Mursel Qocayev - Wikipedia
Qocayev Mürsəl Eyvaz oğlu - jurnalist.
Mürsəl Qocayev | |
---|---|
Qocayev Mürsəl Eyvaz oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedoqoji İnistitunun dil-ədəbiyyat fakultəsi |
Həyatı
redaktə1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur.
1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1948-ci ildə bitirmişdir. 1948-49 tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953-55-ci illərdə tədris hissə üzrə direktor müavini işləmişdir.
1955-ci ilin yanvarında Qubadlı rayon partiya komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayon “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir.
1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş Zəngilan, Qubadlı, Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə Azərbaycan MK və Azərbaycan NS-nin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzeti nəşr olunmağa başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngian üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə kimi işləmişdir.
1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonu üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuş və 1965-ci ildə həmin rayonlar ayrılıb özlərində qəzet buraxmağa başlanandan sonra o, “Kənd həyatı” rayon qəzetində redaktor fəaliyyətini davam etdirmişdir. 1986-cı ildə təqaüd yaşına çatsa da onu vəzifədən azad etməmişlər. Ancaq 1989-cu ilin iyul ayında redaktorluqdan könüllü surətdə təqaüdə çıxmış və jurnalistik fəaliyyətini rayon qəzetində və respublika qəzetlərində vaxtaşırı məqalələr yazmaqla davam etdirmişdir.
Redaktor olduğu müddətdə işlədiyi kollektivlərə bacarıqla başçılıq etmiş, onların öz ixtisas bilik və bacarıqlarını yüksəltməyə hər vasitə ilə köməklik göstərmişdir. İşlədiyi müddətdə mətbəə üçün ixtisaslı işçilər yetişdirmiş, redaksiya işçilərinin jurnalist təhsil almalarına nail olmuşdur.
Vaxtilə qəzetdə fəhlə - kəndli müxbiri kimi iştirak etməyə həvəs göstərən bir sıra gənclərin universitetdə ixtisas təhsili almalarına redaksiyanın zəmanəti ilə istiqamət vermişdir. Əgər 1963-cü ildə redaksiyada 1 nəfər jurnalist var idisə onların sayı tədricən artmağa başlamışdır. Beləliklə jurnalistlərin sayı artıq qonşu rayon redaksiyaları arasında birinci olaraq Zəngilanın “Kənd həyatı” qəzeti redaksiyasında Azərbaycan jurnalistlər birliyinin ilk təşkilatını yaratmağa imkan verir. 1980-ci illərdə 6 nəfər qyabi, 6 nəfər isə qəzetin zəmanəti ilə əyani jurnalist təhsili almışdır.
O zamanlar ali məktəblərə qəbul heç də asan deyildi. Ancaq qəzetlərin nəşr olunma dövriyyəsi artdığı və həmçinin genişləndirilməsi jurnalist kadrların yetişdirilməsi zərurəti artmışdır. Redaktor kimi O bu güzəştdən istifadə edərək bir qrup mətbuat həvəskarı olan gənclərin jurnalist təhsili almaları uçün lazım olan bütün köməklik göstərmişdir. Qiyabi təhsil alanların əvəzinəözü aylarla işləmək məcburiyyətində qalmışdır.
1978-ci ildən 1990-cı illərə kimi Azərbaycan Jurnalistlər Birliyi “Kənd Həyatı” redaksiyası yanında ilk jurnalist təşkilatının katibi olmuşdur. İşlədiyi müddətdə rayonun yaradıcı gəncləri ilə xüsusilə müntəzəm məşğul olmuş, redaksiya kollektivi vasitəsilə onlara hər tərəfli kömək göstərmişdir. Təşkil olunmuş ədəbi birlik vasitəsilə həmin gənclərə lazımi yaradıcılıq istiqaməti verilmişdir. Onlardan 15 nəfərin kitabları nəşr olunmuş, bəziləri isə Azərbaycan Yazıçılar birliyinə qəbul olunmuşdur.
İşlədiyi dövrdə Qubadlı, Zəngilan, Laçı, Cəbrayıl rayonlarında təkcə oxucuların deyil, bütünlüklə təmasda olduğu bütün sakinlərin, xüsusən əmək adamlarının etibar və etimadını qazanmışdır.
Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərman və diplomlarla təltif olunmuş, “Həsən bəy Zərdabi” və “Ustad” Ali jurnalist mükafatına layiq görülmüşdür.
Rayon işğal olunduqdan sonra Bakıda məskunlaşıb və “İki sahil”, “5525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət”, “Vətən səsi”. “Həyat”, “Zəngəzur”, “Azərbaycan müəllimi”, “Təzə həyat”, “Proqnoz”, “Kredo”, “Demokratiya”, “Pres fakt” qəzetlərində müntəzəm olaraq ədəbi-bədii, publistik məqalələr ilə çıxış etmişdir. 2010-cu il iyulun 13-də-də Bakıda vəfat etmişdir.