Munhen Aviasiya Qezasi - Wikipedia
1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası — 6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası. İngilis hava yolu şirkəti "British European Airways"ə məxsus BE609 nömrəli reysi ilə Belqrad-Münhen-Mançester marşrutu ilə uçan təyyarəsi "Airspeed AS.57"ın Münhen hava limanında üçüncü uçuş cəhdindən sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ingilis futbol klubu "Mançester Yunayted"in futbolçuları, məşqçiləri, azarkeş və jurnalistlər var idi.[1] Təyyarədəki 44 nəfərdən 23-ü həlak olmuş, 19 nəfər isə yaralanmışdı. Yaralılar Münhen xəstəxanasına aparılmışdı.
609 BEA nömrəli reys, 1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza növü | Uçuş zolağından kənara çıxma |
Qəza səbəbi | Uğursuz qalxma cəhdi |
Yer | Almaniya, Münhen şəhəri, Münhen-Roma aeroportu |
Koordinatlar | 48°07′34″ şm. e. 11°40′39″ ş. u. |
Ölkə | |
Sərnişin sayı | 40 |
Komanda | 6 |
Yaralı sayı | 19 |
Ölü sayı | 23 |
Aviasiya modeli | Airspeed AS-57 Ambassador |
Havayolu şirkəti | British European Airways |
Qalxma yeri | Münhen |
İstiqamət | Mançester, İngiltərə |
Uçuş nömrəsi | BE609 |
Qeydiyyat nömrəsi | G-ALZU |
Vikianbarda əlaqəli mediafayllar |
Komanda UEFA Çempionlar Kuboku matçından sonra Belqraddan evə qayıdırdı, lakin təyyarə yanacaqdoldurma üçün Münhenə məcburi eniş etmişdi (təyyarənin yanacaq çənlərinin tutumu Belqraddan Mançesterə birbaşa uçuşa imkan vermirdi). Təyyarəyə yanacaq doldurduqdan sonra pilotlar iki dəfə təyyarəni qaldırmağa cəhd etdilər, lakin hər iki cəhd sol mühərrikdə artan titrəyişlər səbəbi ilə mümkün olamadı. Qrafikdən çox da geri qalmaq istəməyən ekipaj komandiri gecəni Münhendə keçirmək istəməyərək üçüncü qalxma cəhdinə qərar verdi.
Üçüncü göyə qalxma cəhdində, güclü qar yağmağa başladı və bu səbəbdən uçuş zolağının sonunda iri qar tərəsi yaranmışdı. Qar təpəsinin içərisinə girən təyyarə havaya qalxmaq üçün lazım olan sürətini itirdi və uçuş zolağının sonunda olan çəpərə çırpılaraq, və sol qanadı ilə yaxınlıqdakı bir evə toxundu. Təyyarədəki 44 nəfərdən 21-i dərhal öldü, bir çoxu isə huşunu itirdi. Təyyarənin yanacaq çəninin partlayacağından ehtiyat edən təyyarə komandiri qalan sərnişinlərə və heyət üzvlərinə təyyarədən çıxmağı və təhlükəsiz məsafəyə getməyi əmr etdi. Buna baxmayaraq, "Mançester Yunayted"in qapıçısı Harri Kreq yaralıların çıxmasına kömək etdi.
Aeroport rəhbərliyi qəzada əsas günahkar kimi təyyarənin komandiri Ceyms Teni göstərdi. Lakin 10 il sonra 1968-ci ildə Ceyms Ten bəraət aldı.
Əvvəlki iki mövsüm İngiltərə çempionluğunu qazanan "Mançester Yunayted" qəza ərəfəsində ardıcıl üçüncü dəfə liqa çempionluğu adı uğrunda mübarizə aparırdı və İngiltərə çempionatında lider "Vulverhempton"dan 4 xal geridə qalaraq ikinci yerdə qərarlaşmışdı. Çempionatda komandaların "Old Trafford" stadionundakı oyunu da daxil olmaqla 11 matç qalırdı.[2] "Yunayted" artıq İngiltərə Super Kubokunu qazanmış və ardıcıl ikinci il idi ki, UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəlmişdi. Komanda 11 matç idi ki, məğlub olmurdu.[3] Qəza səbəbindən MY Premyer Liqanı və UEFA Çempionlar Kuboku uğrunda tam gücü ilə mübarizə apara bilmədi və ingilis futbolu tarixinin ən istedadlı gənc komandalarından birini itirdi. Münhen faciəsindən 10 il sonra, qəzadan sağ çıxan Mett Basbi "Mançester Yunayted"in yeni heyətinə UEFA Çempionlar Kubokunda qələbə qazandırdı. Bu yeni komandanın heyətində 1958-ci il təyyarəsi qəzasından sağ çıxmış iki nəfərdə var idi: Bobbi Çarlton və Bill Foulkes.
Tarixi
redaktə1878-ci ildə “Nyuton Hit” adı ilə yaradılan, 1902-ci ildən “Mançester Yunayted” (MY) adlanan futbol komandası İkinci dünya müharibəsinə qədər xüsusi nailiyyətləri ilə öyünə bilməzdi. Müharibənin bitməsindən az sonra, 1945-ci ilin oktyabrında MY-ə yeni baş məşqçi təyin olunur. Mett (Mettyü) Basbi futbolçu kimi “Mançester Siti” və “Liverpul”da çıxışları ilə məşhur idi. Məşqçi kimi ilk iş yeri isə elə "Yunayted” oldu. Onun rəhbərliyi altında komanda dərhal birinci divizionun liderlərində birinə çevrildi.
Bu illərdə komandaya Dunkan Edvards, Bobbi Çarlton, Eddi Kolman, David Peqq, Albert Skenlon, Tommi Teylor, Bill Foulks, Liam Uilan kimi gənc oyunçular cəlb edilir. 1955/1956 mövsümündə oyunçularının orta yaş həddi 22 olan və buna görə də “Basbinin uşaqları” adlandırılan komanda ikinci yeri tutan “Blekpul”u 11 xal qabaqlayaraq qızıl medal qazandı. Nəticədə MY Çempionlar Kubokunda iştirak edən ilk İngiltərə komandası oldu[4][5] (həmin turnirin ilk mövsümündə İngiltərə çempionu “Çelsi” iştirakdan imtina etmişdi).[6]
Növbəti il daxili çempionat "Yunayted" üçün yenə uğurlu oldu. Komanda 64 xal toplayaraq ikinci yeri tutan “Tottenhem Hotspur”u 8 xal qabaqladı və beşinci dəfə ölkə çempionu oldu. Eləcə də yenidən Çempionlar kubokunda İngiltərəni təmsil etmək hüququ qazandı.[7] “Basbinin körpələri” ilk iki mərhələdə İrlandiyanın “Şemrok Rovers” (6:0 və 3:2) və Çexoslovakiyanın “Dukla” (3:0 və 0:1) komandalarını adlayaraq[8] dörddə bir finalda Yuqoslaviyanın “Srvena Zvezda” komandası ilə qarşılaşdı. 1958-ci il yanvarın 14-də evdə keçirilən ilk oyunda mançesterlilər 2:1 hesabı ilə çətin qələbə qazandılar.
“Dukla”ya qarşı oyundan sonra Praqadan qayıdanda “Mançester Yunayted” oyunçuları xeyli əziyyət çəkdilər. Onlar düman üzündən Praqadan Londona deyil, Amsterdama uçdular, buradan bərə ilə Haricə keçdilər, oradan Mançesterə getdilər. Növbəti oyun üçün isə Birminhemə yollandılar. Bütün bunlar 4 gün ərzində baş verdi və komanda turnir cədvəlinin aşağılarında olan “Birminhem Siti” ilə oyunda 3:3 heç-heçə oynayaraq xal itirdi.[9]
“Srvena Zvezda” ilə oyundan sonra belə sərgüzəştlərlə üzləşməmək üçün komanda təyyarə kirayələmişdi.[10] "Yunayted” dalbadal üçüncü dəfə çempion olmağa can atırdı, amma turnir cədvəlində lider olan “Vulverhempton Uonderers” klubundan 6 xal geridə idi. Amma qarşıda hələ 14 oyun, o cümlədən “Vulverhempton”la əyani qarşılaşma olduğundan çempionluq şansı qalırdı.
Fevralın 5-də Belqradda keçirilən oyun isə olduqca dramatik alındı. İlk hissədən sonra “Mançester Yunayted” 3:0 hesabı ilə irəlidə idi. Amma ikinci hissədə hesabı bərabərləşdirmək üçün yuqoslavlara cəmi 13 dəqiqə lazım gəldi. Artıq 58-ci dəqiqədə hesab 3:3 idi. Bununla belə, Mançester komandası sərfəli hesabı qoruya bildi və yarımfinala vəsiqə qazandı.[11] Problem hələ Belqradda başladı. Komandanın hücumçusu Conni Berri pasportunu itirdiyindən təyyarə uçuşa 1 saat gec başladı.[12] Üstəlik, icarəyə götürülən “Airspeed Ambassador” təyyarəsi qısa məsafələr üçün nəzərdə tutulduğundan onunla Belqraddan Londona uçmaq mümkün deyildi. Buna görə də fevralın 6-da Qrinviç vaxtı ilə saat 13.15-də yanacaqdoldurmaq üçün Münhendə yerə endi.[13]
Təyyarə
redaktəAirspeed AS.57 Ambassador (qeyd nömrəsi G-ALZU, seriya 5217) 1950-ci ildə istehsal edilmişdi. Eyni ildə aprelin 5-də Lord Burghley adını aldığı British European Airways (BEA) şirkətinə verilmişdi. İki Bristol Centaurus 661 mühərrikləri ilə təmin olunmuşdu. Qəza gününə qədər isə 6363 uçuş saatı keçmişdi.[14].
Heyət
redaktəBE609 reysinin heyəti aşağıdakı kimi olmuşdu:
- Təyyarə komandiri 36 yaşlı Ceyms Teyn təcrübəli pilot, 5 il (1952-ci ildən) BEA və Kral Hava Qüvvələrində xidmət etmişdir.[15] 7337 saat uçuş vaxtına malik idi.[16] and received a permanent commission in the same rank in 1952.[17]
- İkinci pilot 36 yaşlı Kennet Qordon Reyment təcrübəli pilot, 1953-cü ildən kapitan köməkçisi olaraq 12 il (1945-ci ildən) BEA-da işləmişdir.[18] Airspeed Consul, C-47, Vickers Viking və Vickers Viscount təyyarələrində uçuş təcrübəsinə malik idi. 8463 saat uçuş vaxtına malik idi.[19]
- Bort radiooperatoru 35 yaşlı Jorc Viliyam Roqers.
Təyyarə salonunda üç stüard və stüaressa olmuşdur:
Qəza
redaktəTəyyarə kapitanı Ceyms Teyn Airspeed AS.57 Ambassadoru Belqrada uçuş zamanı özü idarə etmiş, lakin geri dönərkən təyyarəyə nəzarəti ikinci pilot Kennet Qordon Reymentə təhvil vermişdi.[20] Saat 14:19-da Münhen hava limanının nəzarət qülləsi təyyarənin yola düşməyə hazır olduğunu və saat 14:31-də havaya qalxmasına icazə verdiyini elan etdi.[21] Bununla belə ikinci pilot uçuşu ləğv etdi, çünki komandir təyyarənin tam gücü ilə işlədikdə sol mühərrik təzyiq göstəricisindəki dalğalanmaların və sürətlənərkən mühərrikdə qeyri-adi səslərinin olduğunu gördü.[22] 3 dəqiqə sonra, saat 14:34-də ikinci qalxma təşəbbüsü göstərildi, lakin 40 saniyədən sonra təyyarə yerdən qalxmadığı halda, bu da ləğv edildi.[23] Uğursuz qalxma cəhdləri, "Elizabet" sinifinə daxil təyyarələri üçün ümumi bir problem olan yanacaq qarışığının həddindən artıq zənginləşdirilməsi səbəbindən həddindən artıq mühərrik sürətlənməsiylə əlaqələndirildi.[22] İkinci uğursuz qalxma cəhdindən sonra bütün sərnişinlər təyyarədən düşüb hava limanında yerləşdilər.[24] Artıq güclü qar yağmağa başlamışdı və sərnişinlər həmin gün uçuşun baş tutacağına inanmırdılar. Hətta klubun oyunçusu Edvard Dunkan özünün Mançesterdəki ev sahibəsinə belə məzmunlu teleqram da vurdu: "Bütün uçuşlar ləğv edildi, sabah yola düşürəm. Dunkan".[25].
Amma təyyarənin kapitanı Ceyms Teyn hava limanınıln mühəndisi ilə mələhətləşmədən sonra daha bir cəhd etməyi qərara aldı. O, bu dəfə mühərrikdəki boğulmanı drosselləri daha asta-asta açmaqla adlamaq niyyətində idi. Bu o demək idi ki, təyyarə lazım olan sürəti daha gec yığacaq, amma uçuş zolağının uzunluğunun 2 km olması kapitanı bunun öhdəsindən gələcəyinə inandırırdı.[26]
Gözləmə zalına gedən sərnişinlər cəmi 15 dəqiqə sonra yenidən təyyarəyə dəvət olundular. Onlar üçüncü cəhdin belə tez, texniki baxış və təmir aparılmadan edilməsindən xeyli təəccüblənmişdilər. Komandanın qapıçısı Harri Qreqq sonralar verdiyi müsahibəsində deyirdi ki, əgər bircə nəfər “bu axmaqlıqdır, mən uçmaq istəmirəm” desəydi, yəqin ki, çoxları ona qoşulardı. Amma hamı qorxaq görünməkdən qorxdu.[13]
Airspeed Ambassador üçüncü cəhdinə 15.03-də başladı.[27] Bir qədər sonra sol mühərrik yenə boğulmağa başladı.[27] Amma kapitan onun sürətini əvvəlcə azaltmaqla, sonra isə tədricən artırmaqla normal işləməsini təmin edə bildi.[28] Az sonra, sürət 217 km/saat olanda kapitan “V-1” komandasını verdi.[29] Bu o demək idi ki, təyyarə dayanmaq həddini keçdi. İndi yalnız bir yol qalırdı – yuxarıya. Təyyarəni idarə edən ikinci pilot Ambassadorun havaya qalxması üçün lazım olan minimum 220 km/saat sürəti və “V-2” komandasını gözləməyə başladı.[30]
Amma aeroport işçilərinin səhlənkarlığı üzündən uçuş zolağının son 1/3 hissəsi qardan təmizlənməmişdi. Qar çamırının içinə gorən təyyarənin sürəti azalmağa başladı, 194 km/saata düşdü. Sürət təyyarəni havaya qaldırmaq üçün az idi, saxlamaq üçün isə zolağın uzunluğu çatmırdı.
Ambassador uçuş zolağından çıxdı, hava limanının hasarını dağıtdı, sol qanadı ilə yaxınlıqdakı yaşayış evinə toxundu.[31] Hərəkətini davam etdirən təyyarə sağ tərəfi ilə taxta anqarla toqquşdu və burada olan yanacaq dolu yük maşını alışdı.[32] 44 sərnişin və heyət üzvündən iyirmisi hadisə yerində həlak oldu. Daha bir nəfər, idman jurnalisti Frenk Svift xəstəxanaya aparılarkən keçindi.
Həlak olanlar
redaktəHeyət üzvləri
redaktə- Kennet Qordon Reyment (ing. Kenneth Gordon Rayment), ikinci pilot (qəzadan xilas olsa da, ancaq 6 həftədən sonra beyin zədəsi aldığından xəstəxanada öldü).
- Villiam Tomas Ceybl, (ing. William Thomas Cable), stüart.
Sərnişinlər
redaktə“Mançester Yunayted”in oyunçuları
redaktə- Ceff Bent (ing. Geoff Bent)
- Rocer Bern (ing. Roger Byrne)
- Eddi Kolman (ing. Eddie Colman)
- Mark Cons (ing. Mark Jones)
- Devid Peqq (ing. David Pegg)
- Tommi Teylor
- Liam Uilan
Daha bir oyunçu, İngiltərənin ən perspektivli futbolçusu sayılan 21 yaşlı Dunkan Edvards (ing. Duncan Edwards) 15 gün sonra xəstəxanada keçindi.
“Mançester Yunayted”in məşqçi heyəti
redaktə- Volter Krikmer (ing. Walter Crickmer) klub katibi
- Tom Karri (ing. Tom Curry) məşqçi
- Bert Uolli (ing. Bert Whalley) baş məşqçi
Jurnalistlər
redaktə- Alf Klark (ing. Alf Clarke), Manchester Evening Chronicle
- Donni Deyvis (ing. Donny Davies), Manchester Guardian
- Corc Follouz (ing. George Follows), Daily Herald
- Tom Cekson (ing. Tom Jackson), Manchester Evening News
- Arçi Ledbruk (ing. Archie Ledbrooke), Daily Mirror
- Henri Rouz (ing. Henry Rose), Daily Express
- Frenk Svift (ing. Frank Swift), News of the World ("Mançester Siti"nin keçmiş qapıçısı və İngiltərə millisinin oyunçusu; xəstəxanaya aparılarkən yolda ölmüşdü)
- Erik Tompson (ing. Eric Thompson), Daily Mail
Tədqiqat
redaktəFaciədən dərhal sonra pilotun səhvi qəzanın səbəbi kimi göstərildi. Lakin sonradan əsas səbəbin təyyarənin qalxma üçün lazımi sürəti yığa bilməməsi səbəbindən uçuş zolağının sonuna doğru qar topasının yığılması olduğunu öyrənmək mümkün oldu.[33] Təyyarə 217 km/saat sürət yığmasına baxmayaraq, qar topasına girərək sürəti 194 km/saata enmişdi. Bu da qalxma üçün yetərli deyildi. Uçuş-enmə zolağı bitdiyindən uçuşdan qaçmaq da mümkün deyildi. Ənənəvi quyruq enişi olan təyyarələr, təyyarənin ağırlıq mərkəzinə doğru enmə mövqeyinin xüsusiyyətlərinə görə qar topasına daha az həssas idi. Ambasador kimi üç təkərli burun dişli və təyyarənin ağırlıq mərkəzinin arxasında yerləşən əsas təkərlər olan yeni təyyarələr bunun üçün yararsız sayılırdı. Bu təyyarə qəzasından sonra, uçuş zolaqlarında maksimum qar topasının qalmaması üçün tədbirlər tətbiq edildi.
Aeroport rəhbərliyi qəzada əsas günahkar kimi təyyarənin komandiri Ceyms Teni göstərdi. Münhen hava limanı kapitanı məhkəməyə verdi. Lakin şahidlər məhkəməyə gəlmədiyindən o, 10 il uzandı. Yalnız 1968-ci ildə qəza yerindən çəkilmiş şəkillərin neqativlərinə baxıldıqdan sonra Ceyms Tenin günahsız olduğu məlum oldu və o, bəraət aldı. Qəzadan bir müddət sonra "British European Airways"dən qovulan Ceyms Teni təqaüdə çıxdı və Berkşirdə quşçuluq təsərrüfatı qurdu. O, 1975-ci ilin aprelində 54 yaşında ürək tutmasından öldü.
Qəzanın nəticələri
redaktəTəyyarə qəzasında "Mançester Yunayted"in 7 oyunçusu da daxil olmaqla 20 nəfər öldü. Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişən jurnalist və keçmiş futbolçu Frenk Svift 21-ci ölən oldu. Dunkan Edvards aldığı xəsarətlərdən 21 fevralda xəstəxanada öldü.[25] Son 23-cü ölən ikinci pilot Kenet Rayment idi. O, martın 15-də həyatını itirdi. Conni Berri və Ceki Blançflauer öz karyeralarını bitirmək məcburiyyətində qaldılar.[34] Mett Basbi ağır yaralandı və iki ay xəstəxanada qaldı, bu müddət ərzində iki dəfə keşiş tərəfindən məsh olundu.[35] Basbi xəstəxanadan çıxdıqdan sonra İsveçrənin İnterlaken şəhərindəki reabilitasiya keçdi. O, yalnız həyat yoldaşının təkidindən sonra futbola qayıtmaq fikrinə düşdü.[36] Həyat yoldaşının təkidi Basbini depressiyadan çıxardı və o, 1958-ci ildə İngiltərə Kubokunun finalına gedərək Mançesterə döndü.[36]
Əsas oyunçularını itirən "Mançester Yunayted" İngiltərə çempionatının qalan 14 turunda cəmi 7 xal toplayaraq doqquzuncu yeri tutdu.[37] Ölkə kubokunun finalında “Bolton Uonderers”ə 0:2 uduzdu.[37] Çempionlar kubokunun yarımfinalında isə “Milan” qarşısında təslim oldu (2:1 ə 0:4).[37] Ardıcıl üçüncü dəfə Avropa kubokunu qazanan "Real Madrid " kuboku "Manşester Yunayted"ə təqdim etməyi təklif etdi (bu təklif "Srvena Zvezda" tərəfindən də dəstəkləndi), lakin təklif UEFA tərəfindən dəstək almadı.[38].
Qəzadan iki ay sonra komandanı yenidən qurmağa başlayan Mett Basbi öz qarşısına onu yenidən çempion etmək və Çempionlar kubokunu qazandırmaq vəzifəsi qoydu. 20 yaşlı Bobbi Çarltonun veteran sayıdığı komandaya Albert Kuiksoll, Nobbi Staylz, David Herd, Denis Lou, Pat Krerand kimi oyunçuları cəlb edildi. "Yunayted" 1963-cü ildə öz tarixinin ən parlaq ulduzlarından birini – Corc Besti sıralarına qatdı. Münhen faciəsindən 10 il sonra 1968-ci ildə “Mançester Yunayted” finalda "Benfika"nı məğlub edərək Çempionlar kubokunu qazandı. Qəzaya düşən heyətdən yalnız iki nəfər komandada qalmışdı – Bobbi Çarlton və Bill Foulks. Komandanın sükanı arxasında isə yenə Mett Basbi idi. Arzusuna çatan və Münhendə həlak olan yetirmələrinin xatirəsi qarşısında borcunu yerinə yetirən Basbi bir il sonra baş məşqçi postunu tərk etdi.[39].
Xatirəsi
redaktəQəzaya düşmüş "Manşester Yunayted" oyunçularını və məşqçilərini xatırlayan ilk xatirə lövhələri 25 Fevral 1960-cı ildə "Old Trafford" Stadionunda qoyulmağa başladı. Bunlardan birincisi, qurbanların adlarını da əks etdirən stadionun konturu və yaşıl futbol meydançasının təsviri olan lövhə idi.[40] Lövhənin açlışını Mett Basbi təqdim etdi.[41]
Eyni zamanda Münhendə vəfat edən jurnalistlərə həsr olunmuş xatirə lövhəsi də açıldı. Stadionda səkkiz ölən jurnalistin ad və soyadını daşıyan bürünc lövhə qoyuldu. 1980-ci ildə lövhə oğurlandı. Lakin yenidən üzü çıxarılaraq stadionun mətbuat konfransı salonunun qarşısına asıldı.[40]
Almaniyada faciəni anmaq üçün iki abidə ucaldıldı. Birincisi, Karotstrasse və Emplestrasse küçələrinin kəsişməsində, Münhenin ətrafındakı Truderingdədir. Bu xaç şəkilli abidə də çarmıxda İsa olan kiçik bir taxta xatirə və ayağında bir çiçək yatağı olan daş təsviridir.[42]. 22 sentyabr 2004-cü il tarixində Münhen hava limanının yaxınlığında qəza xatirəsinə qranitdən lövhə qoyuldu.[42] 6 fevral 2015-ci ildə, faciənin 57-ci ildönümündə Ser Bobbi Çarlton və "Bavariya" prezidenti Karl-Heinz Rummenigge, "Allianz Arena" stadionunda Münhen faciəsinə həsr olunmuş sərginin açlışını etdilər.[43].
Matçdan sonra "Mançester Yunayted" komandasının yerləşdiyi Belqraddakı "Majestic Otel"də oyunçulardan qalan bəzi əşyalar, o cümlədən 14 oyunçunun imzası olan (ölən səkkiz oyunçunun imzası daxil olmaqla) menyu, nahar zamanı çəkilən komandanın fotoşəkili, "Srvena Zvezda" - "Mançester Yunayted" matçı üçün bilet sərgiyə qoyuldu. 2006-cı ildə komandanın oyunçuları tərəfindən imzalanmış bir menyu 12.000 funt sterlinqə auksiona çıxarıldı.[44].
İncəsənətdə
redaktəMünhendəki təyyarə qəzasının xatirəsinə bir neçə mahnı həsr edilmişdir. Birincisi və ən məşhurlarından biri 1958-ci ilin oktyabrında Sing jurnalının redaktoru Erik Vinter tərəfindən bəstələnmiş "The Manchester Flowers" mahnısıdır.[45] İngilis qrupu "The Futureheads" Münhen faciəsinin şərəfinə ikinci albomunu "News and Tributes" adlandırmışdı. Albomun ilk mahnısı təyyarə qəzası qurbanlarına həsr edilmişdir.[46].
10 yanvar 2006-cı ildə BBC kanalı Münhen qəzasına həsr olunmuş "Surviving Afet" sənədli proqramını yayımladı.[47]. 2011-ci ildə Ceyms Strongun televiziya üçün çəkilmiş "Yunayted" filmi yayımlandı. Film "Basbinin körpələri"nin hekayəsindən, təyyarə qəzasında komandanın çox üzvünün ölümü və onun yenidən qurulmasından bəhs edir.[48][49]
Kanadanın "Hava qəzası araşdırmaları" sənədli televiziya serialı, 11-ci mövsümün 5-ci hissəsində Münhen faciəsi hadisələrini işıqlandırmışdır.
Salford Universiteti tələbə yataxanalarından birinə Münhendə vəfat edən Eddi Kolmanın adını vermişdir.[50] Kolman 1936-cı ildə Salfordda anadan olmuşdu. Nyuton Hitdə bir neçə kiçik yol Münhendə həlak olan "Mançester Yunayted" oyunçularının - Rocer Börn, Eddi Kolman, Mark Cons, David Pegg, Tommi Teylor, Cef Bent, Liam Uilan və Dunkan Edvardsın adını daşıyır.[51] Doğma şəhəri olan Dadlidəki bir küçəyə də Edvardsın adı verilmişdir.[52]. Dublin Cabra şəhərindəki Luas tramvay xətti üzərindəki yol körpüsü Liam Uhelanın adını daşıyır.
İstinadlar
redaktə- ↑ Video: Britain Mourns. Soccer Champs Die In Plane Crash, 1958/02/10 (1958). Universal Newsreel. 1958. İstifadə tarixi: 20 February 2012.
- ↑ "Busby Babes' last - and finest - league game" (ingilis). The Telegraph. 2008-02-05. 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "Season 1957/58" (ingilis). StretfordEnd.co.uk. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "UEFA Champions League - History". uefa.com. Union of European Football Associations. 2007-07-02. 2008-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-10.
- ↑ White, p. 105.
- ↑ White, p. 103.
- ↑ Crick et al., p. 39.
- ↑ Morrin, pp. 67–68.
- ↑ Morrin, p. 93.
- ↑ Morrin, pp. 77.
- ↑ Morrin, p. 86.
- ↑ Crick et al., p. 46.
- ↑ 1 2 White, p. 119.
- ↑ "REGISTRATION DETAILS FOR G-ALZU (BRITISH EUROPEAN AIRWAYS) AS57-AMBASSADOR 2 — PlaneLogger". 2016-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "No. 36534". The London Gazette (Supplement). 30 May 1944. səh. 2479.
- ↑ "No. 38323". The London Gazette (Supplement). 15 June 1948. səh. 3514.
- ↑ "No. 39669". The London Gazette (Supplement). 14 October 1952. səh. 5392.
- ↑ "No. 36165". The London Gazette (Supplement). 10 September 1943. səh. 4018.
- ↑ [1]
- ↑ Morrin, p. 79.
- ↑ Morrin, p. 97.
- ↑ 1 2 Morrin, p. 98.
- ↑ Morrin, pp. 99-100.
- ↑ Morrin, p. 101.
- ↑ 1 2 Barnes et al., p. 16.
- ↑ Morrin, p. 103
- ↑ 1 2 Morrin, p. 108.
- ↑ Morrin, p. 109.
- ↑ Morrin, pp. 109—110.
- ↑ Morrin, p. 110.
- ↑ Morrin, pp. 112—113.
- ↑ "The Munich air disaster: a timeline". BBC Manchester. British Broadcasting Corporation. 2008-03-19. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-12.
- ↑ Stewart, Stanley. Air Disasters (Guild Publishing). London. 1987. 86.
- ↑ Hall, p. 340.
- ↑ Barnes et al., p. 17
- ↑ 1 2 Morrin, p. 155
- ↑ 1 2 3 Endlar, Andrew. "1957/58" (ingilis). StretfordEnd.co.uk. 2012-03-01 tarixində arxivləşdirilib.
- ↑ Richards, Jack. "World Laments Manchester Loss" (ingilis). 1958-02-07. səh. 22. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "1968: Manchester United win European Cup" (ingilis). BBC News. 2012-03-01 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "The Original Munich Plaque" (ingilis). Munich58.co.uk. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ John White. The United Miscellany. London: Carlton Books. 2007. 14. ISBN 978-1-84442-745-1.
- ↑ 1 2 "The Memorial at Munich Airport" (ingilis). Munich58.co.uk. 2016-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ Thomas, Nathan. "Sir Bobby opens Bayern's Munich exhibit" (ingilis). ManUtd.com. 2015-02-06. 2015-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "Babes' autographs fetch £12,000" (ingilis). BBC News. 2006-10-04. 2007-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "History" (ingilis). TheFlowersofManchester.co.uk. 2013-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ Clarke, Betty. "The Futureheads, News and Tributes" (ingilis). London: The Guardian. 2006-05-26. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "Survivor's anger over Munich crash film" (ingilis). Manchester Evening News. 2006-01-07. 2012-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "TV review: Doctor Who; United" (ingilis). The Guardian. 2011-04-24. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "Jim White: Jimmy Murphy's central part in the resurrection of Manchester United is the key reason to watch United" (ingilis). The Daily Telegraph. 2011-04-22. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "Eddie Colman and John Lester Courts" (ingilis). University of Salford. 2011-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ Conn, David. "FC United homage to history as they prepare for future at Newton Heath" (ingilis). The Guardian. 2010-04-21. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
- ↑ "Duncan Edwards- 50 years on" (ingilis). Dudley News. 2008-01-30. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
Xarici keçidlər
redaktə- "Mançester Yunayted"in Faciəsi Arxivləşdirilib 2012-01-10 at the Wayback Machine, 10 fevral 1958 (ing.)
- "Mançester Yunayted"in Aviaqəzası – Münhen (silent) Arxivləşdirilib 2011-06-11 at the Wayback Machine, 10 fevral 1958 (ing.)
- Faciəvi Dönüş Arxivləşdirilib 2011-12-05 at the Wayback Machine, 13 fevral 1958 (ing.)
- Mançesterdən Münhenə əlvida Arxivləşdirilib 2011-12-05 at the Wayback Machine, 13 mart 1958 (ing.)
- Munich58.co.uk (ing.)
- Fay Vindicates Thain – qəza haqqında Komisiyanın Hesabatının nəticələrinə dair 1969-cu ildə bir 'International Flight' məqaləsi (ing.)
Ədəbiyyat
redaktə- Barnes, Justyn; Bostock, Adam; Butler, Cliff; Ferguson, Jim; Meek, David; Mitten, Andy; Pilger, Sam; Taylor, Frank OBE; Tyrrell, Tom. The Official Manchester United Illustrated Encyclopedia. London: Manchester United Books. 2001. ISBN 0-233-99964-7.
- Connor, Jeff. The Lost Babes. London: HarperSport. 2007. ISBN 978-0-00-720808-1.
- Crick, Michael. Manchester United – The Betrayal of a Legend. and Smith, David. London: Pan Books. 1990. ISBN 0-330-31440-8.
- Hall, David. Manchester's Finest. London: Bantam Press. 2008. ISBN 978-0-593-05922-7.
- Middleton, Don. "Airspeed's elegant Ambassador – Part 3". Aeroplane Monthly. April 1982.
- Morrin, Stephen R. The Munich Air Disaster. Dublin: Gill & Macmillan. 2007. ISBN 978-0-7171-4110-4.
- Stewart, Stanley. Air Disasters. London: Guild Publishing. 1987. ISBN 0-09-956200-6.
- White, Jim. Manchester United: The Biography. London: Sphere. 2008. ISBN 978-1-84744-088-4.