Muzakire Seyx Sefi - Wikipedia
Bu, Şeyx Səfi məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Səfəvilər sülaləsinin banisi I Şah İsmayıldır, sadəcə sülalə öz adını Şeyx Səfiəddindən almışdır.--Melikov Memmed 18:28, 28 İyun 2010 (UTC)
- Hansı mənbəyə əsasən deyirsiz? Məqaləni mən hazırlamışam, preambulada da mən yazmışdım ki, səfəvilər sülaləsininn banisi. Mən indi Babəklə bağlı araşdırıram, buna vaxt ayıra bilməyəcəm, əgər bir iki mənbə fikrinizi təsdiqləsə dəyişərik. --sefer azeri 08:44, 29 İyun 2010 (UTC)
- sefer azeri, salam. Burda mənbəyə nə ehtiyac var ki? Əgər yazsanız ki, Səfəvilər təriqətinin banisidir, razıyam, ancaq Səfəvilər sülaləsinin banisi dedikdə hökmran sülalə nəzərdə tutulur, onun banisi isə I Şah İsmayıldır, hətta məqalədə "Şah İsmayıl (1486-1524) əvvəlcə Azərbaycanda, sonra həm də İranda yeni Səfəvilər dövlətinin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsinin əsasını qoyur." yazmısınız, bir şeyin əsasını iki dəfə necə qoymaq olar. Səfəvilər sülaləsi öz adını Şeyx Səfiəddindən almışdır, rusca konkret termin var "родоначальник династии Сефевидов". Qısası "sülaləsinin banisi" ifadəsi "təriqətinin banisi" ilə dəyişdirilməlidir, birinici tamamilə səhv fikirdir--Melikov Memmed 03:58, 29 İyun 2010 (UTC)
- Aleykum salam, Məmməd bəy. Bəs Ərdəbil şeyxliyi? Axı orda hakimiyyətdə olan sülalə də Səfəvilər idi və ilk şeyx də Şeyx səfi olub. --sefer azeri 09:12, 29 İyun 2010 (UTC)
- Səfəvilər sülaləsi Səfəvilər dövlətində hakim sülalədir və Şah İsmayıl Səfəvilər dövlətini qurmaqla başlayır və Nadirin də şah olması ilə sona çatır. Bu zamandan əvvəl yalnız təriqət və onun başçıları olmuş, heç bir Ərdəbil dövləti olmamış ki, bu dövlət də hakim Səfəvilər sülaləsi olsun.--Melikov Memmed 05:11, 29 İyun 2010 (UTC)
- Yox bəy, nə danışırsız, Qaraqoyunlular və Ağqoyunlular dövründə yarımüstəqil Ərdəbil şeyxliyi olub. Özlərinin bayraqları (12 xəttli), gerbləri (ağ sufi atlı) var. Bəs Şeyx Heydər və ondan əvvəlki dövlət başçıları haranın hökmdarı idi? Ərdəbil şeyxliyi dini dövlət idi. Səfəviyyə təriqəti əsasımda qurulmuşdu. Yəni dövlət başçısı həm də təriqətin şeyxi olurdu. --sefer azeri 10:17, 29 İyun 2010 (UTC)
- Səfəvilər sülaləsi Səfəvilər dövlətində hakim sülalədir və Şah İsmayıl Səfəvilər dövlətini qurmaqla başlayır və Nadirin də şah olması ilə sona çatır. Bu zamandan əvvəl yalnız təriqət və onun başçıları olmuş, heç bir Ərdəbil dövləti olmamış ki, bu dövlət də hakim Səfəvilər sülaləsi olsun.--Melikov Memmed 05:11, 29 İyun 2010 (UTC)
- Aleykum salam, Məmməd bəy. Bəs Ərdəbil şeyxliyi? Axı orda hakimiyyətdə olan sülalə də Səfəvilər idi və ilk şeyx də Şeyx səfi olub. --sefer azeri 09:12, 29 İyun 2010 (UTC)
- sefer azeri, salam. Burda mənbəyə nə ehtiyac var ki? Əgər yazsanız ki, Səfəvilər təriqətinin banisidir, razıyam, ancaq Səfəvilər sülaləsinin banisi dedikdə hökmran sülalə nəzərdə tutulur, onun banisi isə I Şah İsmayıldır, hətta məqalədə "Şah İsmayıl (1486-1524) əvvəlcə Azərbaycanda, sonra həm də İranda yeni Səfəvilər dövlətinin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsinin əsasını qoyur." yazmısınız, bir şeyin əsasını iki dəfə necə qoymaq olar. Səfəvilər sülaləsi öz adını Şeyx Səfiəddindən almışdır, rusca konkret termin var "родоначальник династии Сефевидов". Qısası "sülaləsinin banisi" ifadəsi "təriqətinin banisi" ilə dəyişdirilməlidir, birinici tamamilə səhv fikirdir--Melikov Memmed 03:58, 29 İyun 2010 (UTC)
- Səfəvilər sülaləsi Səfəvilər dövlətində hakim sülalədir (1502-1736), ondan əvvəl nə olub onu yazmaq olar onların ata-babası kim olub, harda hökmranlıq edib, vəssəlam, Səfəvilər sülaləsi Səfəvilər dövləti ilə bağlıdır və çox konkretdir, Siz deyən məsələ isə kənara çıxan bir şeydir--Melikov Memmed 05:31, 29 İyun 2010 (UTC)
Şeyx Səfiəddin Ərdəbili haqqında yazılmış "mənşəcə Azərbaycan türklərindən olan adlı-sanlı alim, şair" fikri də belə getdi?!.--Vago 10:19, 30 İyun 2010 (UTC)
- Şeyx Səfiəddin Ərdəbilinin etnik mənsubiyyəti çox mübahisəlidir, məsələni araşdıran Azərbaycan tarixçiləri də bunu hər zaman yazıblar, mən Etnik mənsubiyyəti başlığında imkanım daxilində bunu mənbələrlə göstərdim, ancaq yuxardakı yazını yazmaqla biz tərəfsizlik prinsipin yenidən alt-üst edirik, qoy oxucu məqaləni oxusun və özü qərarını versin. Doğrusu Azərbaycanca Vikipediyada vəziyyət elədir ki, mən artıq tanımadığım bir şəxs haqqında oxuyarkan onun inadla türk olduğunu iddia edəndə bilirəm ki, burda nə isə "qaranlıq iş" var, yəni sübuta ehtiyac olan şeylər üçün çox sadə bir yol seçilir, "türkdür, vəssəlam" bu "sadə yol" doğru deyil və Azərbaycanca Vikipediyanı çox gözdən salır. Bir şey mübahisəlidirsə, elə də verilməlidir. Bir daha bildirmək istəyirəm ki, bu cür münasibət tamamilə yanlışdır, heç bir xeyri də yoxdur, tamamilə heç bir! (bəlkə də əksinə). Məncə bu cür münasibətdən uzaqlaşmaq vaxtı çatıb --Melikov Memmed 11:25, 30 İyun 2010 (UTC)
- Mən də mənbəsiz-flansız filankəs kürd deyil, türkdür, yaxud tərsinə iddia etməyin tərəfdarı deyiləm. Sadəcə qeydlərim mübahisə doğuran bu cür məsələnin heç bir müzakirə aparılmadan məqalədən silinməsinə görə idi. Eyni situasiya Kürdlər məqaləsində də baş vermişdi, geri qaytarmağı münasib gördüm. Bu cür şeylərlə qarşılaşanda mənə Karl Marksın fikri kimi təqdim olunan cümlə yadıma düşür: "Ayaqqabı şotkasını məməlilər sinfinə daxil etməklə onda süd vəziləri əmələ gəlmir!" Tarixi mənbələrimizin acınacaqlı gündə olmasına yavaş-yavaş inanmağım gəlir. --Vago 11:53, 30 İyun 2010 (UTC)
- Digərləri ilə müqaisədə tarixi mənbələrimizin acınacaqlı gündə yox, çox acınacaqlı gündədir. Sefer bir dəfə mənə təqribən belə bir gözəl fikir yazmışdır "Bizimkilər partiya tarixini yazanda ermənilər öz saxta tarixlərin yazırdılar".--Melikov Memmed 12:01, 30 İyun 2010 (UTC)
- Bütün tərəflərin fikirlərinin ayrıca başlıq altında verilməsi ilə tərəfsizlik gözlənilmişdir və məqaləni oxuyan şəxslərin öz qərarını verməsi üçün imkan yaradılmışdır. Haqqında bəhs edilən şəxs haqqında olan yeganə tarixi mənbənin onun türk etnik kimliyini təsbit etməsi, həmçinin nüfuzlu şərqşünasların (Bartold, Petruşevski vəs) bu iddianı birmənalı olaraq təsdiq etməsi, bununla bərabər Azərbaycan ədəbiyyatı tarixində də həmin adamın türk kimi təqdim edilməsi məqalənin preambulasında onun türk olmasını göstərməyə imkan verir. Sizin də qeyd etdiyiniz kimi bu haqqda başqa iddialar da var (heç bir tarixi mənbəyə əsaslanmayan). Və siz həmin iddiaları da məqalənin daxilində ayrıca başlıqda göstərməklə (bu uğurlu əlavəyə görə Melikov Memmed bəyə xüsusi təşəkkür edirəm) tərəfsizliyi təmin etmiş oldunuz. Lakin kiminsə yatıb yuxuda gördüyü şeyləri yazmasyla həmin adamın etnik mənşəyi dəyişməz. Kimdir axı Togan ya da Kəsrəvi ki onların dediyi birbaşa tarixi mənbədən üstün olsun və ya o səviyyəyə qaldırılsın. Nə deyiblərsə, və onların məsələyə münasibəti (nə qədər absurd olsa da) məqalədə qeyd edilib. Bundan artıq güzəştə getməklə, daha bir tarixi şəxsiyyətimizi qaralamaq yolverilməzdir. Ona görə də etnik mənşəyi ilə bağlı fikrin preambulaya qaytarılmasını tələb edirəm. Mənbələr göstərildiyi halda silinməsini isə vandalizm kimi qəbul edirəm! --sefer azeri 16:58, 30 İyun 2010 (UTC)
- Şəxsən Bartold haqqında müsbət fikirdəyəm. Amma indiki mübahisəli durumda hər iki variant haqqında mənbələrin bura əlavə edilməsini ikinizdən də xahiş edirəm. Beləcə oxucu hansı mənbənin etibarlı olmasını özü müəyyənləşdirsin. Məncə ikinizin sonu görünməyən mübahisəsindənsə, bu variant qənaətbəxşdir.--Vago 12:18, 30 İyun 2010 (UTC)
- Məsələ burasındadır ki, qarşı tərəf heç bir mənbəyə istinad etmir, daha doğrusu edə bilmir. Bir dənə mənbə var, o da deyir türkdü. Əgər Kəsrəvinin yazdığını ciddi mənbə hesab dirsinizsə əlavə edin, amma unutmayın əgər burda onun kürd iddiasını əlavə etsəniz Azərbaycanlılar məqaləsinin preambulasına da gərək Kəsrəvinin "yüksək elmi dəyərə malik" əsərlərindəki iddianı - Azərbaycanlıların fars mənşəli olmasını da əlavə edəsiz. Buyurun. Yol sizindir. --sefer azeri 17:24, 30 İyun 2010 (UTC)
- Haqqında olan yeganə tarixi mənbədə onun birmənalı ərəb olması (seyid) göstərilir və orda "pir-i türk" məsələsi var, vəssəlam. Xahiş edin rusca və türkcə Vikipediyada mənim düzəlişlərimə qədər, digərlərində isə indiyə qədər olan yazıları tərcümə etsinlər. Onda ümumi abu-havanın necə olduğunu görərsiniz. (Bir də xahiş edərdim onun türkcə şeri olan mənbəni göstərəsiniz, nədən siz bilən bu faktı tarixçılər bilmir, mənə maraqlıdır Bu mənim üçün, müzakirəyə aidiyyatı yox)--Melikov Memmed 12:30, 30 İyun 2010 (UTC)
- Əksər şeirləri türkcədir. Açın Azərbaycan Ədəbiyyatı tarixinə baxın, burda da nümunə vermişəm. Bilməsəydi Bartold kimi akademik birmənalı şəkildə göstərməzdi türk olduğunu. O ki, qaldı seyidlik məsələsinə təriqət başçılarının hamısında var bu, Mehmet Rıhtımı oxusanız, o, çox gözəl izah edib bu məsələni. --sefer azeri 17:36, 30 İyun 2010 (UTC)
- Azərbaycan Ədəbiyyatı tarixinə Şeyx Səfi farsdilli Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi düşə bilər, sadəcə təkrar bildirirəm, belə bir mənbə mənə göstərsəydiniz əla olardı, digər Vikilərdə bunu istifadə edə bilərdim. Bəli bir çox görkəmli alimlər onun Türk olduğunu yazıb, ancaq məsələni korlayan elə Sizin fəxr etdiyiniz "haqqında olan yeganə tarixi"dir. Orda onu ərəb, araşdıranlar isə babası tr:Firuz Şah Zarrin Kolah dayanaraq Kürd olduğunu iddia etmişlər. Ən əsası məqalədə sizin birtərəfli mövqeyiniz görkəmli alimlərin aşağıdakı iddialarını alt-üst edir, çünki yuxarda birmənalı Türk olduğunu görənlər, "məsələ aydındır" deyib heç aşağını oxuyan deyillər, məni də elə bu narahat edir--Melikov Memmed 12:59, 30 İyun 2010 (UTC)
- Əksər şeirləri türkcədir. Açın Azərbaycan Ədəbiyyatı tarixinə baxın, burda da nümunə vermişəm. Bilməsəydi Bartold kimi akademik birmənalı şəkildə göstərməzdi türk olduğunu. O ki, qaldı seyidlik məsələsinə təriqət başçılarının hamısında var bu, Mehmet Rıhtımı oxusanız, o, çox gözəl izah edib bu məsələni. --sefer azeri 17:36, 30 İyun 2010 (UTC)
- Haqqında olan yeganə tarixi mənbədə onun birmənalı ərəb olması (seyid) göstərilir və orda "pir-i türk" məsələsi var, vəssəlam. Xahiş edin rusca və türkcə Vikipediyada mənim düzəlişlərimə qədər, digərlərində isə indiyə qədər olan yazıları tərcümə etsinlər. Onda ümumi abu-havanın necə olduğunu görərsiniz. (Bir də xahiş edərdim onun türkcə şeri olan mənbəni göstərəsiniz, nədən siz bilən bu faktı tarixçılər bilmir, mənə maraqlıdır Bu mənim üçün, müzakirəyə aidiyyatı yox)--Melikov Memmed 12:30, 30 İyun 2010 (UTC)
- Məsələ burasındadır ki, qarşı tərəf heç bir mənbəyə istinad etmir, daha doğrusu edə bilmir. Bir dənə mənbə var, o da deyir türkdü. Əgər Kəsrəvinin yazdığını ciddi mənbə hesab dirsinizsə əlavə edin, amma unutmayın əgər burda onun kürd iddiasını əlavə etsəniz Azərbaycanlılar məqaləsinin preambulasına da gərək Kəsrəvinin "yüksək elmi dəyərə malik" əsərlərindəki iddianı - Azərbaycanlıların fars mənşəli olmasını da əlavə edəsiz. Buyurun. Yol sizindir. --sefer azeri 17:24, 30 İyun 2010 (UTC)
- Şəxsən Bartold haqqında müsbət fikirdəyəm. Amma indiki mübahisəli durumda hər iki variant haqqında mənbələrin bura əlavə edilməsini ikinizdən də xahiş edirəm. Beləcə oxucu hansı mənbənin etibarlı olmasını özü müəyyənləşdirsin. Məncə ikinizin sonu görünməyən mübahisəsindənsə, bu variant qənaətbəxşdir.--Vago 12:18, 30 İyun 2010 (UTC)
- Bütün tərəflərin fikirlərinin ayrıca başlıq altında verilməsi ilə tərəfsizlik gözlənilmişdir və məqaləni oxuyan şəxslərin öz qərarını verməsi üçün imkan yaradılmışdır. Haqqında bəhs edilən şəxs haqqında olan yeganə tarixi mənbənin onun türk etnik kimliyini təsbit etməsi, həmçinin nüfuzlu şərqşünasların (Bartold, Petruşevski vəs) bu iddianı birmənalı olaraq təsdiq etməsi, bununla bərabər Azərbaycan ədəbiyyatı tarixində də həmin adamın türk kimi təqdim edilməsi məqalənin preambulasında onun türk olmasını göstərməyə imkan verir. Sizin də qeyd etdiyiniz kimi bu haqqda başqa iddialar da var (heç bir tarixi mənbəyə əsaslanmayan). Və siz həmin iddiaları da məqalənin daxilində ayrıca başlıqda göstərməklə (bu uğurlu əlavəyə görə Melikov Memmed bəyə xüsusi təşəkkür edirəm) tərəfsizliyi təmin etmiş oldunuz. Lakin kiminsə yatıb yuxuda gördüyü şeyləri yazmasyla həmin adamın etnik mənşəyi dəyişməz. Kimdir axı Togan ya da Kəsrəvi ki onların dediyi birbaşa tarixi mənbədən üstün olsun və ya o səviyyəyə qaldırılsın. Nə deyiblərsə, və onların məsələyə münasibəti (nə qədər absurd olsa da) məqalədə qeyd edilib. Bundan artıq güzəştə getməklə, daha bir tarixi şəxsiyyətimizi qaralamaq yolverilməzdir. Ona görə də etnik mənşəyi ilə bağlı fikrin preambulaya qaytarılmasını tələb edirəm. Mənbələr göstərildiyi halda silinməsini isə vandalizm kimi qəbul edirəm! --sefer azeri 16:58, 30 İyun 2010 (UTC)
- Digərləri ilə müqaisədə tarixi mənbələrimizin acınacaqlı gündə yox, çox acınacaqlı gündədir. Sefer bir dəfə mənə təqribən belə bir gözəl fikir yazmışdır "Bizimkilər partiya tarixini yazanda ermənilər öz saxta tarixlərin yazırdılar".--Melikov Memmed 12:01, 30 İyun 2010 (UTC)
- Mən də mənbəsiz-flansız filankəs kürd deyil, türkdür, yaxud tərsinə iddia etməyin tərəfdarı deyiləm. Sadəcə qeydlərim mübahisə doğuran bu cür məsələnin heç bir müzakirə aparılmadan məqalədən silinməsinə görə idi. Eyni situasiya Kürdlər məqaləsində də baş vermişdi, geri qaytarmağı münasib gördüm. Bu cür şeylərlə qarşılaşanda mənə Karl Marksın fikri kimi təqdim olunan cümlə yadıma düşür: "Ayaqqabı şotkasını məməlilər sinfinə daxil etməklə onda süd vəziləri əmələ gəlmir!" Tarixi mənbələrimizin acınacaqlı gündə olmasına yavaş-yavaş inanmağım gəlir. --Vago 11:53, 30 İyun 2010 (UTC)
Məncə indi Həyatı bölməsində bəzi təkrarları redaktə etsək və "qırmızı keçidləri" götürmək üçün bir az da zəhmət çəkib əlavə məqalələr yaratsaq, inanıram ki, bu Şeyx Səfi haqqında indiyə kimi digər Vikipediyalarda olanlardan daha sanballı bir məqalədir. --Melikov Memmed 06:55, 1 İyul 2010 (UTC)
Məqalənin adı
redaktəBu şəxs azərbaycancada və azərbaycandilli insanlar arasında Şeyx Səfi kimi taınır. Məqalənin əsas adı da Şeyx Səfi olmalıdır. Elementar isbat: Google-da Şeyx Səfi (35.900), Şeyx Səfiəddin Ərdəbili (4260). Lap desək ki Şeyx Səfi yazıb axtaranda digəri də nəzərə alınır. Onda nəticə 31 000 olur. Yenə də fərq göz qabağındadır.--samral müzakirə 09:03, 3 yanvar 2015 (UTC)
Türk Gənci
redaktəÂlem-i Ârâ-yi Safevî, s. 11. Də Şeyx Səfinin Türk gənci adlandığını görə bilərsiniz. AzərbaycanTürküAze (müzakirə) 07:30, 11 iyun 2021 (UTC)