Muzakire Azerbaycanlilar Arxiv 2 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Maddənin Adının Dəyişdirilməsi
Maddə adının "Azərbaycan Türkləri" olaraq dəyişdirilməsi daha düzgün olar.Azərbaycanlı adı indiki respublikanın rəsmi siyasəti olsa da həqiqəti dəyişmir.Onsuz da digər vikilərdə Azərbaycan Türklərinin keçmişi saxtalaşdırılmağa,irani xalqlara calanmağa calışılır.Bu şəraitdə az.vikinin də köməyi olmur.Üstəlik Azərbaycanda yaşayan Talış ləzgi və s. xalqlar da Azərbaycanlıdır.Vikipediya Həm İran,həm də Azərbaycan Respublikasının Türkləri asimile etmə siyasətinə vasitəçilik etməməlidir.--Qarapapaq 14:02, 28 Aprel 2009 (UTC)
en:wikiden farsların əlavə etdiyi cümlələri bura köçürmək elə təriflənəcək iş deyil.Arada araşdırmaq zəhmətinə də girmək lazımdır.--Qarapapaq 15:09, 4 May 2009 (UTC)
Əslində, azərbaycanlı elə Azərbaycan türkü deməkdir. Talış, ləzgi və s. xalqların nümayəndələrindən də pasportlarına azərbaycanlı yazdıran var. Amma hamısı yox. Daha çox assimilyasiyaya uğrayanlar - məsələn, anası talış, atası azərbaycanlı (yəni Azərbaycan türkü) və ya əksinə olanlar - bu addımı atırlar. Azərbaycanlı burda milləti bildirən anlayışdır. Məsələn, qazax türkü, qırğız türkü demirlər ki? Qazaxlar, qırğızlar deyirlər. Səhvə Türkiyədə və Türk vikipediyasında yol verirlər ki, hər yerdə "Azəri" deyirlər, yazırlar. Burda bu mövzu çox müzakirə olunub. "Azəri" bildiyiniz kimi, İranda yaşayan və səhv etmirəmsə fars mənşəli toplumun adıdır. Hörmətlə:--Sortilegus 15:33, 4 May 2009 (UTC)
Biz o şəkildə qəbul edirik.Başqa yerdə bunu anlatmaq olmur.Ayrıca sırf bu ad səbəbi ilə türkdilli xalq adına məruz qalırıq.Azərbaycanlı sovet zamanı uydurulmuş addır.Bunun ideolojik olduğunu söyləyən kifayət qədər mənbə var.məncə siz də bilirsiniz.əslində Azərbaycan Respublikasında da türklərin azərbaycanlı adlanması absurd haldır.İndiki hakmiyyətdən öncə də türk adlanırdıq.Vikipediya hökümət siyasətini izləməməlidir.Bu şəkildə başqa vikilər üçün də pis referansdır azviki.Özününkünü inandıra bilməyəndə başqası çətin inanana.--Qarapapaq 15:43, 4 May 2009 (UTC)
Azəri adı deməklə heç razı deyiləm.O nəs ad 60/70 ildir ki pəhləvilər dövrundə kəsrəvi kimi xainlər əli ilə yaradılıb. Azərbaycan türkləri ilə razıyam və daha doğru olardi. həttə başqa vikilərdə azəri sözünü gərək əvəzləməkdə cəhd edək.amma Azərbaycanlılar demək bir baxımdan yararlıdır niyə ki türkiyədə olan səhvlərə yol verməz. biz güneyli lərə görə məqalənin adı sadəcə türklər olmalıidi niyə ki biz özümüzü türk bilirik yəni heç çocuk olanda türkiyənin türk olduğunu bilmirdik. heyif ki türkiyə türk adına sahib durub və bizlərədə göndarma Azəri deyirlər.yenə vikidə səs almaq rəsmi var.--Türk oğlan 15:56, 4 May 2009 (UTC)
Bir həqiqəti də nəzərə almağınızı istəyirəm.Artıq Azərbaycan Türkləri adı altında burdakı türk boylarının hərbirini ayrı xalq kimi qələmə verən maddələr açılır(şahsevənlər,qaradağlılar).Biz bu adı sahiblənməsək başqaları sahiblənib öz təbliğatını yeridir.--Qarapapaq 16:07, 4 May 2009 (UTC)
Sizin mövqeyinizi yaxşı anlayıram və hörmətlə yanaşıram. Amma Azərbaycançılıq sovetlər dövründən də qabaq olub - elə Məmməd Əmin Rəsulzadənin də yaradıcılığına nəzər salsanız bunun şahidi olarsınız. Sadəcə burda problem milləti və yaşayış yerini bildirən anlayışların bəzən qarışıq salınmasındadır. Vikipediya da əslində tutarlı mənbələrə istinad etməlidir. İndiki halda məqalənin "Azərbaycanlılar" adlandırılmasında da təbii ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas götürülüb.--Sortilegus 16:06, 4 May 2009 (UTC)
Sayın Qarapapaq, Sizin dedikləriniz düzdür və elə olmalıdır. amma Azərbaycanlı demək türk olmağın qarşısı deyil. Azəri demək Türklüyün qarşısıdır. bizim tək görəvimiz bir birimizdən ayrı düşməmək və bir olmaqdır. mən güneyliyəm amma bu konularda quzey qanunlarını öndə tuturam.niyə ki onlar bizdən az olmaqlarına ramən bizlərdən...!--Türk oğlan 16:26, 4 May 2009 (UTC)
Mən azəri yox azərbaycan türkü ifadəsindən bəhs edirəm.azərbaycanlı şərhə açıq bir sözdür.Bundan istifadə edirlər.Türk kimi net adı qəbul etməkdəsə kimlərəsə fürsət vermək doğru deyil.həm sohbət qanunlara hörmətdən getmir.əgər sovet bir az daha davam etsəydi azərbaycanlıların türk kökünü unutdurulacaqdı.bax belə ziyanı var o adın. mənbələrə gəlincə istəmədiyiniz qədər qaynaq göstərə bilərəm bu adın yanlışlığını göstərən.Azərbaycan türkü bizə heçbir ziyanı yoxdur.Ama azərbaycanlı adının var.burdan başlaraq digər vikiərdə də zamanla bu adı qəbul etdirə bilərik.mənim fikrimcə hərkəs irəli sürdüyü düşüncənin mənbələrini açıqlasın.ona görə qərar verilsin yada səsə verilsin.əlbəttə yenə anayasa məsələsini irəli sürsəz deyəcək sözüm yoxdur.Bu dəyişikliyin faydalarının fərqində olmamağınız üzücüdür.--Qarapapaq 16:43, 4 May 2009 (UTC)
Bu kifayət qədər ciddi məsələdir. Ona görə də bunu 1 və ya 2 istifadəçinin istəyinə uyğun olaraq dəyişmək olmaz. İnanıram ki, digər aktiv istifadəçilərimiz də bu müzakirəyə qoğulacaqlar. Sonda qəbul olunan qərara hamı hörmətlə yanaşacaq. --Sortilegus 16:59, 4 May 2009 (UTC)
Salamlar . Hörmətlə Sortilegus sizə və digər mənim təki qeyd olunan məsələyə həssas olan yuzerlərə təklif edirəm ki, gəlin səsvermə keçirək . Və bu məsələyə bir dəfəlik bu lahiyədə nöqtə qoyaq !!!!--Asparux Xan Bulqar 12:14, 28 sentyabr 2011 (UTC)
Mənim qardaşım Qarapapaq ! Biz hələ yatmışıq
Mən Azərbaycanlı və ya Azeri deyiləm.bu adlar bizim geçmiş zəngin tariximizi batıracaqlar. və bizim tariximizi yalnız 100 il və ya 150 il bunan əvvəl çatdırır. bizim adlı və sanlı şəxsiyyətlərimizi ayrı xalqlara aid ediblər.çünki Azərbaycanlı və ya Azəri deməkləri tarixi qaynaqlarda yoxdur! başqa vikilərdə Azərbaycanlı və Azəri deməklərinin nəticəsinə,baxa bilərsiniz. Misal:
1- Sah Ismayil Xetai azərbaycanlı deyil. …….. Türk və kürd və ya tat ola bilər , amma Azəri ola bilməz , axi tarixdə azəri sözü yoxdur!
2- İmadəddin Nəsimi azərbaycanlı deyil. ……Nədən? Hurufi Türk dür
3- Məhəmməd Füzuli azərbaycanlı deyil. ………… Nədən? İraq türküdür
4- Qazi Bürhanəddin azərbaycanlı deyil………….. Nədən? türk dür
5- Səttar Xan azərbaycanlı deyil. …… . Nədən? qaradağlı türkü dür
6- Əli Xameneyi azərbaycanlı deyil. ……… Nədən? Avşar dır
7- Uzun Hassan azərbaycanlı deyil……………………… Nədən? Türkmən dır.
8 – və başqaları
Bu İstifadəçi --Axan.bulut 18:13, 4 May 2009 (UTC) Azərbaycan türküdür.
- Siyasi nədənlərə baxmayaraq Axanın sözləri düzdür. Azərbaycan türkləri bu məqalənin etnik gruplarla əlaqədar olmağı nədənilə ola bilir. biz ayrı vikilərə örnək olmalıyıq.--Türk oğlan 18:44, 4 May 2009 (UTC)
Azərbaycanlı sözünün mənası elə Azərbaycan türkü deməkdir. Azərbaycan Respublikasının konstitusiyasında rəsmi olaraq Azərbycanlı yazıldığına görə bunu belə də qəbul etməliyik. Yuxarıda adı çəkilən şəxslərin hamısı Azərbaycan türkləri olublar, demək ki, Azərbaycanlılardırlar. Bütün millətlərdə ayrı-ayrı tayfalar olub, yuxarıda adı çəkilən məşhur şəxslərin millətləri yox mənsub olduqları tayfalar göstərilmişdir. Bu düzgün deyil. Biz millət əvəzinə insanları tayfalar üzrə ayırsaq o zaman özbəkləri, qırgızları, qazaxları və digər millətləri də tayfalar üzrə ayırmalıyıq. Halbuki, məsələn, özbəklərdə məşhur şəxslər türk və ya hər hasıl tayfa adı ilə yox ümumi millət (özbək) adı ilə gedir. Tayfa millət demək deyil. Millət müxtəlif tayfa və qəbilələrdən yaranan, eyni dindən və oxşar dildən, adətlərdən ibarət cəmiyyətdir--Ira 05:36, 5 May 2009 (UTC)
Yuxardakılar Axan Bulut adl istifadəçinin öz fikirləri deyil.Xarici vikilərdə olan vəziyyəti anladır.Biz nə qədər azərbaycanlı desək də tarixi mənbələrdə bu adda xalq yoxdur və xaricdə o adamlar tayfa adı ilə ən yaxşı ehtimalda sadəcə türk kimi qəbul edilirlər.--Qarapapaq 10:06, 5 May 2009 (UTC)
Hörmətli Qarapapaq, bir az dərindən düşündükdə, görürük ki, Azərbaycanlılar müxtəlif etnik qrupların yaşadığı Azərbaycan Respublikasında, ХХ əsrdə, yəni "gözümüzün qabağında" formalaşıblar. Mərhum Heydər Əliyevin dövründə Konstitusiyada xalqın adını məhz Azərbaycanlı kimi təsbit olunmasının mən də tərəfdarıyam.Vago 10:18, 5 May 2009 (UTC)
Bu dediyinizlə azərbaycan türklərinin ən az 600-700 illik tarixini sildiniz.əslində siz yox yuxardakılar sildi.20.əsrdə formalaşan xalq hansı haqla Şah İsmayıla,Nəsimiyə,Füzuliyə sahib çıxa bilər?yenə də siz bilərsiniz.mənimki sadəcə təklifdir.sağolun.--Qarapapaq 11:19, 5 May 2009 (UTC)
Quzeyli dostlar siz deyən sözlər siyasi baxımındandır. fars vikisində azərbaycanlıları iranlılar adlandırmayıblar. orada azərilər və azərbaycan türkləri adlandırıblar. bu məqalə etnik bir grupun adıdır yəni azərbaycan türkləri. biz özümüzə azərbaycanlı deyərək ingilis, türkiyə, fars və ayrı vikilərdə asanlıqla bizim tariximizdəki adamları kürd, fars, ərəb adlandırırlar. mən sizə çoxlu şah ismayıla görə fact gətirim ki onu fəqət türk deyiblər azərbaycanlı isə yox. baxın, mənbə ləri mən artırmışam. öncə kürd yazılmışdı. türk olmağını qabul etdirdim amma gəlin görək azərbaycanlı olmağını isbat edə bilərikmi? 100 faiz yox. bizim milliyətimiz Azərbaycanlıdır etnik grupumuz isə türkdür.--Türk oğlan 12:34, 5 May 2009 (UTC)
Əzizim Qarapapaq! Qarapapaqlar da vaxtilə qıpçaq türkləri idilər, qarapapaq olandan sonra onlar türklükdən çıxdılarmı ki, Azərbaycanda yaşayan türklər Azərbaycanlı olandan sonra əsil-nəsəbindən imtina eləməyə məhkum olunsunlar? Hansı türk Azərbaycanlı olduqdan sonra Füzuli, Nəsimi, Nizami ilə eyni kökənli olduğundan imtina edib ki? Vago 12:55, 5 May 2009 (UTC)
- Dünya fəqət azərbaycan sınırlarının içi deyil. eşik aləmidə var.--Türk oğlan 13:33, 5 May 2009 (UTC)
- Türk oğlan, sonuncu dediyini heç kim inkar edə bilməz! Ən əsası odur ki, Azərbaycan sınırlarını çızarkən diqqətli olaq, İNSAN olaq - bəziləri kimi özümüzə tarix qurmayaq!!! Vago 13:42, 5 May 2009 (UTC)
Hərhansı bir türk ilə Azərbaycan Türkü arasında fərq var.Çünki hər biri ayrı xalqdır.Yuxarda sayılanların sadəcə türk adlandırılması şəxsən məni qane eləmir.Onlar azərbaycan türküdür,bizim tarixin parçasıdır sadəcə türk deyib keçmək olmaz.Bunu isə azərbaycanlı adı altında eləmək mümkün deyil.--Qarapapaq 18:57, 5 May 2009 (UTC)
Dediklərininz Vikipediyada tam əksini tapıb. Azərbaycanlılar elə Azərbaycan türkləri kimi verilib. Bizə onu gözləmək qalır ki, bu iki adın eyni ad altında birləşdirilməsinə Azərbaycan Respublikası vətəndaşlarından kimsə etiraz etsin (təbii ki səbəblərini göstərməklə). Bax, bu barədə əsl müzakirə ondan sonra başlayacaq. Vago 07:46, 6 May 2009 (UTC)
lap yaxşı.elə isə əksini tapıb dediyiniz vikipediyaların adını çəkə bilərsinizmi?azwikidən başqa heçyerdə qəbul edilmir.--Qarapapaq 08:47, 6 May 2009 (UTC)
Türk vikipediyasında Azeriler, Azerbaycanlılar, Azerbaycan Türkleri Rusiyada "Азербайджанцы", yəni "Azərbaycanlılar" (Ukraynada da Risiyadakı kimidir); İngilislərdə Azərilər və "Azəri türkləri" (sonuncunu Azərbaycanın adından qeyd ediblər. Bunu düzəltdirməliyik, ən azından ona görə ki, Azərbaycan Konstitusiyasında "Azərbaycanlı" gedir) bir ikisinə də baxdım (məsələn Bolqarıstan), elə bil ingilis variantını tərcümə ediblər. Sözünüzdə həqiqət var. Məsələyə digər ölkələr müstəvisindən baxdıqda problemlidir. Düzəltmək lazımdır. İlk növbədə İngilis Vikipediyasına diqqət yetirilməlidir. Vago 12:49, 6 May 2009 (UTC)
Məsələyə çox səthi baxırsınız.Mən yuxarda adı keçən tarixi şəxslərin Azərbaycanlı olduğunu qəbul edən vikipediyaları söyləmənizi istədim.Siz isə xitab növlərini yazmısınız.O şəxslərin azərbaycanlı olduğunu heçkim qəbul etmir.Edə də bilməz.Heç bir evrensel əsası yoxdur.Tək dayanağı azərbaycan anayasasıdır ki bu da ancaq azərbaycanda qəbul edilir.Amma görürəm siz problemi digər vikipediyalarda axtarırsınız. Mən sadəcə azərbaycanlı adını qəbul edərək tariximizi cəmi 100 ildən ibarət elədiyinizi söyləyirəm.Bu ki çox sadədir.Məncə bu azərbaycan türklərinin tarixini saxtalaşdırmaqdır.Bunu digər vikilər edir biz etməməliyik.
Amma gəlin məsələni konkretləşdirmək.əliyevin yada anayasanın cümlələrini irəli sürmək müzakirə üçün elə də sağlam yollar deyillər.Obyektiv əsaslar lazımdır.bunlardan başqa nə kimi mənbələr var əlinizdə?--Qarapapaq 17:55, 6 May 2009 (UTC)