Muzeffer Huseyn Mirze - Wikipedia
Müzəffər Hüseyn Mirzə Səfəvi — Sultan Hüseynin ikinci oğlu.
Müzəffər Hüseyn Mirzə Səfəvi | |
---|---|
1578 – 1595 | |
Əvvəlki | Sultan Hüseyn |
Sonrakı | Sultan Rüstəm Mirzə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəndəhar |
Vəfat tarixi | |
Vəfat yeri | Dehli |
Dəfn yeri | Dehli |
Atası | Sultan Hüseyn |
Uşağı | |
Ailəsi | Səfəvilər |
Dini | on iki imam şiəliyi |
Həyatı
redaktə1562-ci ildə, Qəndəharda doğulmuşdu. Xüsusi təhsil almışdı. 1578-1595-ci illərdə Qəndəhar hakimi olmuş, 1594-cü ildə Qəndəharı I Əkbərə təslim etmişdi. Buna görə də Əkbər şah tərəfindən "Fərzənd" (Oğul) titulu və mənsəbdarlıq verilmişdi. 5000 zat və 4000 səvarı vardı. 1599-cu ildə istefaya çıxaraq Dehliyə köçdü və ömrünün axırınacan orada yaşadı. 1603-cü ilin oktyabrı elə orada vəfat etdi və basdırıldı. Molla Heydər Xisali kimi şairlərə hamilik etmişdi.[1] Sambhal şəhəri onun irsi mülkü idi.[2] Səfəvilər nəslinin Hindistan qolu onun sayəsində ən güclü ailələrdən biri oldu.[3][4]
Ailəsi
redaktəƏvvəlcə Məlik Mahmud xan Sistaninin qızı ilə, daha sonra isə Mirzə Süleyman Bədəxşanlının qızı ilə evlənmişdi. Övladları:
- Mirzə Bəhram Səfəvi - Kutç sərdarı
- Mirzə Heydər Səfəvi
- Mirzə Əlqas Səfəvi
- Mirzə Təhmasib Səfəvi
- Mirzə İsmayıl Səfəvi
- İffət Cahan Banu - Cahangir şahın oğlu Pərviz Mirzə ilə evləndi.
- Nəvab Qəndəhari Bəyim - Cahan şah ilə evləndi.
İstinadlar
redaktə- ↑ "Nəbi Hadi, Dictionary of Indo-Persian Literature". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
- ↑ Abdul Qadir Badauni, Cild.II, Müntəxəbut Təvarix, George S.A səh.416.
- ↑ Firdos Anwar, Nobility under the Mughals (1628-1658) (New Delhi: Manohar, 2001): səh. 93-94; family groups of other ethnicities: səh. 97-107;
- ↑ Athar Ali, The Apparatus of Empire: səh. 98, 100, 101, 103.