Muqeddes Mixail Kilsesi Munhen - Wikipedia
Müqəddəs Mixail kilsəsi (alm. Institutskirche St. Michael) — Almaniyanın cənubunda, Münhendə yerləşən yezuit kilsəsidir, Alp dağlarının şimalındakı ən böyük İntibah kilsəsidir. Binanın üslubu Cənubi Almaniyanın erkən barokko memarlığına böyük təsir göstərmişdir. 1556-cı ildə Bavariya hersoqu V Albert Yezuitlər ordeninə Münhendə Vilhelms gimnaziyasının yaradılmasına icazə vermişdi və beləliklə, ordenin şəhərdə mövcudluğu başlamışdı. Kollegial kilsə yalnız onun oğlu, Bavariya hersoqu V Vilhelmin hakimiyyəti dövründə qurulmuşdu. Vilhelm yezuitlərin əksreformasiya prinsiplərinin tərəfdarı idi və buna görə də "Mömin" ləqəbi ilə məşhurlaşmışdı.
katolisizm | |
Müqəddəs Mixail kilsəsi | |
---|---|
Həsr olunub | Mikayıl |
Ölkə | |
Üslubu | İntibah memarlığı |
Eni | 20,29 m |
Uzunluğu |
|
st-michael-muenchen.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə on dörd illik tikintidən sonra nəhayət 1597-ci ildə təqdis olundu. Yezuitlər sıxışdırılıb Avropanın əksər katolik ərazilərində qadağan edildikdə, kilsə Bavariya kral ailəsinin və daha sonra Almaniyanın respublikaya çevrildiyi vaxt Bavariya əyalətinin ixtiyarına keçdi.[3]
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Corpus of Baroque Ceiling Painting in Germany.
- ↑ "About the church". st-michael-muenchen.de. 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.