Muqeddes Vit Kilsesi Ceski Krumlov - Wikipedia
Müqəddəs Vit kilsəsi (çex. Kostel svatého Víta) — qotik üslublu katolik prixod məbədidir və Çeske Budeyovitse yeparxiyasının Çeski Krumlov prixodunun tabeliyindədir. Kilsə Vltava çayının sahil burnunda, Çeski Krumlov şəhərinin tarixi mərkəzində yerləşir və Krumlov qəsri ilə yanaşı şəhərin iki memarlıq dominantlarından biri sayılır[2]. Kilsə 1992-ci ildən "Çeski Krumlov şəhərinin tarixi mərkəzi" adı altında UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısının tərkibinə daxildir[3], həmçinin Çexiya Respublikasının (1995-ci ildən) Milli Mədəniyyət abidəsidir[4].
Müqəddəs Vit kilsəsi | |
---|---|
çex. Kostel svatého Víta | |
48°48′36″ şm. e. 14°19′12″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Status | Prixod kilsəsi |
Şəhər | Çeski Krumlov |
Aidiyyatı | Çeske Budeyovitse yeparxiyası[1] |
Memar |
Aldenberqli Linhard Krumlovlu Stanek Yan Stanek |
Sifarişçi | Rojmberkli I Pyotr |
Tikilmə tarixi | 1340-1439 |
Üslubu | Qotika, Neoqotika |
Vəziyyəti | Fəaliyyətdədir |
Rəsmi sayt | farnostck.bcb.cz |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 1992 |
İstinad nöm. | 617 |
Dövlət | Çexiya |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 55 |
Kateqoriya | Kilsə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəÇeski Krumlovun roma-katolik prixodu 1317-ci ildən öncə, Krumlov panlığının varisi və nüfuzlu çex feodalı Rojmberkli I Pyotr (1347-ci ildə vəfat edib) tərəfindən yaradılmışdı[5]. Prixod ilə bağlı ilk sənədli məlumatlar 1329-cu ilə aid edilir. 1309 və 1317-ci illər arasında Rojberkli Pyotr kiçik müqəddəs Vit prixod kostyolunun, onun yanında isə müqəddəs Vatslav kapellasının əsasını qoymuşdu[6][7].
Krumlov prixodunun inkişafı və şəhər əhalisinin xeyli artması, Rojmberkli Pyotrun ilkin Vit kostyolunun yerində qotik üslubda yeni, daha geniş və möhtəşəm məbədin tikintisinə vadar etdi. Qotik kilsənin tikintisi 1340-cı ildə alman memarı Linhardın rəhbərliyi altında başlanılmış və yerli sənətkar Krumlovlu Stanek tərəfindən davam etdirilmişdi (əsas nefin qübbəsindəki yazı bunu təsdiqləyir)[6][8].
1374-cü ildə Krumlov prixodu Doudleb dekanlığının mərkəzinə çevrilmiş, onun baş məbədi isə Müqəddəs Vit kilsəsi seçilmişdi. 1390-cı ildə Krumlov panlığını miras almış Rojmberkli III Yindrjix (1412-ci ildə vəfat edib), həmin vaxtadək inşa edilmiş kilsəni demək olar ki, tamamilə yenidən qurmağı qərara aldı. 1407-ci ildə onun razılığı ilə, dekan Bilskli Qostislav (1369-1414), sənətkar Yan Stanek və onun qardaşı oğlu Krumlovlu Stanek arasında kilsə tavanının yenidən qurulmasına və səkkiz ədəd dairəvi sütunların ucaldılmasına dair saziş imzalanmışdı (inşaat işləri üçün Milevdəki Müqəddəs İliya kilsəsi nümunə götürülmüşdü)[6][7][9].
Həmin sazişin günümüzə qədər qorunub saxlanılması, kilsənin xor və qübbənin yenidənqurma göstəriciləri barədə kifayət qədər dolğun təsəvvür əldə etməyə yardımçı oldu. Qorunub saxlanılmış qübbənin təsvirlə oxşarlığı diqqəti cəlb edir. Müqavilədə hətta qübbədəki açardaşlarının sayı dəqiq müəyyən edilmişdi: 23 ədəd açardaşı torşəkilli presviteri günbəzində, 15-i köhnə riznitsada, 2-si onun üzərindəki məkanda, 30-u əsas nefdə, 5 dənəsi isə, xaçabənzər şimal və cənub neflərinin günbəzidə. Presviteri və əsas nefdə parlerj üslubunda nervür torşəkilli günbəz sistemi təşkil olunmuşdu; günbəzin bu cür memarlıq texnikası Praqa qəsrində yerləşən eyniadlı kafedraldan götürülmüşdü[10]. Qotik günbəz yonulmuş daşdan hazırlanmışdı, halbuki künc neflərin xaçabənzər tağları kərpicdən inşa edilmişdi. Günbəzin bünövrəsi üçün səkkiz sütun yaradılmışdı; burada müqavilədə nəzərdə tutulmuş dairəvi üslubun əvəzinə, 4 ədəd səkkizüzlü və daha 4 qotik dördyarpaq formasında sütun hazırlanmışdı[6][11].
Kilsənin tikintisi xeyli uzanmışdı. Tikinti işlərinin davam etdirilməsi üçün maliyyə vəsaitləri təkcə Rojmberk panlarından deyil, həm də xeyli dərəcədə ictimai ianələrdən və xüsusilə də Praqa arxiyepiskopu Hazenburqlu (və yaxud Hazmburklu[12]) Zbinek Zayitsdən (çex. Zbyněk Zajíc z Hazmburka) daxil olurdu. Kilsənin tikintisi artıq Qusçu müharibəsindən sonra tamamlanmış və artıq 1439-cu ildə Göylərə ucaldılmış Məryəm Ana və hələ yenidənqurma işlərinin tam başa çatmasından öncə Müqəddəs Vitin şərəfinə təqdis olunmuşdu[6][7].
1583-cü ildə kilsə Rojmberk sülaləsindən olan vladarjların ailəvi sərdabəsinə çevrilir. Elə həmin ildə, Rojmberkli vladarj Vilemin həyat yoldaşı Badenli Anna Mariya, 10 dekabr 1592-ci ildə isə o özü bu kilsədə dəfn edilmişdi. Onun qardaşı Pyotr Vok sərdabənin üzərindəki kilsə presviterisində yeni baş altarı ("Rojmberk altarı") və qırmızı mərmərdən olan və əfsanəvi Rojmberk atlısının heykəli (çex. Rožmberský jezdec) ilə bəzədilmiş başdaşıları ucaltmışdı. 1591-ci ildə Pyotr Krumlovda yezuit kollegiumununun əsasını qoymuş və Müqəddəs Vit kilsəsini onun hamiliyi altına (patronatına) vermişdi. Vladarj Pyotr Vokun 1611-ci ildə ölümündən sonra, yezuit-ataların səyi nəticəsində Rojmberk atlısı kilsədən çıxarılmışdı, on il sonra isə, Krumlov yezuit kollegiumun rektoru Albrext Hanovski Rojmberkli Vilem və Annanın mərmər başdaşılarının kilsədən yığışdırılmasını əmr etmişdi. Bu, lakin Vilemin sonuncu arvadı Pernşteynli Poliksenanın və Praqa arxiyepiskopu III Yan Lohelin kəskin etirazlarına səbəb olmuşdu və yalnız bunun sayəsində, qəbirlərin öz yerlərində saxlanılmasına dair qərar qəbul edilmişdi[6][7].
1670-ci ildə Çeskokrumlov ruhani idarəsi Müqəddəs Vit kilsəsinin yeni baş altarının yaradılmasına təşəbbüs göstərmişdi. Yenidənqurma işləri Rojmberkli Pyotr Vokanın göstərişi ilə quraşdırılmış terrakota heykəllərin kilsədən çıxarılması ilə başlamışdı. Bu dəfə öz narazılığını Krumlov hersoqu İohann Kristian fon Eggenberq bildirmişdi; o hesab edirdi ki, mülkiyyətində olan ərazidə istənilən hər bir əhəmiyyətli layihə üçün onun şəxsən razılığı olmalı idi[13]. Rojberklərdən miras qalmış əmlakın faktiki olaraq hersoqun xəbəri olmadan dağıdılmasına görə, kollegium və prelat səlahiyyətlərdən aşma üzrə ittiham edilmişdi. Yeni əsas altarın zahiri görünüşü barədə hersoq və dini idarə arasında mübahisələr 1683-cü ilə qədər davam etmişdi[6].
Rojmberk qəbirdaşlarının kilsədən çıxarılması məsələsi yenidən 1717-ci ilin dekabr ayında qaldırılmışdı; bu zaman prelat Geubel Krumlovun yeni seçilmiş hersoginyası Mariya Ernestina fon Eggenberqə müvafiq ərizə verərək bildirir ki, prisviterinin ortasında yerləşən və baş altardan isə bir neçə addımda olan məzar daşları, dini ibadət və mərasimlərin aparılmasına mane olur[14]. Həmçinin prisviterinin planı da tərtib olunaraq, ərizə ilə birlikdə hersoqinyaya verilmişdi; hal-hazırda o, qəbirlərin yerini müəyyənləşdirməyə imkan verən yeganə sənəd sayılır. 1719-cu ildə yetmiş yaşlı hersoginya dünyasını dəyişir və qəbirdaşlarının gələcək aqibəti yenə də naməlum qalır[6].
Növbəti Krumlov hersoqu Adam Frants zu Şvartsenberq[15] və xanımı Eleonora Amaliya fon Lobkovitz, 1724-1726-cı illərdə Müqəddəs Vit kilsəsinin daxilində Nepomutslu Müqəddəs Yanın şərəfinə kapella ucaldırlar və bu müqəddəsi Lobkovitz sülaləsinin himayədarı elan edirlər[16]. XIX əsrdə kardinal Fridrix zu Şvartsenberq (1809—1885) Nepomutslu Müqəddəs Yanın gümüş relikvarinin içərisində saxlanılan çiyin sümüyünü kilsədəki kapellaya yerləşdirmişdi[6].
1780-ci ilədək kilsənin interyerində müxtəlif şəhər sənətkarlıq sexlərinin (qəssablar, çörəkçilər, bənnalar, dülgərlər, çəkməçilər, dərzilər, pivəçilər ağ və qara çörəkçilər, sərraclar, dəmirçilər və s) vəsaiti hesabına yaradılmış və yalnız "şərəfli təbəqəyə" məxsus çoxlu künc altarlar mövcud idi, lakin sonralar onlar neoqotika üslubunda "ümumi" dörd yan altar ilə əvəz edilmişdi[6].
1783-cü ildə ruhani idarəsinin və Krumlovun yeni knyazı I İohann Nepomuk knyaz zu Şvartsenberqin razılığı ilə, Rojmberkli Vilem və Anna Mariyanın mərmər başdaşıları nəhayət presviteridən çıxarılmışdı. Şvartsenberq qeydiyyatçısı Melxior Frantsek presviteridəki əsas altarın və kilsə xorlarının aşağısında yerləşən sərdabələrin yarılmasının nəticələri barədə geniş hesabat qoymuşdu[14]. Rojmberklərin əzəmətli qalaydan hazırlanmış tabutlarından başqa, bu sərdabədə daha iki taxta tabut da aşkar edilmişdi; bunlardan birində Şvartsenberq sülaləsinin holland budağından olan və hersoginya Mariya Ernestinanın qohumu olmuş Mariya İohanna (1670-ci ildə vəfat edib), digər tabutda isə, 1750-ci ildə dünyasını dəyişmiş, hersoq İosif I Adam zu Şvartsenberqin bir yaşlı oğlu Frans İosif uyuyurdu. Şvartsenberqlərin taxta tabutlarını türbəyə yerləşdirilmişdi, Rojmberkli Vilem və Anna Mariyanın qalıqları isə, qalay qəbirlərdən palıd qəbirlərə köçürülərək yeraltı zirzəmiyə yerləşdirilmişdi. Rojmberklərin qalay tabutları daha sonra köhnə metal kimi hərracların birində satılmışdı. Tabutun içərisində aşkar olunmuş Rojmberkli Vilemin qızıl dəri ordeni daha sonra saxlanc üçün Vışebrod monastırının rahibinə verilmişdi. Hazırda həmin orden Praqadakı Milli muzeyin numizmatik şöbəsində saxlanılır. Rojmberklərin qırmızı mərmərdən olan başdaşıları Nepomutslu Yan kapellasının divarlarında və girəcəyin hər iki tərəfində yerləşdirilmişdir; burada onlar indiyədək saxlanılır[6].
1893-1894-cü illərdə aparılan yenidənqurma işləri nəticəsində, kilsə qülləsinin soğanvari günbəzi özünün indiki neoqotik üslubda səkkizüzlü görkəmini əldə etmişdi. Hazırda kilsə ibadət etmək üçün, eləcə də bəzən klassik musiqi konsertlərinə dinləmək üçün istifadə olunur[6].
1992-ci ildə "Çeski Krumlov şəhərinin Tarixi mərkəzi" obyektinin tərkibində Müqəddəs Vit kilsəsi Çexiyanın Mədəni irsinin bir hissəsinə çevrilmişdir. 1995-ci ildə isə, kilsə Çexiya Respublikasının milli mədəniyyət abidəsi elan edilmişdir[4][17].
-
Krumlov qəsrindən
kilsə və köhnə şəhərə açılan mənzərə -
Şimal girişini bəzəyən Timpan
-
Əsas nefin torşəkillikünc nefin isə, xaçabənzər qübbəsi
-
Kilsənin neoqotik üslubda zəng qülləsi
Təsvir
redaktəMüqəddəs Vit qotik kilsəsi, hər üç nefinin eyni hündürlüyə malik olan zal tipli məbəddir. Kilsənin interyerinə uzadılmış qapalı beşüzlü presviterisi və onun hər iki tərəfində düzbucaqlı və mərtəbəli riznitsalar daxildir, burada həmçinin Qiyamət və Nepomutslu Müqəddəs Yan kapellası və şimal tərəfdən böyük pritvoru vardır. Kilsənin uzunluğu şərqdən qərbə 44 metr, eni və hündürlüyü isə 20 metr təşkil edir. Kilsənin qərb tərəfindəki fasada böyük zəng qülləsi yerləşdirilmişdi; onun birinci mərtəbəsindəki roman üslublu pəncərələr prizmaşəkillidir. Qüllənin yuxarı mərtəbələri səkkizbucaq formasına malikdir, onun sonuncu mərtəbəsi 1893-1894-cü illərdə neoqotik üslubda tikilmişdi[18][6].
Kilsənin cənub divarında beş pəncərə var, şimal divarında əvvəlcə daha dörd pəncərə mövcud idi, onlardan öz ilkin halında yalnız presviterinin yanında yerləşən birinci və dördüncü pəncərələr qalmışdır. İkinci pəncərə, onun altında Nepomutslu Müqəddəs Yan kapellasının ucaldılması ilə bağlı 1724-1726-cı illərdə xeyli daraldılmış, üçüncü pəncərə isə, Dirilmə kapellasının tikintisi ilə əlaqədar XV əsrin sonunda bağlanılmışdı[6].
Kilsə interyeri neoqotik üslubda yaradılmışdır. Əsas altar Müqəddəs Vit və Müqəddəs Məryəmin təsviri ilə bəzədilib. Bu əsər 1673-1683-cü illərdə, yəni yezuit ordeninin Krumlov şəhərində böyük təsir dövründə yaradılmışdı. 1897-ci ildə həmin əsər Yan Kreyçik tərəfindən yenidən çəkilmişdi. Yan altarlar Fransisk Ksaveri, Bakirə Məryəm, Müqəddəs Vatslav və Müqəddəs Floriana həsr olunub[6].
Sol künc nefin sol tərəfində Nepomutslu Yan kapellası yerləşir; girişin hər iki tərəfində Rojmberkli Vilem (1534—1592) və onun üçüncü arvadı Badenli Anna Mariyanın (1561—1582) türbəsindən buraya gətirilmiş qırmızı mərmərdən olan iki başdaşı yerləşir. Kapellanın altarı 1725-ci ildə rokoko üslubunda yaradılmışdı və bu Bernini tərəfindən Roma şəhərində yaradılmış analoji altarın dəqiq surətidir. Kapellanın taxçasında Şvartsenberq sülaləsinin bəzi üzvlərinin ürəkləri saxlanılır; onların içərisində xüsusi yeri Krumlov hersoqu Adam Frans zu Şvartsenberqin və onun xanımı Eleonora Amaliyanın qəlbi tutur. Kapellada həmçinin Eleonora Amaliyanın qalıqları dəfn olunmuşdu. Kapellanın yanındakı divarda XV əsrin 1-ci yarısında yaradılmış freska yerləşir, onun səthini Çarmıxa çəkilmə, Müqəddəs Veronika, Müqəddəs Yelizaveta, Mariya Maqdalena və Müqəddəs Yekaterina səhnələri təsvir olunmuşdur[6].
Qiyamət kapellası, kilsənin XIV-XV əsrdə aparılan qotik yenidənqurma dövrünə aiddir. 1439-cu ildə kilsənin təqdis olunmasından sonra, kapella Krumlov arxidekanlarının türbəsi kimi istifadə olunurdu. Kilsə interyerinin barokko üslubunda yenidən qurulması zamanı, tillər çıxarılmışdı, kapellanın girişi isə, yarımdairəvi tağ vasitəsilə baş nef tərəfə açılmış və zəngin portal memarlığı ilə bəzədilmişdi. Kapellanın yeni divar naxışları 1777-ci ildə Frantişek Yakub Prokiş tərəfindən həyata keçirilmişdi[6].
Üçüncü məbəd kapellası - kilsənin qərb tərəfində yerləşən qotik üslublu Müqəddəs İyeronim kapellasıdır; o, Rojmberkli I Yanın təşəbbüsü ilə, atası I Pyotr tərəfindən ucaldılmış Müqəddəs Vatslav kapellasının yerində 1389-cu ildə inşa edilmiş və dini ibadətlərin yerinə yetirilməsi üçün yeni göylər himayədarının şərəfinə təkrarən təqdis olunmuşdu. Bu kapella alman dilində moizələr üçün istifadə olunurdu. 1624-cü ildə bu kapella "Müqəddəs Məryəm yüksəlməsi" adı ilə tanınan alman katolik qardaşlığının istifadəsinə verilmişdi. 1787-ci ildə imperator II İosifin islahatları zamanı, katolik qardaşlıq buraxılmışdı, Müqəddəs İyeronim kapellası isə bağlanılaraq, yaşayış evi üçün yenidən qurulmuşdu[6][19].
Kilsənin qərb tərəfində neoqotik üslubda xorlar yerləşir, təxminən 1500-cü ildən burada orqan yerləşirdi. Kilsənin hazırkı orqanı isə 1908-ci ildə quraşdırılmışdı. Onun aşağısında qırmızı mərmərdən olan dörd sütun və baldaxinlə dövrələnmiş gözəl kupel yerləşir, XVI əsrdə o, Rojmberk altarının tərkib hissəsi idi[6].
-
Rojmberk altarının kupel və sütunları
-
Kilsənin əsas altarı
-
Kilsə orqanlarından birisi
-
Dirilmə kapellası
Ədəbiyyat
redaktə- Český Krumlov v grafice dvou století, Český Krumlov. Praha. 1975.
- Češka, V, Dvořáková, M., Pártl, F. Předmluva k inventářům Podnikového archivu Jihočeských papíren a.s. Větřní. Větřní. 1963.
- Hajer, V. Z historie sklářství na Kaplicku (Zakladatel sklárny na Vilémově hoře byl Vilém z Rožmberka). Českokrumlovské listy, 1997. 3. 1. 1997.
- Hans, E. /nach R. Jordan/. Glabenskampf in Krummau, in: Die Stadt Krummau an der Moldau im Böhmerwald. Verlag „Hoamů Waldkirchen. 1992.
- Halada, J.: Lexikon české šlechty I., Praha 1994.
- Hall, J.: Slovník námětů a symbolů ve výtvarném umění, Praha 1992.
- Hall, J.: Slovník námětů a symbolů ve výtvarném umění, Praha 1992.
- Kašna na náměstí Svornosti má velmi bohatou historii, Českokrumlovské listy, 1998, 31. 3. 1998.
- Kořan, J.: Topografie a dějiny dolování grafitových ložisek jihočeských, Sborník státního geologického ústavu Československé republiky, 16, Praha 1949.
- Eliška Fučíková, Martin Gaži, Roman Lavička. Rožmberkové : rod českých velmožů a jeho cesta dějinami. České Budějovice: Národní památkový ústav, územní odborné pracoviště v Českých Budějovicích. 2011. səh. 752. ISBN 978-80-85033-31-1.
- Roman Lavička, Robert Šimúnek. Páni z Rožmberka 1250–1520 : jižní Čechy ve středověku : kulturněhistorický obraz šlechtického dominia ve středověkých Čechách. České Budějovice: Veduta. 2011. səh. 356. ISBN 978-80-86829-70-8.
- Eduard Winter, Josefinismus a jeho dějiny: Příspěvek k duchovním dějinám Čech a Moravy 1740-1848. Praha: Jelínek, 1945 - 383 s
- Bohumír Němec. Rožmberkové : životopisná encyklopedie panského rodu. České Budějovice: Veduta. 2001. səh. 111. (#accessdate_missing_url)
- Jaroslav Pánek. Vilém z Rožmberka. Politik smíru. Praha: Brána ; Knižní klub. 1998. səh. 315. ISBN 80-85946-86-6.
- Jiří Pernes, Josef Fučík, Petr Havel a kol. Pod císařským praporem. Historie habsburské armády 1526-1918. Praha: Elka Press. 2003. səh. 555. ISBN 80-902745-5-2.
İstinadlar
redaktə- ↑ Podle stránky „Historie diecéze“ na oficiálním webu biskupství, dostupné: http://www.bcb.cz/Dieceze/Dieceze/Historie Arxivləşdirilib 2008-06-17 at the Wayback Machine (navštíveno 4. července 2008)
- ↑ "Kostel sv. Víta ve městě Český Krumlov" (çex).[ölü keçid]
- ↑ "http://cile.turistik.cz/kostel-svateho-vita-cesky-krumlov.htm". 2014-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-17.
- ↑ 1 2 "Национальный институт памятников Чешской Республики / Локация: Южночешский край" (çex). 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-17.
- ↑ Castle Theater in Český Krumlov Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine, abgerufen am 18. Januar 2011
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Zdena Flašková, Stavebně historický vývoj
- ↑ 1 2 3 4 Zdeňka Prokopová
- ↑ Kostel sv. Víta v Českém Krumlově
- ↑ Mašková, Věra. "Hostislav z Bílska". Encyklopedie města Český Krumlov. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
- ↑ St. Vitus Church in Český Krumlov Arxivləşdirilib 2022-04-19 at the Wayback Machine - www.encyklopedie.ckrumlov.cz. (ing.)
- ↑ Соловьев Н. К. Художественное формообразование интерьера. Москва: МГХПУ. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
- ↑ Also spelled in Latinized form as Zbinco or Sbinco; first variant of his noble predicate is a Czechized form of the German original name Hasenburg ("Hare Castle")
- ↑ "A sörgyár története a gyár honlapján". 2008-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-18.
- ↑ 1 2 Umělecké památky Čech 1. A/J. Academia. 1977.
- ↑ CERMAN, Ivo, „Ge-li to wiecz možná?“ Schwarzenbergové mluví česky už 350 let!, Obnovená tradice, Číslo: 47, Rok: 2013
- ↑ Kristina Swiderová, Adam František a Eleonora Amálie ze Schwarzenberku. Příčiny a průběh jejich manželské krize 1710–1722, Theatrum historiae 9, 2011, s. 333–356.
- ↑ "Historic Centre of Český Krumlov". World Heritage List. World Heritage Committee. 1992. 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-09.
- ↑ Zdena Flašková, Popis objektu
- ↑ "Kostelní č. p. 161". Encyklopedie města Český Krumlov. 2016-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.
Xarici keçidlər
redaktə- Flašková, Zdena; kol. "Kostel sv. Víta ve městě Český Krumlov". Encyklopedie města Český Krumlov. İstifadə tarixi: 2014-12-23.
- "Kostel sv. Víta v Českém Krumlově". ceskykrumlov.com. İstifadə tarixi: 2014-12-23.
- Prokopová, Zdeňka. "Církevní dějiny města Český Krumlov". Encyklopedie města Český Krumlov. İstifadə tarixi: 2014-12-23.
- Kostel sv. Víta v Českém Krumlově Detailní popis a fotografie kostela sv. Víta v Českém Krumlově
- Kostel sv. Víta ve městě Český Krumlov //www.encyklopedie.ckrumlov.cz