Muqeddes Vukolos Kilsesi - Wikipedia
Müqəddəs Vukolos kilsəsi (türk. Aziz Vukolos Kilisesi) — Türkiyənin İzmir şəhərində yerləşən yunan pravoslav kilsəsi. İzmir şəhərinin ilk yepiskopu Vukolosun xatirəsinə adlandırılıb.
Yunanıstan Pravoslav Kilsəsi | |
Müqəddəs Vukolos kilsəsi | |
---|---|
türk. Aziz Vukolos Kilisesi | |
Yerləşməsi | |
Ölkə | |
Şəhər | İzmir |
Yeri | Konak ilçəsi |
Memarlıq | |
İnşa tarixi | ? – 1887 |
Materialı | daş[d], kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1886-cı ildə yunan pravoslav erməniləri tərəfindən tikilməyə başlanan Müqəddəs Vukolos Kilsəsi ibadət üçün 1887-ci ildə açıldı.[1][2][3] 1922-ci ildə İzmir yanğını zamanı ermənilərin dağılmayan yeganə tikilisi idi.[3] Yunanıstan və Türkiyə arasında əhali mübadiləsi nəticəsində kilsə icması növbəti ildə İzmiri tərk etdi.[4]
1924-cü ilin fevral ayında Mustafa Kamal Atatürkün xahişi ilə kilsə binası İzmir Arxeoloji Muzeyinə çevrlidi.[1] Bu dövrdə kilsədəki freskaların üstü örtülmüşdür.[3] 1951-ci ildə muzey Kulturparka köçürüldükdən sonra kilsə binası opera zalı və anbar kimi istifadə edilməyə başlandı.[5][6] 1975-ci ildə "qorunacaq mədəni sərvət" olaraq qeydiyyata alındı.[5] 1990-cı ildə baş verən yanğında kilsə ciddi zərə gördü.[2][5] 2003-cü ildə İzmir Böyükşəhər Bələdiyyəsinin himayəsinə verildi.[5] 2008-ci ilin dekabr ayında kilsədə bərpa işləri başladı.[5] Bərpa işləri 2010-cu ildə başa çatdıqdan sonra kilsə binası mədəni tədbirlərdə istifadə olunmağa başladı; kilsənin yanında inşa olunan dörd əlavə tikililərin ikisi İzmir Jurnalistlər Cəmiyyəti Mətbuat Muzeyi və Hanife Çetiner və Esin Yılmazın xatirə evi olaraq açıldı.[5][7][8][9] 17 Avqust 2014-cü ildə, 1922-ci ildən bəri ilk dəfə kilsədə Müqəddəs Məryəmin şərəfinə anım mərasimi təşkil edildi.[10] 2015, 2016 və 2018-ci illərdə də kilsədə müxtəlif mərasimlər keçirildi.[11][12][13]
İstinadlar
redaktə- ↑ 1 2 "Aya Vukla (Aziz Vukolos) Kilisesi" (Turkish). Ortodokslar Topluluğu. 6 February 2017. 18 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ 1 2 "The Ayavukla Church of Basmane, Izmir". Levantine Heritage Foundation. 12 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ 1 2 3 Korucu, Serdar. "İzmir yangınında ziyafet". Agos (Turkish). 14 September 2013. 11 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ "Aya Vukla (Aziz Vukolos) Kilisesi" (Turkish). İzmir İl Kültür ve Turizm Müdürlüğü. 23 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ 1 2 3 4 5 6 "Ayavukla Kilisesi kent yaşamına katıldı" (Turkish). İzmir Metropolitan Municipality. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ Beşikçi, Orhan. "Agios Voukolos..." (Turkish). kentyasam.com. 18 July 2011. 14 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ "İzmir Basın Tarihi Müzesi" (Turkish). Əhməd Piriştina adın Şəhər Arxivi və Muzeyi. 3 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ "İzmir Basın Müzesi" (Turkish). TARKEM. 24 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ "Modacılar Hanife Çetiner ve Esin Yılmaz İçin Anı Evi Açılıyor" (Turkish). haberler.com. 14 December 2012. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2018.
- ↑ "İzmir'deki kilisede 92 yıl sonra ilk ayin". Akşam (Turkish). 17 August 2014. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ "Basmane'de Meryem Ana Yortusu". Hürriyet (Turkish). 20 August 2015. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ "Patrik Bartholomeos Tarihi Kilisede Ayin Yönetti". Milliyet (Turkish). 6 February 2016. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.
- ↑ "Aziz Vukolos'u Anma Töreni" (Turkish). Yunanıstan Xarici İşlər Nazirliyi. 12 February 2018. 14 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2018.