Muselman Slavyanlar - Wikipedia
Muselman Slavyanlar - Wikipedia - Haqqında Məlumat
Müsəlman slavyanlar və ya Slavyan müsəlmanları — slavyanlar arasında İslam dininin davamçıları olan etnik və ya subetnik qrup. Bu termin əksər hallarda Balkan xalqlarına aid olunur.
Cənub slavyan müsəlmanları
redaktə- Boşnaklar və ya "Bosniya müsəlmanları" Bosniya və Hersoqovinada çoxluq təşkil edən millət, həmçinin Serbiya, Şimali Makedoniya, Xorvatiya, Sloveniya, Monteneqro və Kosovoda etnik milli azlıqlar hesab olunurlar.
- Müsəlmanlar (etnik qrup) keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında təsisçi millət.
- Bolqarıstan müsəlmanları və ya pomaklar
- Torbeşlər — Makedoniya müsəlmanları
- Goralılar — Kosovo, Albaniya və Makedoniyada kiçik etnik qrup
- Xorvat müsəlmanları
- Serb müsəlmanları
- Sloven müsəlmanları
Qərbi Balkanlarda yaşayan etnik slavyan müsəlmanlar sünni məzhəbinin altkateqoriyası olan Hənəfi məzhəbinin davamçılarıdılar[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sabrina P. Ramet. Religion and Nationalism in Soviet and East European Politics. Duke University Press. 1989. 380–. ISBN 978-0-8223-0891-1. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-27.