Muzakire Cobaniler - Wikipedia
Muzakire Cobaniler - Wikipedia - Haqqında Məlumat
Bu, Çobanilər məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Çobanlılar yoxsa, Çobanilər?--A_M_D m-f 09:24, 18 fevral 2011 (UTC)
Çobani forması, şəkili farscadır. Bizim Azərbaycan tarixində yanlış adlandırmalar çoxdur. Səlcuqluları Səlcuqi, Avşarları Əfşarlar kimi. Hələ də tarixi konsepsiyada farspərəstlər üstünlük təşkil edir. Ona görə də tarixşünaslığımızda nöqsanlar var. Bəlkə VİKİ-də düzgün yazaq, yoxsa?...--Enver62 09:36, 18 fevral 2011 (UTC)Enver62
- Vikipediya:Məqalənin adlandırılması buradan belə çıxır ki, ən geniş yayılmış versiya olmalıdır. Bizdə tarixi ədəbiyyatlarda isə Çobanilər daha geniş yayılıb (axırıncı çıxan nəşrləri bilmirəm). Ona görə, yaxşı olar ki, Çobanilər məqalə adı olsun. Giriş hissədə isə Çobanlılar ad kimi qeyd edilsin.
- P.S. Cabanilər kimdir? bax bir az dolaşdım--A_M_D m-f 09:49, 18 fevral 2011 (UTC)
- Məncə də Çobanilər olmalıdır. Çünki ən geniş yayılmış adlandırma məhz belədir. Bir də ki, bu sülalə heç vaxt hüquqi olaraq iqtidarda olmayıb. İdarə etdikləri əraziləri Elxanilər/Hülakülər sülaləsinin adından idarə ediblər.--samral müzakirə 22:44, 20 fevral 2014 (UTC)