qərarlarını qəbul etmə səlahiyyətinə malik olan rəhbər,menecer,yaxud sadə işçilər ola bilər[11][12].
Kənar istidafəçilər
redaktəKənardan həmin şirkətin maliyyə uçotu məlumatları ilə maraqlanan tərəflər ola bilər.Bu istifadəçilərə investorlar və səhmdarlar,kreditorlar,dövlət vergi orqanları,yaxud istehlakçılara aiddir[13][14].
Göstərilən istifadəçilər maliyyə uçotundan aşağıdakı informasiyaları almaqda maraqlıdırlar:
- İnvestorlar və səhmdarlar,onların nümayəndələri — həyata keçirilən və ya nəzərdə tutulan investisiyaların riskliyi,gəlirliyi və müəssisənin dividend ödəmək qabiliyyəti haqda informasiya;
- Müəssisənin işçiləri və onların nümayəndələri (həmkarlar ittifaqı və s.) — işverənlərin gəlirliliyi,stabilliyi,iş yerlərini saxlamaq və əmək haqqı ödəyə bilmə imkanı barədə informasiya;
- Borcverənlər — müəssisənin verilmiş borcları qaytara bilməsi və faizləri ödəyə bilməsi haqqında informasiya;
- Malsatan və podratçılar,malalan və sifarişçilər — müəssisənin fəaliyyətinin fasiləsizliyi haqqında informasiya;
- Dövlət orqanları — öz funksiyalarını (resursların yerləşdirilməsi,iqtisadiyyatın tənzimlənməsi,dövlət siyasətinin hazırlanması və reallaşdırılması,statistik nəzarətin aparılması və s. funksiyalar) həyata keçirmək üçün onlara lazım olan informasiya;
- Bütövlükdə ictimaiyyət — yerli,regional və dövlət səviyyəsində müəssisənin ictimai rifahını yüksəldilməsində rolu haqqında informasiya[15].
İdarəetmə uçotunun informasiyası
redaktəDaxili istifadəçilər tərəfindən firmanın idarə olunması zamanı istifadə olunur.İdarəetmə uçotunun aparılmasında əsas məqsəd daxili istifadəçiləri istehsal xərcləri və maya dəyəri haqqında informasiya ilə təmin etmək,həmçinin maliyyə hesabatının təhlilinin nəticələrinə dair göstəricilərlə təmin etməkdən ibarətdir…
Əgər kənar istifadəçilər üçün maliyyə uçotunun məlumatları əsasən investisiyalar haqqında qərar vermək üçün lazım idisə,daxili istifadəçilər üçün uçot məlumatları aşağıdakı məqsədlər üçün lazımdır[16][17][18]:
- Strategiyanın hazırlanması;
- İşin planlaşdırılması;
- Qərarların qəbulu;
- Resurslardan istifadənin optimallaşdırılması.
Qeyd olunanları nəzərə alaraq idarəetmə uçotunu bəzən daxili yaxud da istehsal(maya dəyəri) uçotu (Cost Accounting) adlandırırlar.Maliyyə uçotu ilə idarəetmə uçotu arasındakı fərqər şəkildə göstərilmişdir.
Hər bir peşənin (elmin) müəyyən bir məhsulu olduğu kimi Maliyyə uçotunun da məhsulları maliyyə hesabatıdır.[3][19]
Aktivlər
redaktəAktivlər müəssisənin keçmiş hadisələr nəticəsində[20] yaranmış onun nəzarətində və istifadəsində olan elə resurslardır ki, gələcəkdə həmin müəssisəyə iqtisadi fayda gətirəcək[21].
Öhdəliklər
redaktəÖhdəliklər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış və gələcəkdə ona iqtisadi fayda gətirəcək resursların həmin müəssisədən axıb getməsinə[22][23] səbəb olan borclardır[24].
Xüsusi kapital
redaktəXüsusi kapital müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivlərdir[25][26][27].
Gəlir
redaktəGəlir hesabat dövründə müəssisənin iqtisadi faydasının elə artmasıdır ki,bu öz əksini aktivlərin artmasında,yaxud ohdəliklərin azalmasında tapır.Bunun nəticəsində kapitalın mülkiyyətçilərin payları hesabına olmayan artımı baş verir[28].
Xərclər
redaktəXərclər hesabat dövründə müəssisənin iqtisadi faydasının elə azalmasıdır ki, bu öz əksini aktivlərin dəyərinin azalmasında və ya itirilməsində yaxud öhdəliklərin artmasında tapır,bunun da nəticəsində kapitalın mülkiyyətçiləri tərəfindən geri çıxarılması hesabına olmayan azalması baş verir.[29]
İstinadlar
redaktə- ↑ Needles, Belverd E.; Powers, Marian. Principles of Financial Accounting. Financial Accounting Series (12). Cengage Learning. 2013.
- ↑ Accounting Research Bulletins No. 7 Reports of Committee on Terminology (Hesabat). Committee on Accounting Procedure, American Institute of Accountants. November 1940. 7 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2013.
- ↑ 1 2 Beynəlxalq Uçot və Hesabata Giriş (GAAP və İFRS əsasında) İqtisadi Araşdırmalar və tədris mərkəzi.2-ci nəşr.Bakı-2012.s-21
- ↑ "Department of Accounting". Foster School of Business. 2013. 19 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2013.
- ↑ Schipper, Katherine. "The introduction of International Accounting Standards in Europe: Implications for international convergence". European Accounting Review. Taylor & Francis Online. 14. 2005: 101–126. doi:10.1080/0963818042000338013. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2023.
- ↑ Lung, Henry. Fundamentals of Financial Accounting. Elsevier. 2009.
- ↑ Needles, Belverd E.; Powers, Marian. Principles of Financial Accounting. Financial Accounting Series (12). Cengage Learning. 2013.
- ↑ Accounting Research Bulletins No. 7 Reports of Committee on Terminology (Hesabat). Committee on Accounting Procedure, American Institute of Accountants. November 1940. 7 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2013.
- ↑ DIWAN, Jaswith. ACCOUNTING CONCEPTS & THEORIES. LONDON: MORRE. 001–002. id# 94452.
- ↑ "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
- ↑ "The move towards global standards". ifrs.org. IFRS Foundation and IASB. 2011. 25 December 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 April 2012.
- ↑ "The importance of high quality accounting standards". 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2023 – ProQuest vasitəsilə.
- ↑ کشاورزی, کیخسرو. تاریخ ایران از زمان باستان تا امروز (Translated from Russian by Grantovsky, E.A.) (fars). 1980. 39–40.
- ↑ Oldroyd, David & Dobie, Alisdair: Themes in the history of bookkeeping, The Routledge Companion to Accounting History, London, July 2008, ISBN 978-0-415-41094-6, Chapter 5, p. 96
- ↑ Oldroyd, David. "The role of accounting in public expenditure and monetary policy in the first century AD Roman Empire". The Accounting Historians Journal. Academy of Accounting Historians. 22 (2). December 1995: 117–129. doi:10.2308/0148-4184.22.2.117. JSTOR 40698165.
- ↑ "accounting noun – definition in the Business English Dictionary". Cambridge Dictionaries Online. Cambridge University Press. 2013. 2 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2013.
- ↑ "accounting noun – definition in the British English Dictionary & Thesaurus". Cambridge Dictionaries Online. Cambridge University Press. 2013. 2 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2013.
- ↑ "accounting". Merriam-Webster. Merriam-Webster, Incorporated. 2013. 23 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2013.
- ↑ Labardin, Pierre, and Marc Nikitin. 2009. "Accounting and the Words to Tell It: An Historical Perspective." Accounting, Business & Financial History 19 (2): 149–166.
- ↑ Perks, R. W. Accounting and Society. London: Chapman & Hall. 1993. səh. 16. ISBN 978-0-412-47330-2.
- ↑ Parker, L. M., "Medieval Traders as International Change Agents: A Comparison with Twentieth Century International Accounting Firms", The Accounting Historians Journal, 16(2) (1989): 107–118.
- ↑ Timeline of the History of the Accountancy Profession, Institute of Chartered Accountants in England and Wales, 2013, 11 October 2014 tarixində arxivləşdirilib, İstifadə tarixi: 28 December 2013
- ↑ Stephen A. Zeff, "How the U.S. Accounting Profession Got Where It Is Today: Part I" (PDF), Accounting Horizons, 17 (3), 2003: 189–205, doi:10.2308/acch.2003.17.3.189, 21 July 2022 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 16 May 2020
- ↑ Hamid, Shaari; Craig, Russell; Clarke, Frank. "Bookkeeping and accounting control systems in a tenth-century Muslim administrative office". Accounting, Business & Financial History. 5 (3). January 1995: 321–333. doi:10.1080/09585209500000049.
- ↑ Danna, Rafael. "The spread of Hindu-Arabic numerals in the tradition of European practical mathematics: A socio-economic perspective, thirteenth-sixteenth centuries". Conference: The Economic History Society. 5–7 April 2019.
- ↑ Mariotti, Steve. "So, Who Invented Double Entry Bookkeeping? Luca Pacioli or Benedikt Kotruljević?". Huffington Post (ingilis). 12 July 2013. 10 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2018.
- ↑ Lauwers, Luc; Willekens, Marleen. "Five Hundred Years of Bookkeeping: A Portrait of Luca Pacioli" (PDF download). Tijdschrift voor Economie en Management. KU Leuven. XXXIX (3). 1994: 302. 20 August 2011 tarixində arxivləşdirilib (PDF).
- ↑ Heeffer, Albrecht. "On the curious historical coincidence of algebra and double-entry bookkeeping" (PDF). Foundations of the Formal Sciences. Ghent University. November 2009. səh. 11. 2022-10-09 tarixində arxivləşdirilib (PDF).
- ↑ Beynəlxalq Uçot və Hesabata Giriş (GAAP və İFRS əsasında) İqtisadi Araşdırmalar və tədris mərkəzi.2-ci nəşr.Bakı-2012.s-22