Muzakire Azerbaycanlilar Arxiv 1 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
tebii ki azerbaycan yaxsiliqlari ile muzakire olunur Statistika rəqəmlərini mənbə gətirmədən lütfən məqaləyə daxil etməyin. --Mehrdad 17:55, 25 Aprel 2007 (UTC)
İrandaki Azərbaycanlıların sayısı haqqında
Cənub Azərbaycana gore bir şeylər demək isdyirəam icazə versəniz! Mən bir İranliyam amma belə ki görürsiniz Azərbaycan dilini nisbətən yaxşi bilirəm pəs siz də çox rahat biləbilərsiniz ki Azərbaycanliyam ve Fars ya ayri bir İrtanlı deyiləm. Bilmirəm niya çox Türk xalqları belə düşünürlər ki İranın millətinin əksariyəti Türk'diler veya İran'da 30 milyon Türk (Azəri) var. Bu doğru deyil ve belə böyük bir yanlış bizə heç bir fayda çatdırmır. Buna gorə lütfən düşünüb 20 milyonu 30'a çevirməyin ki bilək həqiqət nə'dir ki öz isdədiklərimizə çatabilək. Sağolun mənin əziz möhtərəm qardaşlar! 82.208.161.233
- Salam nəsə başa düşmədim tutaqki türklərin sayını olduğundan çox göstəriblər sən bundan niyə narahat olursan.bir azərbaycanlı kimi bu sənin xalqıva xeyirdi,ziyan deyil nə düşmüsən ortaya? cənubi Azərbaycanda nəqədər türk olduğunu hardan bilirsən saymısan? biraz vətənpərvər ol. — Bu imzasız yazı 94.20.195.195 (m) tərəfindən əlavə edilib;
- Hörmətli istifadəçi, vikipediya ensiklopediyadır. Bura forum deyil. Bu cür məsələləri müzakirə etmək üçün kifayət qədər forumlar var.
- 20 milyon bəyəm az rəqəmdir? Uğurlar--A_M_D m-f 19:00, 30 dekabr 2007 (UTC)
- Mən heç nə başa düşmədim. -Aruzmfəal00:38, 31 dekabr 2007 (UTC)
- Hörmətli iştirakçılar Böyük Hülakü Xan 1256 – 1258 ci illərdə 5-ci Monqol ulusunu yaratdığı zaman özü ilə 200 min ailə (əksəriyyəti Türk) gətirmişdi . Əgər İrana türklərin gəlişini Xilafətin İranı işğalından sonra (642-651) başladığını belə düşünsək (təbii ki bu belə deyil ! ) Sacilər , Salarilər , Atabəylər , Səlcuqlular , Teymurilər , Qəznəvilər , Qaraqoyunlular , Ağqoyunlular , Səfəvilər , Əfşarlar zamanı İrana yerləşmiş türk ailələrinin sayını göz önünə gətirsək aydın olar ki , Türklər İranda çoxluğu təşkil edirlər . (Təkcə Elxanlıların qurulması zamanı qılıncdan kecirilən Farsdillilərin sayını xatırlayın !)
- Asparux Bulqar
- Mən isdəmirəm burani bir forum əsasın'da işlədəm. O yazdığımın dəlili bu idi ki neçə məqalələr'də gördüm ki İran'da olan Azəri Türklərin sayısın olduğun'dan çox göstərirlər. Onları təhrir edmək lazim'dir ki wikipediyanın itibari daha çox ola. Sağolun! 82.208.161.233
- Hansı məqalələrdən bəhs ettiyinizi, və qaynaqlarınızın nə olduğun konkret göstərəbilər sinizmi? -Aruzmfəal14:41, 31 dekabr 2007 (UTC)
- Təşəkkürlər mənim yazdiqlarıma önəm verdiyiniz için. İnşallah mən də gələcək'də burda daha çox iştirak edecəyəm. Bu məqaləyə lütfən baxın ki açix-əşkar deyir ki İran'da 30 milyon Azəri Türkü var: http://az.wikipedia.org/?q=Az%C9%99rbaycanl%C4%B1lar
- Bun'dan əlavə isdiyirəm mən şəxsən biləm ki niya İranın Qum ve Qəzvin ostan'larını etnik Azəri bölgəsin'dən saymişsınız çünki o yerlərin əhalisinin çoxu Fars'dılar: http://az.wikipedia.org/?q=C%C9%99nubi_Az%C9%99rbaycan Uğurlar! 89.36.61.55
- Cavab üçün sağolun, hörmətli ?? (sistemə qeyd olsanız müzakirə üçün daha sağlam olar düşünürəm). Məqalədə çox bəsit bir səhv var, qutuda göstərilən rəqəmlər ilə məqalə içində göstərilən rəqəm birbirini tutmur. Qutudakə rəqəmələrin qaynağı göstərilir, ancaq məqalədəki deyil. O zaman çox bəsitcə məqalə içindəkini dəyişdiririk. Qutudaki qaynaqlara baxdıqda isə, CİA-factbook görə 15 milyon, Amnesty"yə görə 16-20 milyon, MİTdə yayınlanan kitaba çatabilmədim. Ona görə də kitabda da 23,5 olduğnu təxmin etsək, rəqəmlər sıçandan fil düzəldilmə deyil burada. İranın totalitar dini rejimi sayəsində Azərbaycan dilində danışan insanların sayısı hər halda dünyadaki ən bilinməyən rəqəmlərdəndir. Qum və Qəzvin haqqında qaynaqlarınızı göstərərk fikrinizi ifadə edəbilərsiniz mi? Ayrıca Müzakirəni bundan sonra Azərbaycanlılar müzakirəsində davam etdirməyi uyğun görürəm. -Aruzmfəal16:01, 1 yanvar 2008 (UTC)
- Mən də özümə hesab açdım! Mən İranlı olaraq özüm'dən deyəbilərəm ki Qum və Qəzvin şəhərlərinin əksəriyəti Fars'dılar amma sən də çox yaxşı bilirsən ki İran'da belə şeylər heç vaxt 100% əşkar olmaz. Məqalələr'də yazmaq olar ki rəqəmlər bilinmir amma mən heç qaynaq tanımıram ki deyə ki Qum veya Qəzvinin xalqlarının çoxu Türk'dilər. Azerbay
- Fikirlərinizi mənbə ilə sübut edin lütfən--A_M_D m-f 18:41, 1 yanvar 2008 (UTC)
- Bir itibarlı mənbə var mı ki yaza ki Qum veya Qəzvinin əhalilerinin əksəri Türk'dilər? Azerbay
- Gec cavaba görə üzrlər. Bu məqaləyə baxın. Birdə məqalədə azərbaycanlıların dəqiq sayı göstərilməyib, sadəcə bu ostanlarda azərbaycanlıların da yaşdığı deyilir.--A_M_D m-f 15:29, 2 yanvar 2008 (UTC)
- Bəli, mən bu maraxlı məqaləni oxudum ve sağol onu mənə göstərdiyinə gore! O məqalə'də Qum'dan söhbət gəlmir vəli Həmədan ostanın'dan ve Savə (indiki Mərkəzi ostanın'da) və Astara (indiki Gilan ostanın'da) şəhərlərin'dən söhbət gəlir. Amma o məqalə'da də deyilmir ki Qum, Həmədan vəya Qəzvin təmam Türklər yaşayan torpaqlardılar. Astara və Savə şəhər olaraq əksəri Türk olabilərlər amma Həmədan və Qəzvin şəhərlərinin əksəri Türk deyillər ve Qum'dan da ki heç danısmaq olmaz çünki orda Türk çox az var. Amma düz'dir ki necə ki bu məqalə'də də yazır Həmədan və Qəzvin ostanların'da (məxsusən bu ostanların muxtəlif xırda şəhərlərin'da) Türk çox çox var amma ne o şəhərləri və nə də o ostanlari (Həmədan və Qəzvin) Türk saymaq olmaz. Bu ara'da gərək də deyəm ki Qərb Azərbaycan ostanının cənub tərəfləri, məsələn Mahabad, çoxlu Kürd'dilər. Sözü çox uzadmiyım, demək isdədiyim bu'dir ki İran'da olan Türk (Azəri) sayısı ve torpağının üsdün'də çox şübhələr var və rəqəmləri böyüdmək faydasız'dır. Azerbay
- Qum ostanı, əvvəldə dediyim kimi, ora azərbaycanlıların (türklərin) yaşadığı məskən kimi daxil edilib. Hökmən deyil ki, bu ostanın əhalisinin hamısı azərbaycanlı-türk olsun.
- Maraqlıdır, bu məlumatlara nə deyəcəksiz? Bu artıq YUNESKO-nun m'lumatlarıdır--A_M_D m-f 12:28, 12 yanvar 2008 (UTC)
- P.S.Nəzərə alın ki, 40,5 milyon Azərbaycan Respublikasından kənarda yaşayanların sayıdır. AR-də isə 8,6 milyon əhali var--A_M_D m-f 12:29, 12 yanvar 2008 (UTC)
- Mən özüm İranliyam və İran'da yaşamışam və orda görmədim beylə Türk!!! Və ən mötəbər neutral mənbələr da, məsələn CIA deyirlər ki İranın Türkləari cəmaatın 25% dir. Burda da, yani az.wikipedia'da normal olar ki bu mənbəlar işə alına çunki ən mötəbər (credible) mənbələr'dilər. Mən özüm də dəqiq bilmirəm İran'da nəqədər Türk var amma əmin'am ki 30 milyon deyil. Azərilərin vəziyətinə görə və onların ictimai və iqtisadi müşküllərinə görə ve onlarin öz dillərin'də məktəbləri olmadığına görə yazmaq lazim'dir, neinki onlarin sayısın çoxaldmaq çünki bu iş heç kəsə heç bir fayda çatdırmır. Və mən siz'dən soruşuram, aya əgər İranın Türkləri belə çox olseydılar onların vəziyəti bucur pis olardi? Yox, onlar oqədər də çox deyillər! Azerbay 11:17, 14 yanvar 2008 (UTC)
Azerbay, salam. Sizin Cənubi Azərbaycandakı həmvətənlərimin sayı haqqında fikirlərinizlə razı deyiləm. Əgər Siz "Türk Dövlət və Cəmiyyətlərinin XI Qurultayında" (17-19 noyabr, 2007-ci il) iştirak etsəydiniz, belə fikirləşməzdiniz. Mən bu Qurultayda İranda yaşayan azərbaycanlıların nələr çəkdiklərini onların öz dillərindən eşitdim. İran azərbaycanlılarının nümayəndələri (Nümayəndələrdən birinin adı yadımdadır - Əjdər bəy) əllərində olan sənədlərlə söbut etdilər ki, hal-hazirda İranda 35 milyon azərbaycanlı yaşasa da onların bir millət kimi (ermənilərdən fərqli olaraq) heç bir hüquqları yoxdur. (İranın rəsmi orqanları bu faktı gizlətməyə çalışsalar da). Ira 12:00, 14 yanvar 2008 (UTC)
- Ira (xanim, bəy ??? ), mən Azərbaycanlıların nələr çəkdilarin bilirəm çünki özüm də onların biriyam. Burda söhbət İranın Türklərinin sayısına görə'dir. Mən inanmıram ki İran'da 30 vəya 35 milyon Türk var. Bütün olan mənbələr ki belə şeyləri yazırlar mötəbər və bitərəf (impartial) deyillər. Düz'dir ki həqiqət bilinmir amma CIA ki nistbətən bit mötəbər mənbə'dir deyir ki İranın Türkləri 24 ya 25% dir ve bu da 72 milyon'dan eyliyər 17-18 milyon. Hələ gəlsin olsun 20 milyon. 20 milyon hara, 30-35 milyon hara? Əgər Türklər belə çox olsaydılar İran'da onlaın vəziyəti başqa olardi. Gedin İranın ən böyük şəhərlərinə, Tehran, Məşhəd, İsfahan, Şiraz, Əhvaz, Yəzd, Qum, Bəndər Əbbas, ve görəbilərsiz ki orda 70% vəya day çox Fars'dılar (Tehran qarışıq yer'dir amma xalqın 70% fəqət Fars dilin danışır). Türklərin şəhərləri isə Tabriz, Urmiyə, Ərdəbil ve Zəncan'dir ki Təbrizi çıxaraq qalani oqədər böyük deyillər. Həmədan, Qəzvin və Savə'də də 30% veya 40% Türk olabilər. Azerbay 15:55, 14 yanvar 2008 (UTC)
Azerbay, salam. Mən Cənubi azərbaycanlıların 35 milyon olduğu haqda informasiyanı İran Azərbaycanlılarının rəsmi nümayəndəsinin dilindən eşitdiyim üçün, buna inanmaya bilmərəm. Digər tərəfdən, Azərbaycanlıların öz hüquqlarını qoruya bilməsi heç də onların sayından asılı deyil. iranda ermənilərin sayı az olmasına baxmayaraq, onların bir neçə universitetdə fakültələri, erməni dilində məktəbləri, qəzet və jurnalları vardır. Hətta eşitdiyimə görə futbol komandaları da var. Azərbaycanlılara isə daha az diqqət göstərilir. Mənə elə gəlir ki, millətin sayının qəsdən az göstərilməsi kimlərə isə sərfdir. Ira 13:02, 15 yanvar 2008 (UTC)
- Mən özüm də İranliyam və mənim dilim'dən eşidirsiz (yada yazdığmı oxiyırsız) ki bizim sayımızın 30 ya 35 milyon olmasi çox şübhəli bir şey'dir və mən çox skeptik (skeptic) bu rəqəmlərə baxıram və ona görə ən normal iş bu olar ki məqalələr'da yazıla ki müxtəlif mənbələr nə deyir, məsələn yazıla CIA nə deyir və ayrılar nə deyirlər və tək 30 ya 35 milyon yazılmiya. Ermənilərin İran'da özlərinin məktəbləri var amma lütfən unudmayın ki İran'da Ermənilərə dövlət işləri verməzlər ve onlar İranın islami ədali, qanuni, sisteminin qarşısın'da bir Müsəlman'la bərabər sayırmırlar. Yani onların məktəbləri də olsa ayri şeylər var ki onlara görə pis cəhət'də fərq qoyur. Onların məktəbləri olmaği da dinlərinə görə'dir çünki İran qanunlari dini əqəliyətləri (azliqlari) qəbul eyliyir vəli etnik əqəliyətləri tanımır.Azerbay 00:20, 16 yanvar 2008 (UTC)
Azerbay, salam. Sizin məqalələrdə mənbələri göstərilməsi fikriniz Vikipediyanın əsas tələblərindən biridir. O ki, qaldı məktəblər məsələsinə, mənim fikrincə İranda Azərbaycan dilində məktəblərin olması vacibdir. Cənubi Azərbaycanda isə Azərbaycanlıların sayının 35 mln olması haqqında şübhələr onların böyük şəhərlərdə yaşamamalarına əsaslanmamalıdır. Yəni bildiyim qədər Cənubi Azərbaycanda azərbaycanlı əhalinin çox hissəsi kənlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğuldurlar. Onu da deyim ki, keçən əsrin əvvəllərində də İrəvan xanlığında azərbaycanlılar çoxluq təşkil edərək əsasən kəndlərdə yaşayırdılar və çoxuşaqlı (6-10 uşaq)ailələrdən ibarət idilər. Azərbaycanlıların sayının kəskin surətdə artdığını görən rus və ermənilər onların köçürülməsi siyasətinə başladılar: 1923,1946,1948, 1956 və nəhayət 1988. Nəzərə alın ki, Cənubi Azərbaycanda da azərbaycanlı əhalinin cox hissəsi çoxuşaqlı ailələrdəndir.Ira 07:19, 16 yanvar 2008 (UTC)
- Salam Irada xanim, dediyiniz indi, bu zaman, day doğru deyil. Vəziyət dəyişilib. Kəndlər'də day çox adamlar yaşamır və onların usağları day eylə deyil. Azerbay 13:12, 17 yanvar 2008 (UTC)
Azerbay salam. Mənim babam Urmiyadan olsa da mən Cənubi Azərbaycanda olmamışam. Amma İnternetdən oradakı həmyerlilərim haqqında məlumat əldə edə bilirəm. 2007-ci ildə İranda 19 yaşlı azəri qızını edam etdilər. Onun haqqında nə isə bilirsinizsə şox xahiş edirəm mənə məlumat verəsiniz. e-mailim: [email protected] Ira 13:53, 17 yanvar 2008 (UTC)
- Çox təəssüf'lə bu şeyi əvəl dəfə siz'dən eşidirəm. Mən özüm xaric'də yaşiyıram və İran'a görə oqədər təzə xəbərlar və məlumat yoxum'di! Arzım bu'dur ki İran bir açiq və azad ölkə ola ki orda bizim Azərbaycanli həmvətənlərimiz də normal ve azad yaşayışa sahib olalar. Və qabaxcan da dediyim kimi, mənim nəzərimə İran'da olan Türklərin sayisin böyüdmək bizim isdədiyimiz hədəfə yaxınladmir. Biz gərək həqiqəti bilib olduğumuz yeri və vəziyati taniyaq və 20-25% qaldırıb 45% eyləmək heç bir kömək eyləmir çünki xalq yalan'dan başliyıb belə düşünəbilər ki əgər İranın 45% i Azəri Türkləri'dilər pəs onda onlar doğru'dan da Fars olmaq isdiyirlər ki bucür bərxurd olunmaq'dan böyük meqyas'da narazılıq görsədmirlar. Amma sizə mən bir şey deyim! Olabilər ki 80-90 il bun'dan qabax İranın Türkləri cəmaatın 1/3 oleydılar çünki dediyiniz kimi onlar kəndlər'də çoxlu yasiyırdılar, amma ovaxt'dan indiyə qədər o kəndlər'də (Fars məntəqələr'da, məsələn Qum, Qəzvin vəya Tehran civarin'də) yaşayanlar azalıblar və çoxlu Fars olan şəhərlərə köçənlərin uşağlari daha öz dillərin bilmirlər və özlərin Fars taniyırlar. Azerbay 11:59, 19 yanvar 2008 (UTC)
- Salamlar. Mən arzu edərdim ki, burada nə düzgün görmədiyiniz məqamlar varsa onlara aydınlıq gətirəsiniz (mövzu həssasdır,mənbə göstərmək mütləqdir). Azərbaycan dilinin və Azvikinin inkişafına bu çox yardım edə bilər. Həmdə Cənubi Azərbaycan haqqında məlumatımız artar.
- Müzakirə artıq viki müzakirədən daha çox forum müzakirəsinə oxşamağa başladı, Qumda azərbaycanlıların yaşamasının düzgün olub-olmaması istənilirdi, oda təsdiq olundu.
- Mən Sizinlə tam razıyam ki, Azərbaycanda bu cür rəqəmləri şişirtməyə meyil var və səbəbi aydındır amma sizdə qəbul edin ki, rəsmi rəqəmlər heç bir zaman həqiqətə yaxın ola bilməz. Sözsüz biz burada İranın verdiyi və ya başqa beynəlxalq təşkilatların verdiyi rəsmi rəqəmlərdən istifadə etməyə borcluyuq amma rəsmi rəqəmlər heç bir zaman həqiqətə yaxın ola bilməz. Səbəbi məncə aydındır. Təşəkkürlər, Sizin kimi cənublu qardaşlarımızın burada artması arzusu ilə--A_M_D m-f 16:00, 19 yanvar 2008 (UTC)
- Salamlar təzədən! Siz ki wikipedia'da məşğulsuz (İran ləhcəsin'də məşğulsunuz demak) lütfən çalışın rəqəmlər həd'dən artiq böyük olmasın və mənbələri olsun! Sağolun! Azerbay 18:20, 21 yanvar 2008 (UTC)
salam. mən iranda türklərin sayının 30 milyon olduğuna tam əminəm. onu dəqiq deyə bilərəm ki, iran Azərbaycan Respublikasının inkişafını istəməyən Ermənistan kimi bir dövlətdir. İranda türklərin hüququnun qorunmasından söhbət belə gedə bilməz. necə ki, sovet dönəmində ruslar bizi rusdilli eliyiblərsə iranda onların hamısını farsdilli eləmək fikrindədir. Qarabağ müharibəsində iran ermənistana ərzaq köməyi edən ölkələrdən deyərdim ki, birincisidir. — Bu imzasız yazı 85.132.122.10 (m) tərəfindən əlavə edilib;
şəkil-azerbaijanis
Salam. Mən bu məqalədə bu adamların - konkret Xətai-Tağıyev-Rəcəbov-Xomneyi- şəkillərinin yerləşdirilməsinin əleyhinəyəm. Şah+Şair-Xeyriyyəçi-Şahmatçı-İmam+Rəhbər - məncə şəkillə sıralanma düzgün deyil. Məgər dünyada ən məşhur azərbaycanlılar bu adamlardır? Şəkilin burdan götürülməsini təklif edirəm. Hörmətlə:--Sortilegus 20:53, 7 Mart 2008 (UTC)
Yaxşı, əvəzinə kimləri qoyaq? --A_M_D m-f 07:11, 9 Mart 2008 (UTC)
salam. eger tehranda 6-7 milyon, cenubi azerbaycan erazisinde 13-14 milyon azeri yashayirsa bu eledi 20 milyon bes qalan diger milyonchu sheherlerde yashayan azeriler yoxa chixdilar? eger heresinde 30-40% azeri yashayirsa demeli reqemler 30 milyonu kechir.
Mənbə
bu məqaləyə xarici mənbədə lazımdır (tərəfsiz), yoxsa məqalənin qeyyməti Aşağı level də və etibarsız olacaq. --Axan.bulut 22:16, 16 Oktyabr 2008 (UTC)