Mursel Baki - Wikipedia
Mürsəl Bakı (1881, Ərzurum, Ərzurum vilayəti – 2 fevral 1945, İstanbul) — Birinci Dünya Müharibəsi və Türkiyə Qurtuluş Savaşı zamanı mühüm vəzifələr tutmuş, Bakı və İzmir şəhərlərinin azad edilməsində mühüm rol oynamış, sonradan bir müddət millətvəkili kimi fəaliyyət göstərmiş Qafqaz əsilli Türkiyə hərbiçisidir. 9 sentyabr 1922-ci ildə I Süvari Diviziyasının komandiri olaraq İzmir şəhərinə daxil olan ilk türk generalıdır.
Mürsəl Bakı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1945 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Hərbi hissə |
XI Süvari Briqadası, XXXIV Diviziya, II Süvari Diviziyası, XXXII Diviziya, XII Diviziya , V Qafqaz Diviziyası VI Diviziya, I Süvari Diviziyası, VII Korpus (vəkil), II Süvari Diviziyası, XXIII Piyada Diviziyası, Süvari Müfəttişi, Piyada Müfəttiş Köməkçisi, Yüksək Hərbi Məhkəmənin üzvü |
Xidmət illəri | 1901-ci ildən |
Rütbəsi | General-mayor |
Döyüşlər |
Balkan müharibələri Birinci Dünya Müharibəsi Türkiyə Qurtuluş Savaşı |
Təltifləri | İstiqlal medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəMürsəl Bakı 1881-ci ildə Ərzurumda anadan olub, 1904-cü ildə Hərbi Akademiyanı bitirərək kapitan rütbəsiylə fəaliyyətə başlamışdır. Birinci Dünya Müharibəsinin son dövrlərində Batumidə V Qafqaz Piyada Diviziyasının komandiri olmuşdur. 1918-ci ilin sentyabrında Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu ilə Bakı döyüşünə qatılaraq, Bakının azad edilməsində iştirak edib[1][2][3] və 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsini təşkil edib.[4]
Birinci Dünya Müharibəsinin başa çatmasından sonra ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün olunub.[5][6] Azadlığa buraxılmasından sonra 3 noyabr 1921-ci ildə Anadoluya gələrək Türkiyə Qurtuluş Savaşına qatılıb. Böyük Smirna Hücumu zamanı I Süvari Diviziyasının komandiri olub və Mirliva rütbəsi ilə təltif edilib. 15 sentyabr 1918-ci ildə Bakıda ilk dəfə Osmanlı bayrağını yüksəldən Mürsəl Bakı Paşa, dörd il sonra İzmirə girən ilk türk generalı oldu və İzmirdə ilk Türkiyə bayrağını Hökumət Evinin üstündə ucaldan Yüzbaşı Şərafəddinə komandirlik etdi.[7] Bundan sonra bir müddət VII Ordu Korpusunda vəkil kimi çalışmışdır. Həmin müddətdə Cənubi Anadoluda kürdlərin mərkəzi hökumətə qarşı başladıqları Şeyx Səid üsyanının yatırılmasında iştirak edib.[8]
23 avqust 1938-ci ildə hərbi xidmətdən təqaüdə çıxmışdır. VII çağırış Türkiyə Böyük Millət Məclisində Kocaelini təmsil etmişdir. 1945-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 93.Yıl Önce Türk Ordusu Bakü´deydi. Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine, gundem.be, Yoxlanılıb: 13.11.2014
- ↑ Yalçın Küçük — İsyan Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine, I cild, İthaki, səh. 228
- ↑ Ozan Arslan — Osmanlı'nın son zaferleri: 1918 Kafkas harekâtı Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine, Doğan Kitap, 2010, səh. 104
- ↑ Mürsel Bakü kimdir Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine, filozof.net, Yoxlanılıb: 13.11.2014
- ↑ Bilâl N. Şimşir — Malta sürgünleri Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine, Bilgi Yayınevi, 1985, səh. 29–30
- ↑ Vahakn N. Dadrian,Taner Akcam — Judgment at Istanbul: The Armenian Genocide Trials Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine
- ↑ Tuncer Baykara — İzmir ṣehri ve tarihi Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine, Ege Universitesi Malbaasi, 1974, səh. 92
- ↑ Uğur Ümit Güngör — Social Relations in Ottoman Diyarbekir, 1870–1915 Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine, səh. 289