Muslum Maqomayev Parki Kiyev - Wikipedia
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı[1] — Ukraynanın paytaxtı Kiyev şəhərinin Şevçenkovski rayonunda park-meydan. Streleç küçəsinin kəsişməsində və Vyaçeslav Çernovol küçəsinin[2] günc tərəfində yerləşir. Populyar opera və estrada müğənnisi və bəstəkarı SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyır.[2] Park 18 iyul 2018-ci ildə Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə açılmışdır.[3][4] 2020-ci ilin iyulunda rəsmi olaraq Müslüm Maqomayev parkı adlandırılıb.[1].
Müslüm Maqomayev parkı | |
---|---|
Müslüm Maqomayev park-meydanı | |
| |
Məlumatlar | |
Parkın tipi | mədəni-istirahət |
Ölkə | |
Yerləşməsi | Kiyev, Ukrayna |
Yaradılıb | 18 iyul 2018 |
Tabeçiliyi | Kiyev meriyası |
Statusu | yerli |
Ən yaxın ictimai nəqliyyat | Lukyanovski metrostansiyası |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Meydanın mərkəzində Müslüm Maqomayevin abidəsi[5] (heykəltaraş Seyfəddin Qurbanov) ucaldılıb.
Açılışı
redaktə18 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşəbbüsü və hərtərəfli dəstəyi ilə[6] məşhur opera və estrada müğənnisi, bəstəkar, Azərbaycan SSR və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində parkın rəsmi açılış mərasimi baş tutdu.[6] Meydan Streleç küçəsinin kəsişməsində və Vyaçeslav Çernovol küçəsinin günc tərəfində yerləşir.[2] Park Azərbaycan şirkətlərindən biri tərəfindən yenidən qurulmuşdur.[5] Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.[6] Bundan əlavə, Ukraynanın mədəniyyət naziri Yevgeni Nişçuk, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik, Azərbaycan və Qazaxıstan, Ukrayna Özbəkistanın və digər MDB ölkələrin əməkdar artistləri iştirak ediblər.[6] Həmin gün parkda Müslüm Maqomayevin abidəsi təntənəli şəkildə açılıb.[7].
Həmin gün parkın açılış mərasimindən sonra, saat 19:00-da P.İ.Çaykovski adına Milli Musiqi Akademiyasında (Müqəddəs Memar Qorodetski, 1-3/11) müğənninin xatirə gecəsi olmuşdur.[6] Konsert proqramında Ukrayna, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrindən sənətçilər iştirak ediblər.[7]
Təntənəli gecədə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etmişdir:
Bu, Ukrayna və Azərbaycan mədəniyyətləri üçün əla gündür, çünki bir-birinin mədəniyyətlərinə qarşılıqlı hörmətin daha bir simvolu açılır. Ukraynanın ecazkar guşələrindən birində böyük hərflə yazılmış musiqiçi Müslüm Maqomayevin abidəsi və meydanı açılır.[7] |
Kiyev Şəhər Şurasının 30 iyul 2020-ci il tarixli 245/9324 saylı qərarı[3] ilə rəsmi olaraq park "Müslüm Maqomayev parkı" adlandırılmışdır.[1]
Müslüm Maqomayevin abidəsi
redaktəAbidənin müəllifi heykəltaraş, Ukraynanın xalq rəssamı, professor, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanovdur.[8][9] Bürüncdən hazırlanmış abidənin hündürlüyü təqribən 6 metrdir, müəllif müğənnini yaradıcılıq impulsunda, onun həmişə səhnədə olduğu şəkildə təsvir etmişdir.[9]
Açılış mərasimində Seyfəddin Qurbanov bildirib ki, Müslüm Maqomayev kimi parlaq şəxsiyyətin abidəsinin müəllifi olduğu üçün özünü xoşbəxt hiss edir.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Про присвоєння імені скверу у Шевченківському районі міста Києва" (ukrayna). ru:Киевский городской совет. 19 августа 2020. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
- ↑ 1 2 3 "У Києві з'явиться провулок Гарета Джонса: нові назви отримали провулки, сквери, вулиці і площа" (ukrayna). ru:Киевский городской совет. 30 июля 2020. 2020-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
- ↑ 1 2 "В Киеве появится сквер Муслима Магомаева и улица Гарета Джонса" (rus). ИА «uk:Интерфакс-Украина». 30 июля 2020. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
- ↑ "Сейфаддин Гурбанов" (rus). «uk:УНИАН». 18 июля 2018. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
- ↑ 1 2 "В Киеве открыли памятник певцу Муслиму Магомаеву" (rus). ZN.UA. 18 июля 2018. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
- ↑ 1 2 3 4 5 "В Киеве в среду состоится открытие сквера имени Муслима Магомаева" (rus). ИА «uk:Интерфакс-Украина». 18 июля 2018. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
- ↑ 1 2 3 "В Киеве открыли памятник и сквер имени Магомаева" (rus). Укринформ. 18 июля 2018. 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
- ↑ "Сейфаддин Гурбанов" (rus). «uk:УНИАН». 18 июля 2018. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
- ↑ 1 2 3 "Харьковчанин Сейфаддин Гурбанов создал памятник Муслиму Магомаеву" (rus). «Новости Харькова». 19 июля 2018. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.