Muzakire Asxaratsuyts - Wikipedia
Bu, Aşxaratsuyts məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Silinən məqalənin geri qaytarılması
redaktəEldarado, məqalənin silinməsinə qərar verməmişdiniz?
White Demon, sizin təkmilləşdirmə ilə bağlı məqsədinizi bilmək olarmı? --Toghrul Rahimli (müzakirə) 08:36, 24 iyul 2018 (UTC)
- Məqalə düz 9 dil bölməsində var. Ensiklopedik məqalədir. Niyə silinməlidir?--White DemΩn (el psy congroo) 08:42, 24 iyul 2018 (UTC)
- White Demon, əgər silinməyə qərar verilibsə, geri qaytarmaq düzgün deyil. Bu səsvermə nəticəsində silinmişdi. Xəbər vermədən, müzakirə aparmadan məqaləni geri qaytarmanız idarəçilikdən sui-istifadə sayılır, həm də digər idarəçinin qərarının əhəmiyyətsiz hesab etdiyinizi bildirir.
Digər bir məsələ odur ki, məqalə istər yüzlərlə dildə yerləşdirilsin, orada 7-ci əsr erməni mədəniyyətindən söhbət gedir. Kitabı yazan isə ermənipərəst olub. Siz isə erməni mənbələrini istinad göstərmisiniz. Hətta kateqoriya da yaratmısınız. Bu nə dərəcədə düzgündür?--Toghrul Rahimli (müzakirə) 09:00, 24 iyul 2018 (UTC)
- White Demon, əgər silinməyə qərar verilibsə, geri qaytarmaq düzgün deyil. Bu səsvermə nəticəsində silinmişdi. Xəbər vermədən, müzakirə aparmadan məqaləni geri qaytarmanız idarəçilikdən sui-istifadə sayılır, həm də digər idarəçinin qərarının əhəmiyyətsiz hesab etdiyinizi bildirir.
- Məqalənin silinməyə qərar verilməsi o demək deyil ki, qaytarıla bilməz. Elə bir qayda yoxdur. İkincisi, vikipediya demokratiya deyil ki, səsvermə çoxluğu ilə qərarlar alınsın (idarəçi seçkiləri və qayda qəbulları istisna). SNS-də bir nəfər sırf Ermənistandan bəhs edir deyə məqaləni silinməyə çıxarır, digər səs verən istifadəçilər də əsas gətirmədən məqaləni silinməsini dəstəkləyir. Neytrallıq Vikipediyanın əsas prinsiplərindən biridir. Sırf Ermənistan haqqındadı deyə məqalə silinə bilməz. Başqa əsas gətirilməlidir. Onda gəlin Ermənistan məqaləsini silək bu məntiqlə. Üçüncüsü, mən heç kimdən xəbərsiz bir iş görmürəm. Bu haqda Kənd meydanında müzakirə açılıb, neçə istifadəçi rəy bildirib, mən də xəbər edərək məqaləni qaytarmışam. baxın: [1]. Dördüncüsü, qərarı alan idarəçi doğurdan da etirazı varsa, özü bildirərdi etirazını. 5 gün keçib Kənd meydanındakı müzakirə üzərindən. Başqa idarəçinin adından danışmağı düzgün hesab etmirəm. Ən axırıncısı, yenə dediyim kimi, məqalənin mövzusu nə olursa olsun, sizi neytral olmağa dəvət edirəm.--White DemΩn (el psy congroo) 09:18, 24 iyul 2018 (UTC)
- Əgər məqalənin mənbələri ilə bağlı etirazınız varsa, problem deyil çıxararam. Amma əsas mənbə (aşağıda qeyd olunub) azərbaycan mənbəsidir.--White DemΩn (el psy congroo) 09:24, 24 iyul 2018 (UTC)
- Müəllifin erməni olması və ya mənbədə ermənilərdən bəhs edilməsi onu etibarsız hesab etmək üçün əsas vermir. --sefer azeri 09:48, 24 iyul 2018 (UTC)
- White Demon, silinməyinə qərar verilmiş məqalə yenidən geri qaytarılır... Deyesen məqalənin "silinməyə namizəd məqalələr" siyahısına hansı səbəbdən verilməsinin mahiyyəti tam anlaşılmayıb. Səbəb məqalənin ensiklopedik olub olmaması yox, məqalənin Azərbaycan vikipediyasında yerləşdirilməsi idi. Əyər ermənicə olan vikipediyada Azərbaycanın tarixi mədəniyyətini sübut edəcək hər hansı bir məqaləni yerləşdirmək çox çətindirsə, nə üçün ermənilərin saxta "Böyük Ermənistan"ının varlığını sübut edən belə bir məqalənin Azərbaycan vikipediyasında yerləşdirilməsi bu qədər asandır? Həm də ermənilərin xəbəri belə olmadan. Adi bir nümunə: Azərbaycanın Quba Xalçaçılıq məktəbinə məxsus "Zeyvə" xalçasının adını belə ermənicə vikipediyada yazmaq iki həftəmizi aldı. Nizami Gəncəvinin isə azərbaycanlı olduğunu ermənicə vikipediyada hələ də sübut etmək mümkün olmayıb. Düzdür, Ermənistan məqaləsi var. Erməni vikipediyasında da Azərbaycan məqaləsi var. Ama nə formada yazılıb? Neytrallıq qorunub mu? Məsələ, ermənicə vikipediyada Azərbaycan haqqında hec bir neytrallığın saxlanılmamasıdır. Biz ermənicə vikipediyada Azərbaycan haqqında doğru düzgün məlumatlar yerləşdirə bilmək üçün dəstək axtararkən geriyə baxıb öz vikipediyamızda neytrallığın "dərin köklərə malik erməni mədəniyyəti"ndə saxlanması bizi məyus etməyə bilməz. Bu qədər! Yenə də son söz Azərbaycan vikipediyasının idarəçilərinindir. --Natəvan.R. (müzakirə) 10:09, 24 iyul 2018 (UTC)
- Ermənicə Vikipediyanın Azərbaycanca vikipediyaya nə dəxli var, onu anlamadım. Ermənilər səhv edirlər deyə, biz də etməliyik? Onsuz da əvvəl-axır buna görə "töhmət" alacaqlar, narahat olmayın. "Sən mənə vurdun, mən sənə vurdum" yanaşması düz deyil. Əsas odu biz düzgün, neytal davranaq.
- Heç bir məqalədə ermənilər təriflənmir və ya dəstəklənmir, sadəcə məlumat verilir. Və yenə dediyim kimi, silinmiş yenidən qaytarıla bilməz deyə qayda da yoxdur. Müxtəlif səbəblərdən silinmiş məqalə qaytarıla bilər.--White DemΩn (el psy congroo) 10:21, 24 iyul 2018 (UTC)
- Erməniləri tərifləməyə gərək yoxdur. Ona görə ki, ermənilərin fəxr edərək öyündükləri "tarixi sənədlər"inin azərbaycanca vikipediyada yerləşdirilməsi onlar üçün heç bir tərif ehtiyacı saxlamır. Qaldıkı, bu əsərin tarixi istinad kimi, bir mənbə kimi istifadəsinə, doğrudur, "Böyük Ermənistan"ın varlığından bəhs edən hər bir məsələdə birinci mənbə kimi istifadə olunur.
- Heç bir məqalədə ermənilər təriflənmir və ya dəstəklənmir, sadəcə məlumat verilir. Və yenə dediyim kimi, silinmiş yenidən qaytarıla bilməz deyə qayda da yoxdur. Müxtəlif səbəblərdən silinmiş məqalə qaytarıla bilər.--White DemΩn (el psy congroo) 10:21, 24 iyul 2018 (UTC)
Əyər ermənicə vikipediyanın müzakirə səhifələrinin birində belə bir məqalənin Azərbaycan vikipediyasında yerləşdirilməsindən fəxrlə bəhs edilən zaman emosiyalara qapılıb burada irad kimi görünən fikirlərimizi yerləşdirərək səhv ediriksə üzrlü hesab edə bilərsiz. --Natəvan.R. (müzakirə) 10:43, 24 iyul 2018 (UTC)
- Natəvan.R., Toghrul Rahimli, bura Azərbaycanın ensiklopediyası olsaydı məqaləni silmək olardı. Amma bura Azərbaycanca vikipediyadır.--Nəriman 10:52, 24 iyul 2018 (UTC)
Natəvan.R., Toghrul Rahimli əgər məqalə doğurdanda bu qədər problemidirsə, məncə əsas məsələ onun silinməsi yox, həmin kitabın yalanlar ilə dolu olduğunu elə öz məqaləsində sübut etməkdir. Yəni kitabın Azərbaycan və digər ölkələrin tarixinə qarşı təxribat olduğunu və yalanlar ilə dolu olduğunu tarixi mənbələr ilə sübut etmək olar. Bu daha adil olardı və Azərbaycan oxuyucusuna da bu lazımdır.--Rufet Turkmen (müzakirə) 11:18, 24 iyul 2018 (UTC)
- Rufet Turkmen, tamamilə razıyam. Ama necə? ermənilərin "Böyük Ermənistan" fikirləri artıq ingiliscə vikipediyada da zamanla yer almaqdadır. Məqalədə mənbə kimi göstərilən kitabın müəllifi Fəridə Məmmədovanın 2007-ci ildə nəşr elətdirdiyi "Qafqaz Albaniyası və albanlar" əsəri belə "Böyük Ermənistan"ın nəvaxtsa mövcud olmasından bəhs edərkən, bizim belə müəlliflərin istinad kitablarıyla və istifadəçilər arasında yaranan fikir ayrılığı ilə nəyisə öz vikipediyamızda sübut eləməyimiz çox çətinləşir... Məqalənin silinməsi fikrini irəli sürərkən qeyd etmək istədiyim bu idi. --Natəvan.R. (müzakirə) 11:43, 24 iyul 2018 (UTC)
- Natəvan.R. sizin ensiklopedik əhəmiyyətliyi mübahisə doğurmayan məqaləni silinmək üçün namizəd göstərməniz özü azvikinin qaydalarının pozulmasıdır və düşünürəm buna görə idarəçilər heç olmasa sizə xəbərdarlıq etməli idilər. Əgər siz hansısa təbliğat aparmaq istəyirsinizsə bunu vikipediyadan kənarda edin və ensiklopediyanı oyunlarınızda alətə çevirməyin. Biz illərdir ki, burda əziyyət çəkərək Azərbaycan dilli oxuculara tərəfsiz ensiklopedik məlumat çatdırmağa çalışırıq, siz isə qeydiyyatdan keçdiyiniz heç bir il də olmamasına baxmayaraq mənim yeddi il əvvəl yaratdığım məqaləni heç bir əsas olmadan silinməyə namizəd göstərmisiz. Rufet Turkmen Aşxaratsyuts "yalanlar ilə dolu" kitab deyil, Homerin "Tarixi", Strabonun "Coğrafiyası" kimi Azərbaycan tarixi üçün mühüm əhəmiyyətə malik qədim abidələrdən biridir. Azərbaycan tarixçiləri, xüsusilə Fəridə Məmmədova və Ziya Bünyadov öz əsərlərində dəfələrlə bu mənbəyə istinad edirlər. Mənbənin tənqidi mətninin hazırlanması üçün geniş tədqiqatlar mövcuddur. İrad bildirən yoldaşlar bu qədər vaxt sərf etməkdənsə məqaləyə "Tənqidçilərin mövqeyi" başlığı əlavə etməyə çalışsalar daha yaxşı olardı. Hörmətlə --sefer azeri 12:38, 24 iyul 2018 (UTC)
- Sefer azeri Hansı təbliğatdan danışılır? ermənilər bütün dillərin vikipediyasında hər yolla təbliğat aparırlar. BİZƏ QARŞI! Bizsə azərbaycandilli vikipediyada antierməni bir fikir yaza bilmirik? Sizin Azərbaycan tarixi üçün mühüm əhəmiyyətli qədim abidə hesab etdiyiniz əsərdə nəinki Azərbaycan, heç "azər" sözü belə yoxdu. Yalnız "Արցախ"dan(Arsaq) danışılır. Heç kimi tənqid etmək fikrində deyiləm. Sizə neytral mövqeli vikiməqalələrdə uğurlar! Ən azı məqalənin şablonunda əsərin ermənicə yazılışını da düzgün edin ki, daha dəqiq olsun. --Natəvan.R. (müzakirə) 12:59, 24 iyul 2018 (UTC)
- Natəvan.R., Qarabağı geri qaytardınız, təbriklər!--gabbani ∆ mesaj 14:23, 24 iyul 2018 (UTC)
- Gabbani, xeyr! Təəssüf ki, geri qaytara bilmədim...Bəlkə, Azərbaycan vikipediyasının neytral mövqeli məqalələrinin oxucuları zamanla nəyisə bacardı. Qaldı ki, sizin məsələyə bu formada müdaxilənizə, bunun üçün də ayrı bir təəssüf! Hörmətlə --Natəvan.R. (müzakirə) 05:28, 25 iyul 2018 (UTC)
- Natəvan.R., Qarabağı geri qaytardınız, təbriklər!--gabbani ∆ mesaj 14:23, 24 iyul 2018 (UTC)
- Hörmətli Natəvan.R. əgər bunu sübut edə bilmiriksə silmək sadəcə bizim özümüzü əzməyimizdir. Sübut edə bilməyəcəyi şeyi sadəcə öldürmək, yox etmək nə dərəcədə doğrudur? Silinməsini istəyirsiz ancaq yanlış və təxribatçı olduğunu məqalənin özündə sübut edə bilmirsiz. Hörmətli Sefer azeri diqqətlə oxusaz görərsiz ki, mən ümmən bu kitab haqqında fikir bildirməmişəm. Söylədim ki, hörmətli həmkarlar fikir irəli sürürlərsə məqalədə bunu sübut etsinlər. Oxumadığım kitab haqqında bir fikir bildirməyim mənim öz qaydalarıma görə düzgün deyil. --Rufet Turkmen (müzakirə) 07:09, 25 iyul 2018 (UTC)
- Hörmətli Rufet Turkmen, sizinlə bu dəfə də razıyam. Amma mənə elə gəlir ki, bu məqalənin Azərbaycan vikipediyasında olmamasını hansı səbəbdən istədiyim tam mənasıyla anlaşılmadı. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Azərbayacan vikipediyasında, azərbaycanlı vikiistifadəçilər arasında məhz bu mövzuda fikir ayrılığı və mübahisənin yaranması məyusedici oldu. Bu da mənim fikrimdi. Qaldı ki, məqalənin özündə nəyisə sübut etməyə, bu mənim tək edəcəyim bir iş olmamalıdır. Çünki, bir fikir bildirərək bu qədər əks fikirlərlə qarşılaşdımsa, məqaləni dəyişməli olsam nə ilə qarşılaşacağımı bilmirəm. Amma, ən azı məqalənin əvvəlində "qədim Ermənistan" qırmızı rəng görünməməli idi. Çünki, belə bir mövzuda məqalə yaratmaq istəyən hər kimdirsə bilməlidir ki, artıq Azərbaycan vikipediyasında nə qədər qarşı yazılmış olsa da Maps of the Armenian Empire of Tigranes xəritəsindən də istifadə edilən "Böyük Ermənistan" mövzusu işlənilib. Hər kəsə uğurlar! Hörmətlə --Natəvan.R. (müzakirə) 08:49, 25 iyul 2018 (UTC)
- Məqalə digər dillərdə olduğu üçün interviki verdim.--Nəriman 14:50, 26 iyul 2018 (UTC)