Museyib Ilyasov - Wikipedia
Müseyib İlyasov (1884, Oğuldərə, Laçın rayonu – 1944, Karağandı vilayəti) — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri.
Müseyib İlyasov | |
---|---|
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
İş yeri | |
Təhsili |
Həyatı
redaktəMüseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur.[1] M. İlyasov Minkənd kəndində olan Rus-Tatar məktəbində təhsil almağa başlamış sonra isə Şuşa şəhərində təhsilini davam etdirmişdir. Burda təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş 1912-ci ildə Seminariyanı bitirmişdir.
Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğullar kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır.
O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasada, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir.
1944-cü idə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir.
1956-cı ildə onun cinayət işində heç bir cinayət tərkibi olmadığı aşkar edilmiş və Müseyib İlyasova ölümündən sonra bəraət verilmişdir.[2]
Fəaliyyəti
redaktəMüseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olam Mir Fazilin müdir olduğu məktəbə müllim təyin edilmiş və 1920-ci ilədək Bakıda,Qubada məktəbdə işləmişdir.
1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının dərilmüllimin yaradıcılarından olmuş və 1925-ci ilədə Seminariyanın direktoru olmuşdur.
1925-ci ildə 1931-ci ilədək Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1926-cı ildə Bakıda çağrılan Türkoloji qurultayın iştirakçısı olmuşdur.
Müseyib İlyasov Xalq Maarif Şöbəsinə rəhbərlik etdiyi illərdə Laçın şəhərində, Şamkənd, Vağazin, Qorçu, Kürdhacı, Hoçaz və onlarla başqa kəndlərdə məktəblər açmış və onların istifadəyə verilməsində şəxsən iştirak etmişdir.[2][3]
M. İlyasov 1931-ci ildən 1939-cu ilədək Xalq Maarif Komisarlığında bir çox məsul vəzifələrdə həmçinin V. İ. Lenin adına APİ-nin Rus dili kafedrasında assistent və s. vəzifələrdə çalışmışdır.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ ""Qarabağın məşhur müəllimləri" – Müseyib İlyasov". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2024-05-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-19.
Mənbə
redaktə- Laçın qəzetinin Minkənd kənd orta məktəbinin 120 illik yubleyinə həsr edilmiş xüsusi buraxılışı. Bakı 2010, səh. 20.
Xarici keçidlər
redaktə- Oğuldərədən başlayıb, Karaqandada bitən ömür… Arxivləşdirilib 2018-05-20 at the Wayback Machine