Muzeffer Esgerov - Wikipedia
Müzəffər Əsgərov — (tam adı: Müzəffər Rza oğlu Əsgərov 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili kəndində anadan olub). 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti[1], 2017-ci ildə isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb.[2] Naxçıvan MR Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin baş redaktoru.
Müzəffər Əsgərov | |
---|---|
Müzəffər Rza oğlu Əsgərov | |
Doğum adı | Müzəffər |
Digər adı | Müzəffər Zəfər (təxəllüs) |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MR, Şahbuz rayonu, Keçili (Şahbuz) kəndi |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Gülsüm Əsgərova |
Uşağı | bir oğlu Atilla Əsgərli. bir qızı Nurlana Əsgərli |
Atası | Rza Əsgərli |
Anası | Şükufə Əsgərova |
Fəaliyyəti | rejissor, ssenarist, hüquqşünas |
Fəaliyyət illəri | 2003-cü illər |
Təhsili |
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Teatr kollektivinin rejissoru”, 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsinin hüquqşünas |
İstiqamət | incəsənət |
Tanınma səbəbi | rejissor, Ssenarist |
Mükafatları | Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti |
Həyatı
redaktə1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili (Şahbuz) kəndində anadan olub. Kənddəki on illik orta məktəbi bitirib. 1989-1991-ci illərdə Orenburq vilayətinin Orsk şəhərində hərbi xidmətdə olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinn Mədəni-maarif fakültəsinin Teatr kollektivinin rejissoru fakültəsinə qəbul olub. 1997-ci ildə həmin universiteti bitirib, təyinatla Naxçıvana göndərilib. 1998-ci ildən 2001-ci ilə qədər Naxçıvan şəhərində fəaliyyət göstərən Zabitlər evində hərbi işlər üzrə təlimatçı işləyib. İşlədiyi müddətdə zabitlər evinin kollektivi ilə bir neçə tamaşaya quruluş verib. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olub. 2002-ci ildə Naxçıvan dövlət televiziyasında rejissor kimi sınağa götürülüb. 2003-cü ildən 2007-ci ilə qədər Naxçıvan Dövlət Televiziyasında rejissor, 2007-ci ildən 2008-ci ilə qədər redaktor, 2008-ci ildən isə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Sənədli Filmlər və Dublyaj Redaksiyasının baş redaktoru vəzifəsində işləyir. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirib. 2014-cü ildə bədii şuranın sədri seçilib. Əcnəbi dildə olan film və materialların ilk dəfə Naxçıvan televiziyasında dublyajını edib. Həmin televiziyanın istehsalı olan 30-a yaxın sənədli və televiziya filmlərinin ssenari müəllifi olub. 10-a qədər televiziya filminin həm ssenari müəllifi, həm də rejissoru olub. Bir neçə televiziya tamaşasına ssenari müəllifi olmaqla yanaşı, həm də həmin tamaşalara quruluş verib. Hazırda televiziyanın bir neçə baxımlı layihələrinin müəllifidir. 2014-cü ildə fəaliyyəti qiymətləndirilib və Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb. 2017-ci ildə isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adını alıb.
Ailəsi
redaktə2 övladı- bir oğlu, bir qızı var.
- Atilla Müzəffər oğlu universitetdə oxuyur
- Nurlana Müzəffər qızı Magistraturanı bitirib
Fəaliyyəti
redaktəSsenari müəllifi olduğu filmlər:
- Qanla möhürlənmiş gün,-(Sənədli televiziya filmi.31 mart soyqırım hadisələrinə-həsr olunub)
- Vətən sənə canım qurban-(Sənədli televiziya filmi Behbud ağa Şahtaxtlının həyat və fəaliyyətinə həsr olunub)
- Sənətin Bəhruz zirvəsi,- (Sənədli film realist rəssam Bəhruz Kəngərlinin həyat və fəaliyyətindən bəhs edir)
- Günəş doğan yerdə-( Sənədli film Azərbaycanda tarixi romanlar müəllifi kimi tanınan görkəmli yazıçı Məmməd Səid Ordubadinin həyat və fəaliyyətindən bəhs edir)
- Naxçıvan doxsanlarda və indi- (Televiziya filmi Naxçıvanın bugünkü siyasi-iqtisadi inkişafına həsr olunub)
- Qoç heykəllər- (Televiziya filmi Azərbaycanda olan daş qoç heykəllərdən bəhs edir)
- Obalar-(Televiziya filmi Naxçıvanda hələ də mövcud olan köçlərdən ,obalardan bəhs edir)
- Payızın melodiyası-(Televiziya filmi Payız fəslinin gözəlliklərini özündə əks etdirir)
- Elmin fəxri- (Sənədli televiziya filmi akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunub)
- Ziyalı- (Sənədli televiziya filmi görkəmli ziyalı Məhəmməd ağa Şahtaxtlının həyat və fəaliyyətinfən bəhs edir)
- Xalqın müəllimi-(sənədli film tanınmış pedeqoq ,Naxçıvanda məktəbin əsaını qoyan Məhəmməd Tağı Sidqinin həyat və fəaliyyətindən bəhs edir)
- Sərkərdə -(Sənədli film Naxçıvan torpağının yetirməsi, general Cəmşid Xan Naxçıvanskinin həyat və fəaliyyətinə həsr olunub)
- Şərqin parlayan günəşi-(Sənədli film Naxçıvanın muxtariyyatında mühüm rol oynayan “Moskva”və “Qars”müqavilələlərin əhəmiyyətidən bəhs edir)
- Naxçıvan təbiəti-(Televiziya filmi, Naxçıxan MR-nın flora və faunasından bəhs edir)
- Geriyə baxanda-(Sənədli televiziya filmi televiziyznın qocaman operatoru Ənvər Rəhimovun həyat və fəaliyyətindən bəhs edir)
- Onun həyat amalı-(Sənədli film görkəmli ziyalı Əziz Şərifin həyat və yaradıcılığına həsr olunub)
- Ziyalı ömrü-( Sənədli film Azərbaycanda maarifin əsasını qoyan ziyalılardan biri olan Məhəmməd ağa Şahtaxtlının həyat və yaradıcılığından bəhs edir)
- Elm və bilik məbədgahı-(Televiziya filmi Naxçıvan Dövlət Universitetinin yaranmasının 50-illiyinə həsr olunub)
- Tarixin doxsan ili –(Sənədli film Naxçıvan MR-nın 90-illiyinə həsr olunub)
- Dədə Qorqud və Naxçıvan-(sənədli televiziya filmi Naxçıvanla Dədə Qorqudun bağlılığından bəhs edir)
- Məndən bu dünyaya nə qaldı görən.-(Sənədli film Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Məmməd Arazın həyat və yaradıcılığına həsr olunub)
Həm ssenari müəllifi, həm də rejissoru olduğu sənədli və televiziya filmləri :
- Yollar qovuşanda
- Batabat
- Ordubad dağları
- Çüllələr
- Şahbuz dağları
- Tarixə çevrilən ömür
- Daşla suyun harmoniyası
- Naxçıvan bulaqları
- Asnı Bulağı
- Səhnəmizin Sofyası.
Tele tamaşalar.
- Vəkil
- Gülüş köşkü
- Qış nağılı
- Bahar sərgüzəştləri
Mükafatları
redaktə- 2014-cü ildə Naxçıvan MR-nin Əməkdar jurnalisti
- 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
- Naxçıvan Televiziyasının əməkdaşı təltif edildi
- Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
- Naxçivan Dövlət Universitetində "Naxçivanin turizm potensialinin tanidilmasinda medianin rolu" mövzusunda konfrans keçirilib Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine.